"And olsun on gecəyə”

Fəcr surəsi 2-ci ayəsinin təfsiri

Fəcr surəsinin ikinci ayəsində Allah Taala “və and olsun on gecəyə” şəklində and içir. Bu ayədəki “on gecə”dən məqsədin nə olduğunu bilmək üçün ən azından surənin ilk 14 ayəsi birlikdə nəzərdən keçirilməlidir.

 

 

Surənin əvvəlində 5 varlığa and içilir:

1. And olsun dan yerinə. 2. And olsun on gecəyə. 3. And olsun cütə və təkə. 4. And olsun keçib getməkdə olan gecəyə. (Fərc 1-4)

Daha sonra “Məgər bunlarda ağıl sahibləri üçün bir and yoxdurmu?” buyurularaq and içilən varlıqların əhəmiyyətli olduğu vurğulanır.

Fəcr surəsi Məkkədə nazil olmuşdur. Burada Allah (c.c.) Məkkəlilərə Ad, Səmud və Firon qövmü kimi öz dövrlərində güclü mədəniyyətlər qurmuş qövmləri necə cəzalandırdığını nəql edir. Quran qissələrinin ibrət məqsədilə nazil edildiyini nəzərə alsaq, buradan da anlaşılır ki, bu surə İslamı qəbul edən möminlərə qarşı işgəncə və təzyiqin başladığı bir vaxtda nazil olmuş, istər inkarçıların, istərsə də iman gətirənlərin ibrət almasını nəzərdə tutmuşdur.

1. And olsun dan yerinə!

Hər şeydən əvvəl onu qeyd edək ki, Fəcr surəsində and içilən varlıqlarla əlaqədar olaraq müfəssirlər arasında fikir birliyi mövcud deyildir.

Buradakı “dan yeri”inin hər hansı bir günün “dan yeri” olduğu qeyd edilməklə bərabər, sonrakı ayələrə verilən mənalara paralel olaraq Zilhiccənin fəcri, Ramazanın fəcri, Məhərrəmin fəcri, cümə gününü və ya cümə axşamının fəcri, bütün gün, sübh namazı və s. şəklində də təfsir edilmişdir.

2. And olsun on gecəyə.

On gecə ilə əlaqədar olaraq da klassik və müasir dövr müfəssirləri tərəfindən fərqli mülahizələr səsləndirilmişdir. Zilhiccənin ilk on günü, Ramazanın son on günü, Məhərrəmin ilk on günü və hər ayın birinci, ikinci və üçüncü on günlükləri şəklində təfsir edilmiş, əksəriyyət bunu zilhiccənin ilk on günü olaraq qəbul etmişdir.

3. And olsun təkə və cütə.

Ayədəki “tək və cüt” “şəf” və “vətr” namazları, mütləq mənada tək rükətli və cüt rükətli namazlar, Qurban bayramı və Ərəfə günü, bütün yaradılmışlar və tək olan Allah, tək və cüt olan bütün məxluqlar və s. şəklində təfsir edilmişdir.

4. Keçib getməkdə olan gecəyə.

Yuxarıdakı ayələri nəzərə alaraq bu ayə Qurban bayramının gecəsi, Ramazan bayramının gecəsi, Məhərrəmin gecələri və s. şəklində təfsir edilmişdir.

Bütün bunlarla yanaşı Fəcr surəsi 1-4-cü ayələr ilə əlaqədar aşağıdakı açıqlamanı da qeyd etmək mümkündür.

Məlum olduğu kimi Quran ayələri və surələri arasında əlaqə olduğu təfsirçilər tərəfindən qəbul edilən bir gerçəkdir. Bu surənin ayələri arasında da eyni şəkildə əlaqənin varlığı qəbul edilə bilər.

Surənin 6-14-cü ayələrində Ad, Səmud və Firon qövmü kimi Allahı inkar edən və Ona iman gətirənlərə işgəncələr verərək zülm edən qövmlərin necə həlaka düçar olduğu bildirilir. Odur ki,  ilk 5 ayənin də bununla bir başa əlaqədar olduğunu düşünə bilərik. Yəni ilk 4 ayədə and içilən varlıqlar ilə sonrakı ayələrdə əzaba düçar olmuş qövmlərin həlakı arasında bir başa əlaqə vardır.

İkincisi, burada and içilən varlıqlar simvolik məna ifadə edir. Fəcr yeni günün başlanğıcıdır. Dan yerinin ağarması gecənin qaranlığı ilə səhərin aydınlığının tam ortasında yer alaraq aydınlığın xəbərçisidir. Bu sıxıntından qurtulmağı ifadə edir. İman gətirdikləri üçün işgəncəyə məruz qalan möminlərə əvvəlki zalım qövmlərin başlarına gələnlər xatırladılaraq, möminlərin ən sonunda qurtulacağı xəbər verilir. Belədə, “on gün”, “tək və cüt” və “keçib getməkdə olan gecə” nin də “fəcr” kimi ifadələrin qurtuluşun simvolu olması mümkündür.

Üçüncüsü, İslamın ilk toxumlarının atıldığı bir dövrdə baş verən bu əziyyətlər qarşısında güclü andlarla verilmək istənilən mesajın gerçək qurtuluşun xəbərçisi olması da mümkündür. Ramazan və Zilhiccənin on günləri mənəvi olaraq qurtuluşa səbəb olsalar da, dünyada çəkilən sıxıntıların ortadan qalxması mənasına gəlməzlər. Məhərrəmin ilk on günündə baş verənlər dünyada çəkilən zülmlərin sona yetməsi istiqamətində olsa da, nəticə etibarilə yuxarıdakılardan fərqli deyildir. Bu on gün ərzindəki mübarizə nəticəsində mənəvi qurtuluş gerçəkləşmiş, fəqət yer üzündə zülm davam etmişdir.

Yuxarıdakı qurtuluş hekayəsini nəzərə alsaq, Fəcr surəsinin ilk 4 ayəsində and içilən varlıqlar ilə insanlığın zülmdən qurtulacağı, ədalətin bərqərar olacağı və yer üzündə “İlahi hakimiyyətin” tam mənası ilə qurulacağı “gün”lə əlaqəsinin olduğu düşünülə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, İlahiyyat üzrə fəlsəfə doktoru

Aslan Həbibov

 

 



Yerləşdirilib:20 May, 2013  16:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: Bende | 20 May, 2013  13:20
# Ответить
+3


]]>]]>

Allah razi olsun sizlerden. Bu qeder eziyyet cekirsiniz insanlari elmlendirmekden oteri. Bunun Allah yaninda ecri cox boyukdur insAllah. Allah sizlerin haminizdan razi olsun Ilahi Amin !!!
Müəllif: NICAT | 20 May, 2013  20:17
# Ответить
+2


]]>]]>

ALLAH RAZI OLSUN COX SAGOLUN BELE GOZEL MOVZULARA GORE
Müəllif: Seid79 | 21 May, 2013  13:33
# Ответить
+1


]]>]]>

Aslan müəllim,
Maraqlı məlumata görə çox sağolun.
Hörmətlə əmioğlu Səid.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
13 Dekabr, 2019
Əhməd Davudoğlu yeni partiyasını elan edib
13 Dekabr, 2019

Ölümdən qorxmaq normal haldırmı? İslam suallarda

13 Dekabr, 2019
ABŞ qadağan olunmuş ballistik raketi sınaqdan keçirib
13 Dekabr, 2019
İraqda daha 6 etirazçı öldürülüb
12 Dekabr, 2019

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkürünü bildirdi

12 Dekabr, 2019

İnsan öz sağlığında özü üçün qəbir qazdıra bilərmi? Bu günah deyil ki? İslam suallarda

12 Dekabr, 2019

Nigerdə atışmada 127 nəfər öldürülüb

12 Dekabr, 2019

BMT: İraqda etirazlar zamanı 424 nəfər həlak olub

11 Dekabr, 2019
Bolqarıstan IGB tikintisini TAP-la eyni zamanda bitirmək niyyətindədir
11 Dekabr, 2019
Rusiya və Türkiyə prezidentləri İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər
11 Dekabr, 2019
Şəhidlərimizi unutmayaq!!!
10 Dekabr, 2019

Suriya və İraqda 903 nəfəri ölüb və ya itkin düşüb

10 Dekabr, 2019

Dövlət Komitəsi: Əbu Bəkr məscidi yenidən açılacaq

10 Dekabr, 2019
Tramp FTB-nin əməliyyatını çevriliş cəhdi adlandırdı
10 Dekabr, 2019

Ən gec vəfat etmuş Peyğəmbər səhabəsi kimdir? İslam suallarda

10 Dekabr, 2019
İraqda nazir və deputatların istintaqa cəlb edilməsi haqda qərar çıxarılıb
9 Dekabr, 2019

Alkoqolun istənilən dozası ölümcül təhlükə mənbəyidir

9 Dekabr, 2019

Türkiyədə terror: ölənlər var

9 Dekabr, 2019
Bu il 50 adda dini ədəbiyyatın Azərbaycana idxalına razılıq verilməyib
9 Dekabr, 2019

Səudiyyə Ərəbistanının 3 hərbçisi Yəmənlə sərhəddə öldürülüb

9 Dekabr, 2019

Əfqanıstanda partlayışda 8 hərbçi ölüb

9 Dekabr, 2019

Siqaret çəkməyin hökmü nədir? İslam suallarda

9 Dekabr, 2019

Dekabrın 26-da Günəş tutulacaq, ayət namazı vacibdir

9 Dekabr, 2019

Azərbaycanın İslam dünyasına böyük töhfəsi İƏT Gənclər Forumunun 15 illiyi münasibəti ilə yubiley yazısı

7 Dekabr, 2019

Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi və təkbiri hansı şəkildə demək lazımdır? İslam suallarda

7 Dekabr, 2019

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

7 Dekabr, 2019

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

6 Dekabr, 2019
İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com