DQİDK-nın təşkil etdiyi "Tolerantlıq Kuboku" başa çatıb

Bu gün, 05 may 2013-cü ildə Bakı Dövlət Universitetinin futbol meydançasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Odlar Yurdu” təşkilatının dəstəyi ilə "Tolerantlıq Kuboku" uğrunda dini icmalararası mini futbol turnirinin final oyunu və bağlanış mərasimi keçirilmişdir. Oyunu izləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Odlar Yurdu təşkilatının sədri İlham Nağıyev, Tükiyə səfirliyinin nümayəndəsi Sadiq Əlarslan, çimərlik futbol federasiyasının prezidenti Fərid Novruzi, yəhudi icmasının nümayəndələri, BDU-nin prorektoru Aydın kazımzadə, Məşədi Dadaş məscidinin imam cüməsi Hacı Şahin Həsənli, dünya şöhrətli fotoqraf Rza bəy Dəqati, media nümayəndələri də gəlmişdilər.

Dövlət Himni səsləndirilkdən sonra finala vəsiqə qazanmış komandalar – Məşədi Dadaş (Nəsimi) və İmam Rza (Binə) meydanda öz yerlərini almışlar. Gərgin mübarizə şəraitində keçən oyunda İmam Rza komandası 4:3 hesabı ilə qalib gələrək “Tolerantlıq Kuboku” nun sahibi olmuşdur.

Rəsmi bağlanış mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən olan “Tolerantlıq Kuboku” uğrunda mini futbol turniri ölkəmizdə ilk dəfə keçirilir. “Bu gün Azərbaycanda dinlərarası münasibətlər özünün ən yüksək səviyyəsindədir. Dünya praktikasında nadir hallarda rast gəlinən bu nümunənin Azərbaycana məxsus olması sevindirici haldır. Məsələn, biz bir neçə gün əvvəl müxtəlif dinlərə mənsub olan icmaların birlikdə ağacəkmə aksiyası keçirdiklərinin şahidi olduq. Bu gün isə burada birlikdə futbol oynayırlar. Bu ölkəmizdəki dinlərarası münasibətlərin tolerantlığın ötəsində olduğunun göstəricisidir.”

E.İskəndərov turnirin Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmasının da səbəblərindən danışaraq bildirdi ki, Ulu Öndərin hər zaman bu sahəyə xüsusi diqqəti olub. “Biz Ümummilli Liderin tez-tez müxtəlif konfessiyaların rəhbərləri, icma üzvləri ilə birgə görüşlərinin şahidi olmuşuq. Həmçinin, dinlərarası qarşılıqlı hörmətin yaranmasında Ulu öndərin böyük xidmətləri olub. Məsələn, Bibiheybət ziyarətgahı təmir olunursa, eyni zamanda kilsə və sinaqoqlar da təmir olunur. Bununla da ayrı-seçkiliyə yol verilmədiyi üçün hər hansı narazılıq da yaranmır.”

Dövlət Komitəsinin sədri bu gün Ümummilli Liderin düşünülmüş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də danışıb. Bildirib ki, bu gün ölkə Prezidentinin təşəbbüsü ilə Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir bərpa olunur. “Demək olar ki, bu ibadət ocaqlarının açılışlarında cənab Prezident şəxsən özü iştirak edir. Eyni zamanda dini icmalara dövlət tərəfindən maliyyə yardımlarının ayrılması, onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə yaradılan şərait də bunun bariz nümunəsidir” deyə E. İskəndərov fikirlərini tamamlayıb.

Daha sonra “Tolerantlıq Kuboku” uğrunda keçirilən mini futbol turnirinin mükafatlandırma mərasimi başlayıb. Səhnəyə öncə 3-cü yeri qazanmış “Ümid” qəsəbəsi dini icmasının komandası dəvət edilib. Medalları “Odlar yurdu” təşkilatının sədri İlham Nağıyev təqdim edib. İkinici yeri tutmuş Məşədi Dadaş komandasına da medallar təqdim edilib.

Nəhayət 1-ci yerin, “Tolerantlıq kubokunun” sahibi İmam Rza komandasına kuboku və medalları Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edib.

Qeyd edək ki, qalib komandalara diplom və hədiyyələrin təqdim edilməsi mərasimi 7 may tarixində Park İnn otelində keçiriləcək Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş tədbirdə baş tutacaq.

 

 

 

 

 

 

 

 

 



Yerləşdirilib:5 May, 2013  19:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
12 Noyabr, 2018

ABŞ Pakistanda 2 mindən çox mülki şəxsi qətlə yetirib

12 Noyabr, 2018

İmam Əli (ə): "Sənin ən pis (din) qardaşın..."

12 Noyabr, 2018
Türkiyəyə hücuma hazırlaşan terrorçular məhv edildi
12 Noyabr, 2018
Tramp Baltikyanı ölkələrlə Balkanları səhv salıb
12 Noyabr, 2018
ABŞ Fələstin-İsrail münaqişəsinin nizamlanması planını təqdim edəcək
12 Noyabr, 2018

Şabranda xəstə "Cinçıxartma" adı ilə döyülərək öldürülüb

12 Noyabr, 2018

“Fussilət” surəsində işlədilən “nəhs (uğursuz) gün” ifadəsinin mənası nədir? İslam suallarda

12 Noyabr, 2018

Camal Qaşıqçı son nəfəsdə nə deyib?

12 Noyabr, 2018

Azərbaycanda Konstitusiya Günüdür

10 Noyabr, 2018
Əfqanıstanda qubernator partlayış nəticəsində ölüb
10 Noyabr, 2018

Türkiyədə hərbi bazada güclü partlayış: 7 şəhid, 25 yaralı

10 Noyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Samir sualları cavablandırır - 12 Video

10 Noyabr, 2018

Bəzi dini kitablarda haqqında “Səduqi-əvvəl” yazılan məşhur hədis alimi kimdir? İslam suallarda

10 Noyabr, 2018

ABŞ Suriyada dinc sakinlərin evlərini bombalayıb, 26 nəfər ölüb

10 Noyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ-ın təyyarələrindən imtina etdi
9 Noyabr, 2018
WSJ: İrana qarşı sanksiyalar Rusiyaya sərf edir
9 Noyabr, 2018

Suriya Ordusu İŞİD-in oğurladığı onlarla əsiri azad edib

9 Noyabr, 2018

Başqasına bəd-dua etmək günahdırmı? İslam suallarda

9 Noyabr, 2018
Mosulda partlayış nəticəsində ölən və yaralananlar var
9 Noyabr, 2018

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

8 Noyabr, 2018
İspaniyanın Baş nazirinə sui-qəsd cəhdi olub
8 Noyabr, 2018

Tramp jurnalistlə mübahisə etdi: "CNN səni işlətdiyi üçün utanmalıdır" Video

8 Noyabr, 2018

Səudiyyə koalisiyası Yəməndə ciddi itkilər verdi Video

8 Noyabr, 2018

Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb

8 Noyabr, 2018

Təvəkkül etməyin həddi nədir? İslam suallarda

8 Noyabr, 2018

Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb

8 Noyabr, 2018

Bu gün, noyabrın 8-i, Səfər ayı başa çatır

7 Noyabr, 2018

Səudiyyəlilər daha bir jurnalisti öldürdülər

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com