"Heç kimin ağlı başqa dövlətə getməsin. Heç kim Azərbaycan dövlətində artıq hərəkət edə bilməz, heç bir artıq hərəkətə yol verilməyəcək"

APA-nın məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərov vəhhabilərin Azərbaycandakı fəaliyyəti və son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən onlardan qanunsuz silah-sursatın aşkar edilməsi faktına münasibət bildirərkən deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "NAB Qrup"un təşkilatçılığı ilə Azərbaycanda Mövlana Cəlaləddin Rumi Günləri tədbirlərinə start veriləcək. APA-nın məlumatına görə, bu gün Bakıda adı çəkilən tədbirə həsr olunmuş mətbuat konfransı keçirilib.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının Sumqayıtda keçirdikləri birgə əməliyyat nəticəsində Sumqayıtda bir evdə kirayədə yaşayan üç nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, saxlanılanlardan ikisi polisə müqavimətdə təqsirləndirilərək 15 sutkalıq inzibati cəzaya məhkum olunub. Bir nəfərə - Sumqayıt sakini Rafael Rəhimova qarşı isə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in istintaq təcridxanasında saxlanılır. Mənbə bildirib ki, Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı isə hələ də nəticəsiz qalıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Kanadanın bir televiziyasında nümayiş olunan və uydurma bir amerikan şəhərindəki müsəlman icmasının həyatından bəhs edən "Çöllükdəki kiçik məscid" adlı komediya serialı Humanitar Fəaliyyət Sahəsində İnsan Haqları təşkilatının Nyu-York bölməsinin nüfuzlu mükafatına layiq görülüb. "Ortaq məxrəc axtarışında" adlanan bu mükafata əvvəllər Nobel laureatı Dezmond Tutu və ABŞ-ın keçmiş prezidenti Cimmi Karter kimi görkəmli xadimlər layiq görülüblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

"İsrail" hakimiyyəti Qüds (Yerusəlim) şəhərində müsəlmanlar üçün müqəddəs olan "əl-Əqsa" kompleksinin məğrib qapısının yanında "arxeoloji qazıntı" adı altında aparılan qazıntı işlərini bərpa edir. Bu barədə Nazirliklərarası Komissiya göstəriş verib. Məlumatı news.ru internet saytı yayıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Polis dindarlardan dördünü həbs edib

Cəlilabad rayonunda vəhhabi cərəyanına məsub bir qrup şəxsin bir din xadimini təhqir etməsi bu günlərdə rayon sakinləri ilə qarşıdurmaya səbəb olub. Hadisənin şahidi olan şəxslərin "Turan"a bildirdiyinə görə, olay rayonun "İran bazarı" adlanan ərazisində baş verib və qarşıdurmaya səbəb din xadimlərindən biri buradan keçərkən bir qrup vəhhabinin onu "müşrik gedir, müşrik gedir" şəklində təhqir etməsi olub. Şahidlərin dediyinə görə, bundan sonra din xadimi bu adamlara nəzakətli olmağı tövsiyə etsə də, həmin şəxslər təhqiri davam etdiriblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Sozar Subari Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən yaydığı məlumata görə, S. Subari məktubunda E. Süleymanovadan Azərbaycanın Qax rayonunda Müqəddəs Georgi pravoslav kilsəsinin bağlanmasının qarşısını almaqla əlaqədar tədbir görməyi xahiş edib. Müraciətdə bildirilir: "Gürcüstan kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, yerli əhali kilsənin qapılarını möhürləyib. Bunu kənd əhalisi ilə yanaşı, Nekres və Xeret mitropoliti Sergi ata da təsdiqləyib. Əldə olunan informasiyaya əsasən, əhali kilsədə xidmətin bərpa olunacağı təqdirdə, keşişi qisas almaqla hədələyir". Gürcüstan Ombudsmanı azərbaycanlı həmkarına bu hadisənin İnsan Hüquqları haqqında Avropa Konvensiyası ilə yanaşı, iki xalq arasındakı çoxəsrlik tarixə malik dostluq əlaqələrinə zidd olduğunu xatırladıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Balakəndə azanın mikrofonla səsləndirilməsinə qoyulmuş qadağa hələ də aradan götürülməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, artıq iki aydan çoxdur rayon ərazisində fəaliyyət göstərən məscidlərdə azanın səs gücləndirici ilə səslənməsinə rayon rəhbərliyi tərəfindən qadağa qoyulub.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonun Ağdam kəndi ilə sərhəddə güclü yanğınlar törədiblər. APA-nın məlumatına görə, yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi abidələri siyahısında olan "Alı dədə" abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əlinin türbəsi də yanıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Buş adminstrasiyası noyabrda keçirilməsi planlaşdırılan konfransının tarixi və yeri barədə məlumat verməkdən yayınır

Tehranda müqəddəs Ramazan bayramı mərasimlərində çıxış edən İranın Ali dini lideri Ayatullah Əli Xamneyi bütün müsəlman dövlətlərini Birləşmiş Ştatlarının təşkil etdiyi Vaşinqton-Yaxın Şərq sülh konfransını baykot etməyə çağırıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 16 Oktyabr, 2007
 
3452 səhifədən 3440 << < 3436 3437 3438 3439 3440 3441 3442 3443 3444 > >>
SONXƏBƏRLƏR
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

30 İyul, 2019

"İmam Mehdi (ə) elə hökmləri təbliğ edəcək ki, onun yeni din gətirdiyi güman olunacaq” fikrinin izahı nədir? Islam suallarda

30 İyul, 2019

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

30 İyul, 2019

Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

29 İyul, 2019
Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb
29 İyul, 2019

Türkmənistan prezidentinin ölüm xəbərinə görə həbslər başladı

29 İyul, 2019

Rusiya BQ: Dörd ay ərzində 110 Suriya əsgəri ölüb

29 İyul, 2019

Əfqanıstan vitse-prezidentliyinə namizədin ofisi hücuma məruz qalıb, çox sayda ölü

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com