Dünən ölkə dindarları Avropa mətbuatında həzrəti Məhəmməd peyğəmbərin (s)karikaturalarının yayılmasına etiraz olaraq Füzuli meydanının yaxınlığında aksiya keçirməyə cəhd göstəriblər. Etiraz aksiyasında təxminən 200 nəfər iştirak edib. Həmin əraziyə gətirilən polislər aksiyanın qarşısını alıblar. Kiçik insidentlərə baxmayaraq, aksiya iştirakçıları ilə polis əməkdaşları arasında razılıq əldə olunub. Razılığa əsasən aksiyanın təşkilatçıları qərara gəliblər ki, Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi icazə aldıqdan sonra mitinq keçirsinlər. Bundan sonra dindarlar aksiyanın bəyanatını oxuyaraq dağılıblar. Bəyantda Xarici İşlər Nazirliyindən tələb olunur ki, Məhəmməd peyğəmbərin (s) karikaturalarının çap olunduğu ölkələrə Azərbaycan rəsmi şəkildə öz etirazını bildirsin.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Fevral, 2006

Artıq Məhərrəm ayı başlayıb. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dünən müraciət yayıb. QMİ-dən APA-ya daxil olan müraciətdə bildirilir ki, artıq Hicri-qəməri təqvimilə 1426-cı il başa çatıb. Yeni 1427-ci ilin ilk günü-Məhərrəm ayının 1-i miladi təqvimilə 31 yanvar 2006-cı ilə, Aşura günü isə fevralın 9-a təsadüf edir. Məhərrəm ayının girməsi ilə təziyə günləri - Kərbəla faciəsinin yad edilməsi başlayır: "Təziyə günləri təkcə matəm günləri olaraq qalmır. Bu günlərin ibrətamizliyi ondadır ki, müsəlmanlara bəd əməllərdən peşmançılıq, Allah qarşısında tövbəkarlıq və bir-birinə hörmət etmə dərsləri verir. Kərbəla hadisələrinin yad edilməsində başlıca hikmət haqq, ədalət, iman və vətən uğrunda şəhidliyə, fədakarlığa hazırlıq ruhunun tərbiyə edilməsi ilə bağlıdır. Torpaqları işğal altında olan bir xalqın İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini dərk etməyə böyük ehtiyacı var".

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Fevral, 2006

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Sabir Həsənlinin "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Hacı Sabir Həsənli bu ordenə Azərbaycanda dini təhsilin inkişafında xidmətlərinə görə layiq görülüb.

Ətraflı| Şərhlər: 0 | Дата: 31 Dekabr, 2005

Nazirlər Kabineti (NK) "Qurban, Novruz və Ramazan bayramları haqqında" qərar qəbul edib. Bu barədə APA-ya NK-nin mətbuat xidmətindən məlumat verilib. Qərara əsasən, 2006-cı ildə Qurban bayramı yanvarın 10-da və dekabrın 31-də, Novruz bayramı martın 20-21-də, Ramazan bayramı isə oktyabrın 23-də qeyd olunacaq. Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, həmin günlər iş günü sayılmır.

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Sentyabr, 2002
 
773 səhifədən 773 << < 769 770 771 772 773
SONXƏBƏRLƏR
19 Avqust, 2019

Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü

19 Avqust, 2019
Türkiyə İraqın şimalına raket zərbəsi endirib
19 Avqust, 2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
19 Avqust, 2019

Qədir-Xum gününün müstəhəb əməlləri

19 Avqust, 2019

Bəzi dua kitablarında rast gəlinən “istiazə” sözünün mənası nədir? İslam suallarda

19 Avqust, 2019

Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”

19 Avqust, 2019
Tramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edib
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com