Bu gün saat 15.30 radələrində Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən ABŞ səfirliyinin qarşısından vəhhabi təriqətinə mənsub olduğu bildirilərək saxlanılan iki nəfər sərbəst buraxılıb. Polis bölməsindən APA-ya bildirilib ki, onlardan izahat alındıqdan sonra azad olunublar.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

"Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silahı, 1 ədəd "PK" əl pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər".

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

Bakının Sabunçu və Əzizbəyov rayonlarında vəhhabi təriqətinə mənsub şəxslərin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirilir. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, əməliyyatı Milli Təhlükəsizlik Nazirliyi yerli polisin köməkliyi ilə birgə keçirir. Məlumatda o da bildirilir ki, ayrı-ayrı şəxslərin evlərində axtarışlar aparılır, qanuna zidd əməllərdə şübhəli bilinən şəxslərin aşkarlanması istiqamətində tədbirlər görülür.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

Azərbaycanın hüquq-mühafizə orqanları Heydər Əliyev adına Ali Hərbi Məktəbdə, Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirdiyi əməliyyat nəticəsində 10-dək zabit və kursant həbs olunub.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin fəaliyyətini məhdudlaşdırılması bu diplomatik korpuslara vəhhabi təhlükəsinin olması ilə bağlı məlumatlara əsaslanıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin APA-ya verdiyi məlumata görə, silahlı vəhhabilərlə bağlı əməliyyatların keçirilməsi səfirliklərin təhlükəsizliklərinin gücləndirilməsi ilə bağlı qərarın qəbuluna səbəb olub.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

Azərbaycanda radikal vəhhabilik təhlükəsi yoxdur. Bu bəyanatla Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edib. APA-nın məlumatına görə, son günlər paytaxt Bakıda və ayrı-ayrı rayonlarda radikal vəhhabilərin zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyatlara münasibət bildirən nazir Azərbaycan hüquq-mühafizə orqanlarının istənilən qeyri-qanuni hərəkətin qarşısını almağa qadir olduğunu vurğulayıb: "Azərbaycanda dini ekstremizm təhlükəsi yoxdur. Ayrı-ayrı şəxslərin qeyri-qanuni əməlləri meydana çıxanda isə bu, istər hüquq-mühafizə orqanları, istərsə də cəmiyyət tərəfindən lazımi şəkildə cavablandırılır".

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

Azərbaycanın hərbi təhsil müəssisələrində vəhhabiliklə bağlı faktlar yoxdur. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Ali Hərbi Məktəb və Cəmşid Naxçıvanski adl Hərbi Liseyin bir qrup kursantının vəhhabi olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

"Bir nəfərin vəhhabi olması o demək deyil ki, Azərbaycan Ordusunda hamı vəhhabidir". Bu sözləri APA-ya eksklüziv açıqlamasında N saylı hərbi hissənin zabiti, bir neçə silah-sursatı götürərək hərbi xidmət yerini özbaşına tərk etmiş Kamran Əsədovun vəhhabi təriqətinə mənsub olması barədə məlumatlara münasibətini bildirən Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

Dəvəçi vəhhabilərinin imamı sayılan 1970-ci il təvəllüdlü Mirzə Əlibəy oğlu Əlibəyov həbs edilib. APA-nın şimal bürosunun xəbərinə görə, M. Əlibəyov yerli məhkəmənin qərarı ilə polisə müqavimətdə günahlandırılaraq 15 gün inzibati həbs cəzasına məhkum edilib.

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007

"Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silahı, 1 ədəd "PK" əl pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər".

Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
 
3475 səhifədən 3456 << < 3452 3453 3454 3455 3456 3457 3458 3459 3460 > >>
SONXƏBƏRLƏR
21 Sentyabr, 2019

Tramp: İrana girmək dünyanın ən asan işidir

21 Sentyabr, 2019
Suriya ordusu Hələb yaxınlığında yaraqlıları məhv edib
21 Sentyabr, 2019

313 ədədinin müqəddəsliyi varmı? İslam suallarda

21 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar
21 Sentyabr, 2019

Kərbəlada partlayış nəticəsində 17 nəfər ölüb

20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com