İmanın Yarısı Olan Səbir

Səbir orta yolu tapmaq, bəla və əzab vaxtı dözmək, həyatın və dinin şərtləri qarşısında bezmədən, yorulmadan yola davam etməkdir. Səbir dinimizin ən çox istədiyi və əmr etdiyi əxlaqi qaydalardan biridir. Səbirdə məqsəd gözlənilməz hadisələr və həll edə bilmədiyimiz problemlər qarşısında həyəcanlanmadan, təşvişə düşmədən ağılla fikirləşərək doğru qərarlar verə bilməkdir. Ancaq səbir zülmə boyun əymək, vətən, namus və insan şəxsiyyətinə qarşı olan təhqirlərə dözmək mənasına gəlməməkdədir. Belə olan hallarda buna qarşı etiraz etməyən insanlar acizlik və qorxaqlıq nümayiş etdirmiş olurlar. "Ey iman gətirənlər. Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbir edənlərlədir" (Bəqərə, 153).

Allah-Təalanın bizdən istədiyi səbir başımıza gələn hər hansı bir müsibətin ilk anında səbir göstərmək, panikaya düşərək qeyri-ixtiyari hərəkətlər etməməkdir. Belə ki, Ənəs ibn Malikin rəvayətinə görə, Peyğəmbər (s.ə.s.) bir gün övladını itiridiyi üçün uca səslə fəryad edib saçlarını yolan bir qadının yanından keçərkən ona: "Allahdan qorx və səbir et" deyir. Bunu eşidən qadın: "Əl çək məndən, sən mənim halımı başa düşməzsən. Çünki mənim başıma gələn sənin başına gəlməyib" cavabını verir. Rəsulullah (s.ə.s.) keçib getdikdən sonra həyəcanından onu tanımayan qadına onun Muhəmməd Peyğəmbər (s.ə.s.) olduğunu deyirlər. Qadın dərhal Peyğəmbərin (s.ə.s.) yanına gedir, onu tanımadığını deyərək ondan üzr istəyir. Qadının halını başa düşən Peyğəmbər (s.ə.s.) belə buyurur: "Həqiqi səbir, fəlakətin ilk anında göstəriləndir".

Başqa bir hədisində Peyğəmbər (s.ə.s.) səbrin növləri haqqında belə məlumat verir:
"Səbir üç cür olur: Müsibətlərə səbir etmək, Alahın əmrlərini yerinə yetirməyə səbir etmək və günah işləməməkdə səbir göstərmək. Hər kim başına gələn bəlaya o keçib gedənə qədər dözsə, Allah ona üç yüz dərəcə savab yazar ki, hər dərəcə arasındakı məsafə yerlə göy arasındakı məsafə qədərdir".

Qurani-Kərimdə səbirlə əlaqədar olan ayələrdən birində belə buyurulur:
"Əlbəttə biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" (Bəqərə, 155).

Onu da qeyd edək ki, səbir bütün peyğəmbərlərin ortaq cəhətləridir. Belə ki, onların hamısı Allahın dinini təbliğ edərkən müxtəlif əziyyətlərə düçar olmuş, vətənlərindən qovulmuş, hökmdarlar tərəfindən zindanlara salınmış və hətta bir çoxu bu yolda şəhid edilmişlərdir.

Ətrafında olan insanlardan heç bir şeyi ilə fərqlənməyən Muhəmməd Peyğəmbərin (s.ə.s.) həyatına nəzər salsaq səbrin saysız-hesabsız nümunələrinin şahidi olarıq. Hətta müşriklər ona gözqamaşdırıcı təkliflər etdiyi zaman Həzrəti Peyğəmbər (s.ə.s.) onlara belə cavab vermişdi:
"Ac qaldığım günlərdə səbir, tox olduqda isə Allaha şükür edirəm. Çünki iman bir-birini tamamlayan iki hissədən ibarətdir. Bunun biri şükür, o biri isə səbirdir".

Əbu Səid əl-Xudri Həzrəti Peyğəmbərin xəstəliyini nəql edərkən belə deyir:
"Peyğəmbərin xəstə olduğunu eşitdim və ona dəyməyə getdim. Əlimi ona toxundurdum. Hərarətini yorğanın üzərindən hiss etmək olurdu. "Hərarətin çox yüksəkdir!" - dedim.
- Biz peyğəmbərlər beləyik. Dərd-bəla bizə qat-qat gəldiyi kimi, bunun qarşılığında olan mükafatlar da qat-qat gəlməkdədir.
- Ey Allahın Elçisi! İnsanlardan ən çox bəlaya düçar olanlar kimlərdir?
- Peyğəmbərlər!
- Bəs sonra kimlərdir?
- Sonra əməlisalihlər!
Həzrəti Peyğəmbər sözünə davam edərək belə buyurdu: "Bu insanlar olduqca kasıb olub, bir paltar belə ala bilmədiklərinə baxmayaraq, hər şeyə sahib olub sevinən insan kimi sevinirlər".

Başına hər hansı bir bəla gələn insan səbir edib, bunun qarşılığında Allahdan savab ummalıdır. Buna örnək olaraq isə, Hz. Həmzənin bacısı Safiyə misal göstərilməkdədir. Belə ki, Uhud döyuşündə qardaşının şəhid edildiyini eşidərək onu son dəfə görmək istəyir. Lakin Rəsulullah (s.ə.s.) Hz. Həmzənin düşdüyü halı görməməsi üçün ona bunu qadağan edir. Lakin Safiyə belə deyir: "Mən onsuz da qardaşımın kəsilib-doğrandığını bilirəm. Mənə sadəcə onu son dəfə görməyimə icazə verin. Qardaşım Həmzə bu müsibətə Allah yolunda düşdü və inşallah onun əcrini də Allah verər.

Nəticə olaraq onu deyək ki, səbir dərddən və sıxıntıdan xilas olmağın ən əsas yollarından biridir. Çünki səbir Allahın bəndələri üçün buyurmuş olduğu ən faydalı və ən təsirli dərmandır.

Abbas QURBANOV

 



Yerləşdirilib:10 Oktyabr, 2007  13:41, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Oktyabr, 2019

"Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki..."

23 Oktyabr, 2019

Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr, 2019
“Milli dəyərlərimizə qəsd edənlərin dövlətimiz tərəfindən durdurulması zəruridir...”
23 Oktyabr, 2019

Ən varlı insanlar bu ölkədə yaşayır

23 Oktyabr, 2019

Cənabətli şəxsin təri təmizdir ya murdardır? İslam suallarda

23 Oktyabr, 2019

Ərdoğan: "Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib"

23 Oktyabr, 2019

Pentaqon rəhbəri: "Biz Türkiyə ilə döyüşə hazırlaşmırıq"

22 Oktyabr, 2019

Türkiyə Suriyadakı itkilərini açıqlayıb

22 Oktyabr, 2019
İŞİD İraqda neft yatağına hücum edib
22 Oktyabr, 2019
Suriya prezidenti İdlibdə döyüş cəbhəsinə baş çəkib
22 Oktyabr, 2019

Ərbəin başa çatdı, İraq yenidən qarışa bilər Nəzər nöqtəsi

22 Oktyabr, 2019

Əfqanıstanda "Taliban" yaraqlıları ilə toqquşmalarda 15 polis ölüb

22 Oktyabr, 2019

Bəzi şəxslər namazın təşəhhüd hissəsində salavat söyləməyi inkar edirlər. Bu fikir doğrudurmu? İslam suallarda

22 Oktyabr, 2019
Kürdlər Amerika hərbçilərini pomidor və kartofla “yola saldılar”
22 Oktyabr, 2019
Tramp İranı görünməmiş zərbə ilə hədələyib
21 Oktyabr, 2019

Honkonq hökuməti müsəlmanlardan üzr istəyib

21 Oktyabr, 2019

Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"

21 Oktyabr, 2019

Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb

21 Oktyabr, 2019
İordan çayının qərb sahilində bir fələstinli öldürüldü
21 Oktyabr, 2019

Həkimin yuyulmasını qadağan etdiyi bədənin spirt toxunan hissəsini namaz qılmaq üçün necə pak etmək lazımdır? İslam suallarda

21 Oktyabr, 2019

ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır

21 Oktyabr, 2019

ABŞ-da hərbi təlim zamanı üç hərbçi ölüb

19 Oktyabr, 2019

Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı açıqlanıb

19 Oktyabr, 2019

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

19 Oktyabr, 2019

Ərdoğan: Terrorçular bölgəni tərk etməyə başlayıb

19 Oktyabr, 2019

Hansı məkanlarda namaz qılmaq məsləhət deyil? İslam suallarda

19 Oktyabr, 2019

Kataloniyada "qaynayır": 128 nəfər saxlanılıb, 207 polis xəsarət alıb

19 Oktyabr, 2019

Bu gün, oktyabrın 19-u, Ərbəindir - Aşuranın 40-cı günü

XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com