İslamda qonşu haqları

Ailəmizdən sonra ən yaxın əlaqə qurduğumuz insanlar, şübhəsiz ki, qonşularımızdır. İnsan olaraq cəmiyyət halında yaşadığımız üçün hər birimizin qonşumuz vardır. Onlar günün hər saatında müxtəlif səbəblərlə qarşılaşdığımız insanlardır. Buna görə də, haqlarına hörmət göstərməli olduğumuz insanların arasında qonşularımız ön cərgələrdə dururlar. Xüsusilə şəhər yerlərində, çoxmərtəbəli binalarda onlarla ailənin bir binanı, bir giriş-çıxışı bölüşdüyünü nəzərə alsaq, belə yerlərdə qonşuluq münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasının nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxmış olar.

Yaxın qonşu uzaq qohumdan yaxşıdır

Qonşularımız çətin zamanlarımızda kömək istədiyimiz, sevincli anlarımızda sevincimizi bölüşdürdüyümüz insanlardır. Bu baxımdan onlar sanki ailəmizin bir üzvü kimidirlər. Bu səbəbdən ailə üzvlərinə göstərilən yaxınlıq və əlaqə yaxın qonşulardan da əsirgənməməlidir. Hər bir müsəlman öz qonşularının problemləri ilə yaxından maraqlanmalı, onların sevinc və kədərlərini bölüşdürməlidir.

Hələ qədimdən "Yaxın qonşu uzaq qohumdan yaxşıdır" deyən dədə-babalarımız qonşu haqlarına böyük diqqət yetirmiş, xeyir və şərdə bir-birlərinə əl tutmuş, məclislərinin başında qonşularını oturtmuşdur. Bu xüsus İslamın gəlişi ilə daha da qabardılmış, qonşu haqları hər bir insan üçün xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Hər bir insanın haqqını qoruyan qanunlar gətirmiş İslam dini qonşu haqlarına xüsusi əhəmiyyət vermiş, ev satmazdan əvvəl ilk olaraq qonşunu xəbərdar etməyi, ev satın almadan əvvəl qonşu axtarmağı bizə tövsiyə etmişdir. Qonşu haqları haqqında Allahın əmrlərini və peyğəmbərimizin tövsiyələrini ələ alan hər bir müsəlman məsələyə məhz bu prizmadan yanaşsa, İslamın qonşuya və qonşu haqlarına necə böyük dəyər verdiyini anlamış olar. Təsadüfi deyil ki, Hz. Peyğəmbər də bir hədisində "Cəbrayıl qonşu haqları barədə mənə o qədər tövsiyə etdi ki, qonşunu qonşuya varis edəcəyini düşündüm" buyurmuşdur.

Qurani-Kərimdə qonşu haqları Nisa surəsinin 36-cı ayəsində dilə gətirilir: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!"

Ayədə Allahın təkliyinə imanın vacibliyi vurğulandıqdan sonra, bir-bir haqlarını qorumalı olduğumuz insanlar sadalanır. Bu haqlardan biri də qonşu haqlarıdır. Bəs bu haqlar nədən ibarətdir?

Qonşunun qonşusu üzərindəki haqqı

Yuxarıda da qeyd etdiyimiz kimi, İslam dini qonşuluğa və qonşu haqlarına hələ ilk dövrlərdən çox böyük əhəmiyyət vermiş, qonşunu narahat edən hər cür davranış, dinimiz tərəfindən çirkin görülmüş, yerinə görə bu cür hərəkətlər hətta günah kimi qəbul edilmişdir. Deməli, əsl müsəlman heç bir qonşusunu narahat etməməli, heç birini incitməməlidir. Hədis kitablarında rəvayət olunur ki, bir gün Hz. Peyğəmbər ətrafındakılara üç dəfə "Vallahi iman etmiş olmaz" söyləyir. Ətrafında olan müsəlmanların "Ya Rəsulallah, kim iman etmiş olmaz?" sualına isə Böyük Peyğəmbərimiz belə cavab verir: "Qonşusu zülm və pisliyindən əmin olmayan insan iman etmiş olmaz". Peyğəmbərimizin xüsusi diqqət çəkərək söylədiyi bu hədisdən də göründüyü kimi qonşu haqqının imanla birbaşa əlaqəsi vardır və müsəlmanın qonşu haqqı olaraq ilk diqqət etməli olduğu iş qonşularının etibarını qazanmaqdır. Lakin iş bununla bitmir. Həqiqi müsəlman qonşusunun vəziyyəti ilə maraqlanmalı, acmı-ac deyilmi, bir problemi varmı-yoxmu deyə narahat olmalıdır. Çünki Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: "Qonşusu ac ikən özü tox olan kimsə mömin deyildir". Qonşu haqqını yenə də imanla əlaqələndirən bu hədis xüsusilə imkanlı şəxslərin üzərinə böyük məsuliyyət qoymaqdadır. Çünki bildiyimiz kimi, Allahın nemət verdiyi şəxslərin üzərində kasıbların, acların doyuzdurulması məsuliyyəti vardır. Əgər belə bir insan acları doyuzdurub, kasıbların haqqını verməsə həmin insanların haqqını yemiş olar. Qonşusunun çörək almağa pulu olmadığını bilən müsəlman buna göz yumaraq öz kefinə baxmamalıdır. Xüsusilə ətri tez yayılan yeməklər bişirilən zaman mütləq ondan kasıb qonşulara, körpə uşaqları olan ailələrə paylamaq lazımdır. Burada yeri gəlmişkən Peyğəmbərimizin dövründə yayğın olan, bu gün isə tam əksi görülən bir şeyi qeyd etmək lazımdır. İslama görə, qonşuluqda dünyasını dəyişən olanda, həmin şəxsin ailəsinin başı dəfn işlərinə qarışdığına görə yeməklə təmin edilməsi qonşuların üzərinə düşür. Necə ki, Hz. Peyğəmbər Cəfər ibn Talib şəhid olan vaxt, qonşularına onun ailəsi üçün yemək bişirib aparmalarını tapşırmışdır.

Beləcə hər bir müsəlman ilk növbədə bu haqlara əməl etməli, qonşusu üçün xeyirli olmağa çalışmalıdır. Çünki Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: "Allah qatında yoldaşların ən xeyirlisi yoldaşına ən xeyirli olandır. Qonşuların da ən xeyirlisi qonşusuna ən xeyirli olandır" .

Yuxarıda sadalanan haqlardan başqa, hər bir müsəlmanın müsəlman üzərində dörd haqqı vardır ki, həqiqi qonşu bu haqlara da riayət eləməlidir:

1) xəstələnəndə ona dəymək;

2) öləndə cənazəsində iştirak etmək;

3) evinə dəvət edəndə dəvətini qəbul etmək;

4) yanında asqıranda, ona Allahdan mərhəmət diləmək.

Yaxşı qonşu gözəl nemətdir

İslama görə hər bir insan malik olduğu bütün gözəllikləri Allahın neməti bilməli və bunlara görə daim Allaha şükr etməlidir. Həqiqi müsəlman bilməlidir ki, müsəlman olmasından tutmuş əlində olan hər şeyə görə Allaha borcludur. Belə nemətlərin içində gözəl qonşu xüsusi yer tutur. Həqiqətən də, yaxşı qonşunun böyük nemət olduğunu yalnız qonşusu pis olanlar bilər. Yalnız pis qonşu əlindən öz evindən köçən neçə-neçə şəxslərin mövcudluğu özü-özlüyündə "qonşun pisdir köç qurtar" məsəlinin doğru olduğunun əyani sübutudur.

Nəticə olaraq onu yaddan çıxarmamalıyıq ki, İslam dini cəmiyyət həyatına böyük əhəmiyyət verir. Buna görə də müsəlman olan insanın xüsusilə də müsəlman olmayan ölkədə qonşularla münasibətdə diqqətli olmalıdır. Diliylə onlara İslamı təbliğ etməsə də, öz hərəkətləriylə onlara örnək olmalı, İslamın insan haqlarına verdiyi əhəmiyyəti onlara öz hərəkətləri ilə təlqin etməlidir. Təsadüfi deyil ki, Malaziya, İndoneziya kimi islami fəthlərin gedib çıxa bilmədiyi ölkələrdə İslam ticarət üçün oralara gedib çıxmış müsəlman tacirlərinin vasitəsilə daha geniş yayılmış, məhz onların yaşadığı həqiqi İslam yerli camaatı özünə cəlb etmişdir. Bu gün müsəlman ailələrinin yerləşdiyi Amerika və Avropa ölkələrində də eyni situasiya ilə qarşılaşırıq. Bütün bunları nəzərə alsaq görərik ki, qonşu haqları maddi dəstək çərçivəsi ilə kifayətlənmir, bunun arxasında daha böyük hədəflər durur. Elə isə biz də yaşadığımız bölgədə qonşularımızın etibarını qazanmalı, onlarla sıx münasibət quraraq problemləri ilə maraqlanmalı, salamlaşmanı yayarıq uşaqlarımızı da buna öyrətməli və beləcə öz əməllərimizlə qonşularımıza örnək olmalıyıq.

Aqil HACIYEV (aqil@islam.az)

 



Yerləşdirilib:10 Oktyabr, 2007  13:39, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Son şərhlər : 2
Müəllif: samir | 5 Oktyabr, 2015  18:55
# Ответить
0


]]>]]>

edebiyyat
Müəllif: Samiralime | 6 Oktyabr, 2015  10:21 | Ответ на #4115
# Ответить
0


]]>]]>

Riyaziyyat, Nəğmə, Bədən tərbiyəsi
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2019
Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib
18 İyun, 2019

Qazaxıstanda kütləvi həbslər: 4 minə yaxın insan saxlanılıb

18 İyun, 2019
İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını alıb
18 İyun, 2019
Tramp milyonlarla qeyri-qanuni miqrantın deportasiyasını elan edib
18 İyun, 2019

Peyğəmbərin (s) neçə əmisi olub? Islam suallarda

18 İyun, 2019
Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli şəraitdə dəfn olunub
18 İyun, 2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir
17 İyun, 2019
İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq
17 İyun, 2019
Misirin sabiq prezidenti vəfat edib
17 İyun, 2019

Hələbin atəşə tutulub, 12 nəfər ölüb

17 İyun, 2019
Husilərdən həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum
17 İyun, 2019
ABŞ İrana qarşı bütün variantları nəzərdən keçirir
17 İyun, 2019

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır? İslam suallarda

17 İyun, 2019
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
17 İyun, 2019
Türkiyədə 8 PKK terrorçusu məhv edilib
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com