İyulun 4-5-də Moskvada dini liderlərin Ümumdünya sammiti keçiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, hələ bir ay öncə Rus Pravoslav kilsəsinin rəhbəri II Aleksi Qafqazın Şeyxi Allahşükür Paşazadəyə məktub göndərərək, dini liderlərin Ümumdünya sammitinin keçirilməsi təklifini irəli sürüb. Allahşükür Paşazadə və II Aleksi MDB ölkələrinin Dinlərarası Şurasının həmsədrləri olduğundan sammitin təşkilatçılığını üzərilərinə götürüblər. Hacı Akif Ağayev bildirib ki, sammitin keçirilməsi təşəbbüsünü Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüşü zamanı dəstəkləyib. Qeyd edək ki, həmin görüşdə Rusiya prezidentinə 2005-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə tərəfindən təsis olunmuş Şeyxülislam ordeni təqdim olunub.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Fevral, 2006

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Azərbaycan gəncliyi" qəzeti Avropa mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının dərci ilə bağlı mətbuat konfransı keçirib. Qəzetin təsisçisi İlqar İlyasov bildirib ki, beynəlxalq aləmdə Məhəmməd peyğəmbərin təhqir olunmasına ikili münasibət bəslənilir. Onun sözlərinə görə, 11 sentyabr hadisələrində böyük dövlətlər konkret mövqe nümayiş etdikləri halda, Məhəmməd peyğəmbərlə bağlı məsələdə fikir ayrılığı var: "Azərbaycandakı müvafiq dini orqanlar da məsələyə sakit yanaşırlar. Biz heç kimi günahlandırmırıq. Sadəcə, peyğəmbərimizə qarşı təhqirlərə son qoyulmasını və dünya müsəlmanlarından üzr istənilməsini tələb edirik".

Ətraflı| Şərhlər: 0 | Дата: 21 Fevral, 2006

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 6 dini təşkilatı qeydiyyata alıb. Bunların hamısı islam yönümlü təşkilatlardır. Bu barədə APA-ya komitə sədrinin müavini Elçin Əsgərov məlumat verib. Onun sözlərinə görə, artıq qeydiyyatda olan dini təşkilatların sayı 341-ə çatıb. Bunlardan 29-u qeyri-islam yönümlü təşkilatdır. E.Əsgərov bildirib ki, dini təşkilatların qanunsuz fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib: "Dini qurumların qanundan kənar fəaliyyəti aşkarlanarsa, onlara bir neçə dəfə xəbərdarlıq edirik. Xəbərdarlığa əməl etməyən təşkilatlar isə məhkəməyə verilir". Qeyd edək ki, komitə yarandığı dövrdən bəri yalnız "Məhəbbət Kilsəsi" dini təşkilatın qeydiyyatını ləğv edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Fevral, 2006

Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Vatikanın Gürcüstan və Azərbaycandakı nunsisi Klaudio Qucerottini qəbul edib (APA). Qərargahı Tbilisidə yerləşən nunsi Azərbaycana bu səfərinin Papa XVI Benediktin tapşırığı əsasında həyata keçirildiyini deyib. Onun sözlərinə görə, Papa XVI Benedikt dinlərarası münasibətlərin qorunub saxlanmasına çalışdığı üçün Qafqaz şeyxinə minnətdarlığını çatdırmağı xahiş edib. K.Qucerotti Avropa qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının nəşr olunmasından təəssüfləndiklərini söyləyib: "Bu məsələyə Vatikanda sərt reaksiyamız oldu. Bu olayları pisləyən bəyanat verdik". Nunsi Avropa qəzetlərində baş verənlərlə bağlı A.Paşazadənin mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Fevral, 2006

"Azərbaycan" nəşriyyatının kollektivi İsa peyğəmbər (a.s) barəsində təhqiredici yazı dərc etmiş "yeni xəbər" qəzetinin bu hərəkətinə etiraz olaraq qəzetin redaksiyası ilə bütün əlaqələrini kəsib. Bu barədə "Trend"ə Mətbuat Şurasından məlumat verilib. "Azərbaycan" nəşriyyatından Mətbuat Şurasına bildirilib ki, "Yeni xəbər" qəzetinin 2006-cı il 11 fevral tarixli nömrəsində dərc olunmuş və dini heysiyyatlara toxunan yazı nəşriyyatın kollektivini hiddətləndirib. Qəzet, həmçinin, nəşriyyatla bağlanmış müqavilənin şərtlərini də pozub. Bu il "Azərbaycan" nəşriyyatı ilə çap müqaviləsi bağlamasına baxmayaraq, "Yeni xəbər" qəzeti İsa peyğəmbər (a.s) haqda yazı dərc olunmuş qəzeti başqa mətbəədə çap etdirib. Lakin həmin nömrənin son səhifəsində qəzetin guya "Azərbaycan" nəşriyyatında çap olunduğu göstərilib. "Azərbaycan" nəşriyyatının kollektivi "Yeni xəbər" qəzetinin bu hərəkətini etirazla qarşılayıb və müqavilənin şərtlərini pozduğuna görə, qəzetin redaksiyası ilə əlaqələrini kəsib.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Fevral, 2006

"Təyyarə ilə həyata keçirilən Həcc ziyarətində böyük çətinliklərlə qarşılaşırıq. Bakıdan Məkkəyə birbaşa təyyarə reysi olmadığından bu yol bizə real qiymətlərdən təxminən 30-40 faiz baha başa gəlir. Biz isə məcbur olub depozit götürürük. Hazırda təyyarə reysləri üçün banka 612 min dollar borcumuz var. Həmin pulları banka qaytarmaq lazımdır". Bu sözləri Həcc ziyarətinin yekunları ilə bağlı APA-ya verdiyi açıqlamada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə deyib. Şeyxin sözlərinə görə, ötən dəfə 1 nəfərin təyyarə bileti 2600-2700 dollara başa gəlib. Yaranan çətinliyi dövlət başçısının göstərdiyi kömək sayəsində aradan qaldırmaq mümkün olub. A.Paşazadə hazırda problemdən çıxış yolu axtardıqlarını deyib: "Növbəti dəfə məcbur olub İran, Suriya yaxud da Səudiyyə Ərəbistanı ilə müqavilə bağlayacağıq ki, onların vasitəsi ilə uçuşları həyata keçirə bilək. Bu ölkələrdən birinin xidmətlərindən istifadə edə bilsək, depozit götürməyə ehtiyac olmayacaq, bundan başqa bəzi əlavə xərclər də ortaya çıxmayacaq".

Ətraflı| Şərhlər: 0 | Дата: 16 Fevral, 2006

Avropa mətbuatında həzrəti Məhəmməd peyğəmbərin karikaturalarının yayılması bütün dünyada böyük əks-səda doğurub. Bu hadisəyə münasibət təkcə etiraz aksiyalarının keçirilməsi, bəzi dövlətlərin bayraqlarının və səfirliklərinin yandırılması ilə məhdudlaşmayıb, həm də müsəlman və Qərb ölkələrinin mətbuatda müxtəlif səpkili məqalələr yazılıb, müəyyən təhlillər aparılıb. Təəssüf ki, bəzən həmin yazılarda ifrata varılaraq böyük səhvlərə yol verilir. Hətta dinlərarası münasibətləri gərginləşdirəcək məqamlar ortaya çıxır. Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu məsələylə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, "Yeni xəbər" qəzetinin 11 fevral 2006-cı il tarixli sayında müəllifi Natiq Muxtarlı olan "Vəhşi Qərbin Şərqə hücumu" adlı məqalədə iki səmavi dində müqəddəs sayılan Həzrəti Məryəm və Həzrəti İsa haqqında təhqiramiz ifadələr işlədilib, Həzrəti Məryəm "fahişə", İsa peyğəmbər isə "bic", "impotent" adlandırılıb: "Yazıda Qərb mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının çap olunmasına münasibət bildirən müəllif təkcə xristianlıqda deyil, həm də İslam dinində müqəddəs sayılan bu şəxsiyyətləri heç bir əsas olmadan təhqir edib, dinlərarası nifaq yarada biləcək fikirlər səsləndirib, xüsusilə xristianlıq dininə qarşı kəskin ittihamlar irəli sürüb. Bu fikirləri həm Azərbaycan qanunlarına, həm beynəlxalq konvensiyalara, həm də bizim əxlaq normalarımıza kobud təcavüz kimi qiymətləndirmək olar". Bəyanatda daha sonra bildirilir ki, belə fikir sahibləri qanun qarşısında məsuliyyət daşıyırlar.

Ətraflı| Şərhlər: 0 | Дата: 15 Fevral, 2006

"Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında heç bir problem yoxdur". Bu sözləri APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev deyib. O, İslam təmayüllü dini icmaların qeydiyyata alınmasında da fikir ayrılığının olmadığını bildirib: "Əvvəlcədən qəbul olunmuş qaydaya görə, İslam dini icmaları qeydiyyata alınmazdan öncə onlara QMİ tərəfindən təqdimat verməlidir. Bu məsələ qeyri-İslam icmalarına aid edilmir. Onların qeydiyyatı ilə yalnız dövlət komitəsi məşğul olur". Azərbaycanda İslam aləmində "Vəhabi" təriqəti kimi tanınan icmanın qeydiyyatdan keçmədiyini deyən komitə sədri bu məzhəbin radikal qanadının zərərsizləşdirilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən bir sıra əməliyyatın keçirildiyini diqqətə çatdırıb: "Belə qruplar Azərbaycanda fəaliyyət göstərir və bu, heç kimə sirr deyil. Lakin bunun geniş miqyasda qabardılmasına ehtiyac yoxdur. "Əbu Bəkr" məscidində isə sadəcə İslami rituallar icra olunur. "Əbu Bəkr" məscidinin vəhabi icması adlandırılması düzgün deyil".

Ətraflı| Şərhlər: 0 | Дата: 15 Fevral, 2006

"Son zamanlar sivilizasiyalar arasında yaranan qarşıdurmanı müsbət qarşılamaq olmaz. Hər bir sivilizasiya digəri haqqında daha çox məlumat əldə etməlidir. Hesab edirəm ki, tərəflərin biri-biriləri haqqında daha çox məlumatlı olması yaranan vəziyyəti aradan qaldıra bilər". Bu açıqlamanı İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Link Danimarka mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsi ilə bağlı sivilizasiyalar arasında yaranan qarşıdurmaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər bir dövlət digərinin fikrinə və mədəniyyətinə hörmətlə yanaşmalıdır: "Məhz bu yolla sivilizasiyalar arasında yaranan qarşıdurmanın qarşısını almaq mümkündür".

Ətraflı| Şərhlər: 0 | Дата: 14 Fevral, 2006

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Cümə məscidi" Dinin İcmasının "Qələbə" kinoteatrının qarşısında mitinq keçirməsinə icazə verməyib. İcmanın rəhbəri Hacı İlqar İbrahimoğlunun APA-ya verdiyi məlumata görə, dünən meriya onlara məktub göndərərək Məhəmməd peyğəmbərin (s) karikaturalarının Avropa qəzetlərində çap olunmasına etiraz etmələrini yüksək qiymətləndirib. Paytaxt meriyası artıq bunla bağlı Azərbaycan mətbuatında geniş müzakirələrin aparıldığını və ictimai rəyin formalaşdırıldığını bildirib. Bunlara baxmayaraq, BŞİH mitinqin keçirilməsinə icazə verməyib. İ.İbrahimoğlu deyib ki, bu gün toplantı keçirərək, meriyanın cavabını müzakirə edəcək və atacaqları növbəti addımı müəyyənləşdirəcəklər.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Fevral, 2006
 
3421 səhifədən 3420 << < 3416 3417 3418 3419 3420 3421 > >>
SONXƏBƏRLƏR
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

12 İyun, 2019
Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İyun, 2019

Türkiyədə terrorçularla atışma: 2 hərbçi şəhid olub

11 İyun, 2019
Zelenski 15 qubernatoru işdən çıxardı
11 İyun, 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

11 İyun, 2019
Egey dənizində miqrantları daşıyan qayıq batıb
11 İyun, 2019
Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir
11 İyun, 2019

Xristian dünyasının ən bahalı sənət əsəri müsəlman şahzadənin yaxtasında

11 İyun, 2019

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

11 İyun, 2019

Peyğəmbərin (s) zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com