Mustafa Cəmilov deyib ki, hazırda radikal müsəlman icmaları Krım tatar xalqı üçün mürəkkəb problemlər yaratmağa başlayırlar. Ukrayna Ali Radasının deputatı, Krım tatar məclisinin (qeyri-rəsmi milli parlamentin) sədri Mustafa Cəmilov yarımadada radikal müsəlman icmalarının peyda olduğunu bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 8 Dekabr, 2007

Sudan hakimiyyəti Məhəmməd peyğəmbəri təhqir edən britaniyalı müəllimə Cillian Qibbonsu azad edib. "Röyters" agentliyinin məlumatına görə, o, Britaniyanın bu ölkədəki səfirliyinin işçilərinə təhvil verilib. O, bu yaxınlarda ölkəni tərk etməlidir.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Dekabr, 2007

İran prezidenti Mahmud Əhmədinejad Tehranda müsəlman ölkələrinin məhkəmə sədrlərinin iştirakı ilə keçirilən iclasda çıxış edərkən Beynəlxalq İslam Məhkəməsinin yaradılmasını təklif edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Dekabr, 2007

The Guardian qəzetinin məlumatına görə, şuranın işçi kabineti səsvermə keçirib, 18 nəfər boykotun aradan götürülməsinə, 8 nəfər isə leyhinə səs verib. Böyük Britaniyanın Müsəlman Şurası Holokost qurbanlarının xatirəsini yad etməyə razılıq verib.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Dekabr, 2007

İstiqlaliyyət müharibəsində yunanların atdığı top mərmisi 85 ildir ki, Türkiyədəki məscidin divarında qalır. Türkiyədə İstiqlalaliyyət müharibəsi dövründə işğalçı yunan ordusuna aid bir batalyon 8 sentyabr 1922-ci il cümə günü muharibə meydanını tərk edib qaçarkən Manisa vilayəti Saruhanlı rayonunun Cibilli təpəsindən şəhəri top atəşinə tutubmuş.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Dekabr, 2007

Qadına qarşı zorakılığın günah olduğunu deyən Livanın məşhur İslam alimi belə kişilərin Allah qarşısında cavab verəcəyini və şəriətə görə cəzalandırılacağını bildirib

Livanın məhşur İslam alimlərindən Ayətullah Muhamməd Hüseyn Fəzlullah beynəlxalq qadınlara qarşı zorakılığı ləğv etmə günü yeni bir fitva verib. Haberturk saytının verdiyi məlumata görə, fitvada bildirilib ki, İslam dini bəzi işlərdə kişiyə üstünlük versə də, kişinin həyat yoldaşına söyməsi və təhqir etməsi kimi heç bir zorakılığa xoş baxmır. Ayətullah Fəzlullah belə hərəkətlərin günah olduğunu, belə rəftar edənlərin Allah qarşısında cavab verəcəyini və şəriətə görə cəzalandırılacağını bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Hökumət rəsmiləri isə filmin törədəcəyi fəsadları göstərmək üçün həmin siyasətçiyə xəbərdarlıq ediblər

Hollandiyada "Müstəqillik partiyası"nın sədri Qirt Vilders müsəlmanların ləyaqətini alçaldan bir film çəkməyə hazırlaşır. Hollandiya hökuməti rəsmiləri isə film nəticəsində meydana gələ biləcək gərginliyə görə qayğılandığını bildirib. Xarici işlər naziri Maksim Verhagen bu filmə görə baş verəcək hər hansı sərt reaksiyaya qarşı xəbərdarlıq etmək üçün Vilderslə görüşüb. Bu barədə məlumat verən xarici işlər nazirliyinin mətbuat sözçüsü Bart Rics, Vilderslə görüşərək bu filmin həm Hollandiya, həm də xaricdə yaşayan hollandiyalılar üçün təhlükəli olacağı barədə xəbərdarlıq etdiyini deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Həmas nümayəndələri bildiriblər ki, bu, Annapolis konfransına qarşı xalqın ilk referendumudur

Həmas qruplaşması Qəzza zolağında, Annapolisdə keçirilən Yaxın Şərq konfransına etiraz əlaməti olaraq nümayişlər keçirib. Xan Yunis qaçqın düşərgəsində nümayişçilər "İsrailə ölüm!" şüarları səsləndiriblər. Onlar həmçinin Corc Buşu hərbi cinayətkar adlandırıblar. Ən böyük etiraz aksiyası isə Qəzzada baş tutub. Həmas nümayəndələri nümayişdə çıxış edərək bildiriblər ki, bu, Annapolis konfransına qarşı xalqın ilk referendumudur.

Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007

Bu barədə məlumatı "Əl Sahab" təşkilatı yayıb

"Bir nömrəli terrorçu" hesab edilən Üsama Bin Laden Avropa sakinlərinə müraciət hazırlayıb. Bu barədə məlumatı "Əl Qaidə" qruplaşmasının bir qolu olan "Əl Sahab" təşkilatı yayıb. "Əl Sahab" tərəfindən islam internet saytlarından birində yer alan xəbərdə bin Ladenin müraciətinin efirdə nə vaxt çıxacağı, onun videolent və ya audioyazı olacağı barədə heç bir məlumat verilmir. Lakin ehtimallara görə, Bin Laden Avropa ərazisindəki "cihad döyüşçülərinə" müraciət edəcək.

Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007

Nəticədə 90 nəfər həlak olub, 100-dən çox insan yaralanıb

Pakistanda sünni və şiə təriqətinin üzvləri arasında qanlı toqquşma olub. Nəticədə 90 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Məlumatı Pakistan polisi təsdiqləyib. Qeyd edək ki, tərəflər arasında zorakılıq noyabrın 16-dan müşahidə edilsə də, son üç gündə daha da şiddətlənib.

Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
 
2057 səhifədən 2046 << < 2042 2043 2044 2045 2046 2047 2048 2049 2050 > >>
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com