 | POPULYARXƏBƏRLƏR |




|
Ayətullah Şahabadi: “O zaman əqidə səhih, əxlaq gözəl, əməllər düzgün olar ki, Mühəmmədin (s) əqi¬dəsinə, əxlaqına və əməllərinə uyğun olsun. Bunların səhih olmasının ölçüsü budur”.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Dekabr, 2017
|
Cəlaləddin Rumi: “Bütün dar ağacları taxtadan deyil. Vəzifə, ucalıq, dünya sərvəti də çox hündür dar ağacıdır. Allah-Taala bir kəsə Firon və Nəmrud kimi mənsəb, hakimiyyət vermək istəsə, onları dar ağacı misalında olan mənsəbin üzərinə qaldırar ki, bütün insanlar bundan xəbərdar olsunlar...”
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2017
|
Ayətullah Behcət: “Hər kim bilsə ki, Allah, Onu həmişə xatırlayan şəxslə birlikdədir, o şəxsin heç bir moizəyə ehtiyacı olmaz. O, nə etməli və nə etməməli olduğunu bilər. Anlayar ki, gərək (yəqin) bildiyinə əməl etsin, bilmədiyindən isə ehtiyat etsin (çəkinsin)”.
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Noyabr, 2017
|
Seyyid Əli Qazı: “Gecə namazını tövsiyə edirəm. Möminlər üçün gecə namazından imtina etməyə heç bir bəhanə yoxdur. O adama təəccüb edirəm ki, kamilliyə çatmaq istəyir, halbuki gecə namazına qalxmır. Heç kəsin gecə namazından savayı hər hansı vasitə ilə uca məqama çatmasını eşitməmişik”.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2017
|
İbn Sinа zәkа vә düşüncә bахımındаn аdi sәviyyәdәn üstün idi, fitri istеdаdа mаlik bir şәхs idi, gözünün görmә qаbiliyyәti bаşqаlаrındаn gеniş idi, qulаqlаrı çох iti, fikri çох qüvvәtli idi. Gеt-gеdә cаmааt оnun hisslәri, gözü vә qulаğı bаrәdә әfsаnәlәr nәql еtmәyә bаşlаyırlаr.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Noyabr, 2017
|
Ayətullah Mərəşi Nəcəfi: “Mən özümdən sonra varislərim üçün dünya malından heç nə qoymamışam. Əlimə çatan hər şeyi camaata, xüsusilə, elm adamlarına xərcləmişəm. Hətta şəxsən mənim üçün camaatın nəzir deyib verdiyi pulları da elm əhlinə paylamışam. Tezliklə dünyadan gedəcəyəm, amma məndən sonra qalanlar üçün dünya malından heç nə qoymamışam. Kərim olan Allahı onlara vəkil etmişəm. Ey bəsirət əhli, bundan ibrət alın!”
Ətraflı| Şərhlər: 2 | Дата: 1 Noyabr, 2017
|
Ayətullah şeyx Əli Damiğanidən belə nəql olunur:
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2017
|
Ayətullah Behcət: “...Günah anlayışı yalnız məşhur böyük günahlara aid deyil. Kiçik günahlarda israr etmək də böyük günahdır. Məsələn, tabeçilikdə olan adamı qorxutmaq üçün tərs-tərs baxmaq haram olan əziyyət növüdür. (Allaha) asi olan adamı təşviq etmək üçün gülümsəmək günaha yardımçı olmaq deməkdir...”
Ətraflı| Şərhlər: 0 | Дата: 26 Oktyabr, 2017
|
Qəzzalinin “Nəsihətnamə” kitabından:
“Şeyxlərdən nəql olunub ki, Şibli demişdir: “Mən dörd yüz ustada xidmət (tələbəlik) etdim və həmin ustadlara dörd min hədis oxuyub imtahan verdim. Həmin dörd min hədisdən birini seçib ona əməl edirəm, qalanlarını isə kənara qoymuşam. Çünki həmin hədisin mənası barədə düşündüm, öz xilas və nicatımı, eləcə də, bütün dünya əhlinin elmini həmin hədisdə tapdım. Hədis budur: Mustafa (s) öz səhabələrindən birinə buyurmuşdur: “Dünyadan ötrü onun (dünyanın) içində məqam tutacağın qədər çalış. Axırətdən ötrü onun içində qalacağın qədər çalış. Allahdan ötrü Ona duyduğun ehtiyac miqdarında çalış. Cəhənnəmdən (xilas olmaqdan) ötrü ona dözəcəyin miqdarda çalış”.
Ətraflı| Şərhlər: 2 | Дата: 20 Oktyabr, 2017
|
Allahın Peyğəmbəri (s): "Zəmanət verilmiş ruzini qazanmaqla məşğul olmağın səni Allahın vacib etdiyi əməlləri yerinə yetirməkdən saxlamasın. Çünki sənin qismətində nə varsa sənə çatacaqdır və qismətində olmayan şeyə sənin əlin yetməyəcək".
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Oktyabr, 2017
|
|
50 səhifədən 4 << < 1 2 3 4 5 6 7 8 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
« | Dek.2019 | » | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | | | |
|