Rəcəb ayı daxil olur, hansı əməllər yerinə yetirilməlidir?

Bu il Rəcəb ayı mart ayının 8-i başlayır. Bu ayda hansı əməllər yerinə yetirilməlidir?

İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır.

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”

Tərcüməsi: "Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”

Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: “Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan “şeybəti” sözünün yerinə “şəri ” desin).

Tərcüməsi: "Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi".

Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır.  İmam Sadiqdən belə bir hədis var: “Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir”

Həmçinin İmam buyurub: “Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar”.

Digər bir hədisdə deyilir ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə", əgər həmin adam bu ayda ölərsə, Rəcəbin bərəkətinə görə od onu yandırmaz.

Həzrət Peyğəmbər (s) buyurub: “Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə".

 



Yerləşdirilib:8 May, 2013  18:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 12
Müəllif: NICAT | 8 May, 2013  17:14
# Ответить
+5


]]>]]>

SALAM aleykum ADMIN RECEB AY AYIN NECESI GIRIR MUMKUNSE DEYERDIZ?
Müəllif: administrator | 8 May, 2013  19:18
# Ответить
+10


]]>]]>

May ayının 11-nə gözlənilir. Daha dəqiq mayın 10-u axşam saytda məlumat verəcəyik.
Müəllif: Rza | 9 May, 2013  12:58
# Ответить
+3


]]>]]>

Rəcəb Ayında oxunan dua ancaq kişilırə aiddir?Əgər qadınlara da aiddirsə, qadınlar bu duani necə etməlidirlər?
Müəllif: administrator | 9 May, 2013  16:17
# Ответить
+7


]]>]]>

Metnin ichinde de yazilib ki, qadinlar da oxuyur ve bu vaxt ellerini ne uze, ne de basha qoymaqa ehtiyac yoxdur.
Müəllif: administrator | 11 May, 2013  02:28
# Ответить
+4


]]>]]>

10 may tarixinde axsham, yeni ayin hilalinin gorunmesi haqda melumat daxil olmadiqi uchun, 11 may Camadiussani ayinin 30-u, 12 may ise, Receb ayinin 1-i hesab olunacaq
Müəllif: Ruqeyye | 11 May, 2013  12:32
# Ответить
+2


]]>]]>

essealmu aleykum axi teqvimde 12 may girir Receb ayi?bu ayda oruc tutmaq mence bize ramazan ayi kimi vacib olmalidir.Amma eslinde mustehebdir.Allah hamimiza bu ayda qismet etsin oruc tutaq AMIN AMIN AMIN
Müəllif: Hafiz | 14 May, 2013  11:00
# Ответить
+1


]]>]]>

essalamun aleykum, birinci yazilan duani bawa duwe bilmedim momin ozune nece dua ede biler belke men sehv edirem amma men bilen bele olmali deyildi....
















Müəllif: Bilal | 25 Sentyabr, 2015  10:31
# Ответить
0


]]>]]>

Essalamun Aleykum.yuxaridaki metinde ishletdiyiniz" Rəcəb ayının sübhündə və əsrində" ifadesinin menasi nedir ve bilmek isterdimki novbeti Receb ayi ne vaxt olacaq?evvelceden cavablandirdiginiza gore ALLAH komeyiniz olsun
Müəllif: aydin | 6 Aprel, 2016  21:25
# Ответить
0


]]>]]>

Assalamu aleyka bizim dovlat neca islam dovlati adlanirki?
Müəllif: aydin | 6 Aprel, 2016  21:28
# Ответить
0


]]>]]>

Quran aciq bayan edirki Allahin nazil etdiyi ila hokm elamiyanlar kafirlardi.fasiqlardi zalimlardi.bizda Allahin hansi qanunlari icra olunur? Va biz neca musalman dovlati adlaniriq?
Müəllif: Shems | 13 Aprel, 2016  08:34
# Ответить
-1


]]>]]>

salam,rəcəb ayı dəqiq nə vax başlıyır bilməy olar?
Müəllif: ziyad | 5 May, 2016  19:36 | Ответ на #4399
# Ответить
-2


]]>]]>

rəcəb ayinin son gununu hansi tarixə duşur?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 May, 2019

Qədr gecəsinin əməlləri

24 May, 2019

Prezident dini qurumlara maliyyə yardımı ayırdı

24 May, 2019
Kabildə məsciddə partlayış baş verib
24 May, 2019
Pakistanda cümə namazına hücum edilib, ölənlər var
24 May, 2019

İŞİD Tacikistanda şiə alimlərin başını kəsdi

24 May, 2019
Hindistan İran neftinin idxalını tamamilə dayandırıb
24 May, 2019
BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb
24 May, 2019

Tramp: "İraqa hücum etmək lazım deyildi"

24 May, 2019

Ruhani: "İranı bombardman etsələr, təslim olmayacağıq"

24 May, 2019

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı? İslam suallarda

24 May, 2019
Suriyada silahlı dəstə ordunun zabitlərini əsir götürüb
24 May, 2019

Bu gün, mayın 24-ü, ehtimal edilən birinci Qədr gecəsidir

23 May, 2019

Prezident iftar mərasimində iştirak edib

23 May, 2019

Əhməd Davudoğlu imam Əlinin (ə) göstərişinə uyğun davrandı

23 May, 2019

Səudiyyə Ərəbistanında ilahiyyatçılar edam olunacaq

23 May, 2019
Zelenski Rusiya ilə dialoq aparmayacaq
23 May, 2019
Pakistan yeni nüvə raketini sınaqdan keçirib
23 May, 2019

Qədr gecəsi necə dua edək? Redaktordan

23 May, 2019

Səudiyyə koalisiyasının öldürdüyü yəmənlilərin sayı açıqlanıb

23 May, 2019

Ramazan ayında cənabət qüslü almağı unudan və bu halda oruc tutan, lakin gün ərzində bunu xatırlayan şəxsin orucu düzgündürmü? İslam suallarda

23 May, 2019
Fələstinin bütün cinahları ABŞ-ın Bəhreyn toplantısını boykot ediblər
23 May, 2019

BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir

22 May, 2019

Qədr gecəsi hansı gecədir?

22 May, 2019
İran beynəlxalq sulara əlavə hərbi gəmilər göndərir
22 May, 2019

İndoneziyada qanlı toqquşmalar: altı ölü

22 May, 2019

QMİ: Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb

22 May, 2019

Buker Mükafatının builki qalibi müsəlman qadın oldu

22 May, 2019

Quranda adı çəkilən Yəcuc-Məcuc səddi harada yerləşir? İslam suallarda

XƏBƏRARXİVİ
«May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com