"Rayon ərazisində gürcü kilsəsinin bağlanması haqda yayılan məlumatlar təxribatdır"

"Qax rayonunda gürcü kilsəsinin bağlanması haqda yayılan məlumatların əsası yoxdur. Rayon ərazisində heç bir kilsə bağlanmayıb və gürcü icmasının yaşadığı ərazilərdə 5 kilsə fəaliyyət göstərir". Bu barədə ANS PRESS-in bölgə müxbirinə Qax icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva məlumat verib.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Oktyabr, 2007

"Sələfilər daxilində parçalanma yoxdur, sadəcə bir sıra radikal qruplar elə radikallıqlarına görə özlərini sələfilikdən kənarda qoyublar". "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bu sözləri "Turan" agentliyinin müxbiriylə söhbətində deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Oktyabr, 2007

Bakıdan piyada Məkkəyə getmək niyyəti ilə bu il sentyabrın 21-də yola çıxan iki Azərbaycan vətəndaşı Türkiyənin Ərzurum rayonunda polis tərəfindən saxlanılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər istefada olan polkovniklər Şahid Qurbanov və Sahib Kazımovdur. Adıçəkilən şəxslər əllərində bayraq, çanta və su qabları ilə axşam saatlarında Ərzurum Polis Məktəbinin yanında gəzişərkən polislərin diqqətini çəkiblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Oktyabr, 2007

Vəhhabi təriqətinə mənsub olmaqda və saqqal saxlamaqda günahlandırılan daha bir Zaqatala sakini həbs olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli dindarlar məlumat verib. Onların dediyinə görə, Zaqatala sakini Cavanşir Tağıyev şəhər məscidində cümə namazından çıxarkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib və indiyədək ondan bir xəbər yoxdur.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Oktyabr, 2007

Vatikanın rəhbəri bildirib ki, yoxsulluqla səmərəli mübarizə yalnız birgə fəaliyyət nəticəsində əldə edilə bilər

Vatikanın rəhbəri Papa XVI-cı Benedikt bütün dünya ölkələrini yoxsulluğu azaltmaq istiqamətində əməkdaşlıq etməyə çağırıb. Onun fikrincə, yoxsulluqla səmərəli mübarizə yalnız birgə fəaliyyət nəticəsində əldə edilə bilər.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Oktyabr, 2007

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə dekabrın 3-də yola düşəcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Oktyabr, 2007

Qonşularımız "David Qareci"dən sonra Qaxda yerləşən alban kilsəsinə göz dikib

Gürcüstanın Azərbaycan ərazisində yerləşən "David Qareci" məbədinə qarşı qaldırdığı iddiaları barədə ətraflı məlumat verilib. Azərbaycan hakimiyyətindən sərt təpki görməyən gürcülər indi də Qax rayonunda yerləşən "Kürmük" məbədinə müştəri düşüblər. Qeyd edək ki, "Kürmük" qədim Alban məbədidir. Artıq Gürcüstan tərəfi bu istiqamətdə əməli fəaliyyətə keçib. Oktyabrın 15-dən qonşu ölkə mətbuatında Qax rayonu ərazisində gürcü kilsəsinin bağlanması haqda məlumatlar dərc edilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

"Hizbullah" lideri bunun müqabilində təşkilat üzvünün həbsdən azad edilməsini tələb edib

"Hizbullah" lideri Həsən Nəsrulla Livan telekanallarından birinə müsahibə verərək əsir götürülən yəhudi əsgərlərinin qaytarılması ehtimalının olduğunu deyib. "Hizbullah" lideri dənizdə boğulan yəhudi əsgərinin cəsədini təşkilat üzvünün həbsdən azad edilməsi və daha 2 üzvün cəsədinin qaytarılması qarşılığında dəyişdirməyə razı olduqlarını bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Dindarlar ocağın ətrafında dua edərkən alovlar formasını dəyişərək xalqı salamlayan papa siluetinə dönüb

Vatikan, II İohan Pavelin yanan ocaqda görünərək xalqı salamladığı iddia edilən foto şəklini Katoliklərə təqdim edib. Foto şəkil 6 ay əvvəl çəkilsə də, Vatikan bu barədə indiyə qədər susub. İddiaya görə bir qrup polşalı dindar II İohan Pavelin ölüm ildönümü tədbirində ocağın ətrafında dua edərkən, alovlar formasını dəyişərək xalqı salamlayan papa siluetinə dönüb. Bunu görən dindarlar daha da bərkdən dua etməyə başlayıblar.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007

Kondaliza Rays: "Üç təkallahlı din - İslam, xristianlıq və iudaizm region xalqlarını birləşdirmək iqtidarındadır"

ABŞ-ın dövlət katibi Kondaliza Rays İsa peyğəmbərin tarixi doğum yeri sayılan kilsəni ziyarət edib. Kondaliza Rays Peyğəmbəri sülhün şahzadəsi adlandırıb və Onun hələ də bizimlə yaşadığını qeyd edib. Kilsədə etdiyi çıxışında xanım Rays deyib ki, üç təkallahlı din - İslam, xristianlıq və iudaizm region xalqlarını birləşdirmək iqtidarındadır. Onun sözlərinə görə, bu dinlərin gücündən bölgə xalqlarını ayırmaq üçün deyil, birləşdirmək üçün istifadə etmək lazımdır.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007
 
3452 səhifədən 3439 << < 3435 3436 3437 3438 3439 3440 3441 3442 3443 > >>
SONXƏBƏRLƏR
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

30 İyul, 2019

"İmam Mehdi (ə) elə hökmləri təbliğ edəcək ki, onun yeni din gətirdiyi güman olunacaq” fikrinin izahı nədir? Islam suallarda

30 İyul, 2019

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

30 İyul, 2019

Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

29 İyul, 2019
Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb
29 İyul, 2019

Türkmənistan prezidentinin ölüm xəbərinə görə həbslər başladı

29 İyul, 2019

Rusiya BQ: Dörd ay ərzində 110 Suriya əsgəri ölüb

29 İyul, 2019

Əfqanıstan vitse-prezidentliyinə namizədin ofisi hücuma məruz qalıb, çox sayda ölü

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com