Elşən Mustafaoğlu: “Nəticəni düşünmədən işə başlamaq – bu İslam deyil!”

Son günlər Azərbaycanın dini çevrələrində növbəti gərginlik yaşanıb. Hacı Tale Bağırovun həbsi, ardından isə Nardaranda keçirilən etiraz aksiyası, sosial şəbəkəlrdə bu həbsə verilən şərhlər və s. Dini mühitdə yaranmış vəziyyəti ilahiyyatçı-alim, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu "Yeni Şərq" saytına şərh edib. Həmin yazını sizə təqdim edirik.

 

- Hacı, Tale Bağırovun həbsinə münasibətiniz necədir?

- Allah-Taala insanı azad yaradıb. Təbii ki, bu ilahi azadlığın istənilən formada məhdudlaşdırılması insan fitrətinə ziddir. Bu baxımdan nəinki Hacı Tale Bağırovun, istənilən Adəm övladının həbsi üzücü və təəssüf doğuran hadisədir. Amma bir qədər konkretləşdirsək, şübhəsiz ki, sözügedən ilahiyyatçının narkotik istifadəsində ittiham edilərək tutulmasını qınayıram. Allahdan dua edirəm ki, haqsız ittihamlarla həbsə atılan bütün qardaşlarımız tezliklə ailə ocaqlarına qayıtsınlar, inşAllah.

Eyni zamanda, bir məsələni də qeyd edim ki, belə həssas dövrdə inanclı şəxslər, xüsusilə, dini çevrələrdə söz sahibi olanlar həssaslıqla davranmalı, elə etməlidirlər ki, atılan addımlar mövcud problemlərin dərinləşməsinə yox, həllinə xidmət etsin. Elə olmasın ki, “qaş düzəltdiyimiz yerdə vurub gözü də çıxaraq”.

- Elə onların da şüarı “Hicaba azadlıq” idi, yəni hicabla bağlı yaranmış problemin həlli...

- İstər hörmətli Hacı Tale, istər bir çox dəyərli ilahiyyatçılarımızın qaldırdığı məsələ - hicaba qoyulan qadağanın ləğvi tələbləri ilə şərikəm. Bu məsələ həllini tapanadək ictimai gündəmdə durması da vacibdir. Problem varsa, həll olunmalıdır! Amma bu, mütləq həbslər bahasına olmamalıdır. Hər halda, məsələyə müxtəlif yanaşmalar var, amma məncə, hicab qadağası bir problemdirsə, bunun arxasınca inanclıların həbsi də yeni bir problem olur. Axı ötən təcrübədən də şahidi olduq ki, nə qədər kəskin etirazlar oldu, həbslər oldu, amma problem çözülmədi. Bu baxımdan, konkret olaraq həbslə nəticələnən proses zamanı seçilmiş üsul nəinki ən uğurlu deyil, hətta zərərlidir.

Dinc etirazlar, tənqidlər insanların konstitusion haqqıdır. Amma dünyanın heç bir yerində dövlətlə, hökumətlə təhdid, ultimatum dilində danışmaq müsbət nəticə vermir. Bu, əvvəlcədən iflasa məhkum bir üsuldur. Etirazın müxtəlif təzahür formaları, üsulları var. Zənnimcə, ən emosional olanını deyil, ən effektiv olanını seçmək lazımdır. Lakin təəssüf ki, bəzi qardaşlarımız Həzrət İmam Museyi-Kazımın (ə) zindana düşməsini əsas gətirərək, dini bilikləri elə də çox olmayan insanlara, gənclərə bir qayda olaraq, həbs olunmağın sonsuz fəzilətlərə malik olduğu ideyasını təbliğ edirlər. Nədənsə digər imamlarımızın həyatında belə bir mərhələ olmadığı unudulur.

Yaxud da Kərbəla hadisələri. Onlar lazımınca təhlil edilməlidir! Niyə deməyək ki, imam Mədinədən nə üçün Məkkəyə, ordan da Kufəyə üz tutdu? Məqsədi bu dünyadan köç etmək idisə, elə peyğəmbər şəhərində, yaxud Kəbə divarları yanında bu məqsədini həyata keçirə bilərdi. Amma imam ona beyət edəcəyinə söz verən kufəlilərə sarı irəlilədi. Yəni “ya zindanda öləcəyik, ya meydanda” demədi. Son ana qədər məqbul vasitələrlə belə sonluqdan qurtulmağa çalışdı. Yalnız mühasirəyə alındıqdan sonra qətiyyətlə şəhidlik yolunu seçdi. Hətta döyüşdən əvvəl qarşı tərəfə anlatmağa çalışdı, moizə etdi ki, qan axıdılmasın. Amma qarşısına iki yol qoyuldu – ya Yezid zülmü qarşısında sınmaq, ya da şəhid olmaq.

- Bəs çıxış yolunu nədə görürsünüz?

- İslamın, peyğəmbər və imamlarımızın həyatının düzgün, obyektiv təhlilində, bu proses zamanı emosialar əsasında deyil, dərindən düşünüb-daşınmış qaydada tədbirli olmaqda. Təsəvvür edin, bəzi qardaşlarımız deyir ki, “bizi nəticə maraqlandırmır”. Vəzifə ilə nəticə az qala qarşı-qarşıya qoyulur. Axı bu, obyektiv yanaşma deyil. Necə yani nəticə maraqlandırmır? Axı bizim əsas vəzifəmiz elə problemi həll etməkdir. Üzərimizən düşən vəzifə də budur ki, sonda müsbət nəticə əldə edək. Nəticəsiz fəaliyyətin nə mənası var axı? Budur peyğəmbər və Əhli-Beyt yolu? Bütün məzhəblərin qəbul etdikləri məşhur bir rəvayət var. İmama sual verirlər ki, nə üçün qiyam etmirsən? Cavab verir ki, “bu çəməndəki qoyunların sayı qədər tərəfdarım olsaydı, qiyam edərdim”. Biz burdan nə anlamalıyıq, hansı nəticə hasil olmalıdır? Deməli imam qiyamının heç bir nəticə verməyəcəyini anlayaraq tərəfdarlarını güdaza vermək istəmir. Əhli-beyt imamlarımızın həyatını incələyək, dərindən öyrənək – onların dövründə olan haqsızlıqlar qarşısında necə davranıblar, öz tərəfdarlarına hansı tapşırıqları veriblər? Onlar mübariz olmayıbmı? Haqsızlıqlara qarşı mübarizənin öndərləri olmayıblarmı?

İmamlarımız haqq və ədalət uğrunda mübarizənin öndərləridir. Onların tərəfdarlarına buyurduqlarını, verdiyi tövsiyələrini, yazdığı məktublarını diqqətlə oxuyaq – onlar əllərindən gələni edib ki, tərəfdarları zərər görməsin, zindanlara atılmasın.

Təəssüf ki, bu gün dinimizi elmdən, intellektdən və qəlbdən daha çox emossiyalarla, hisslərlə anlayan qardaşlar əsasən gənclərimizi bu istiqamətə deyil, fərqli düşüncəyə yönəldirlər. Hər mübarizənin bir məntiqi sonluğu, nəticəsi nəzərə alınmalıdır. Bu olmasa, məntiqsizlik olar axı. Belə çıxır ki, nəticəni düşünmədən addımlar atmalıyıq. Halbuki, Rəbbimiz Quranda təkidlə bəndələrini düşünməyə çağırır.

Çox istərdim ki, mübarizəni yalnız bircəhətli üsul kimi görən, başqa yolları sərt tənqid və rədd edən qardaşlarımız bunun yanlış olduğunu anlasınlar. Belə ki, səhv addımlar bir tərəfdən dindarlar arasında parçalanmaya səbəb ola bilər, digər tərəfdən onları təxribata çəkər, onsuz da gərgin durumu bir az da gərginləşdirər. Açığı, istəməzdim ki, müsbət nəticə verməyəcək, problemləri həll etməyəcək addımlar anaların, bacıların, balaların gözlərini yolda qoysun. İstəməzdim iman qardaşlarımızın, ilahiyyatçılarımızın səsi zindanlardan, məhkəmə zallarından gəlsin. Bu gün o səslər ən yüksən akademik çevrələrdən gəlməli, cəmiyyətin ən qabaqcıl, proqressiv, intellektual zümrəsi olaraq, insanların həyat yoluna işıq salmalıdırlar. Buna olduqca böyük ehtiyac var.

- Deməli, Sizə görə, mübarizə zamanı nəticənin göz önünə alınması labüddür...

- Əlbəttə. Nəticəni düşünmədən işə başlamaq – bu İslam deyil, məncə! Bunu qətiyyətlə deyirəm, bunu anlamaq lazımdır. Bu, təhlükəli yanaşmadır, həm də. Hər islami şüarın arxasında dərin təqva, iman ilə bərabər, həm də dərin intellekt, düşüncə, məntiq dayanmalıdır! Quranın, peyğəmbərimizin, imamlarımızın öyrətdiyi yol budur! Əks halda, Allah eləməmiş, bir növ xəvaricilik ideyası ilə qarşı-qarşıya qalmış olarıq. Hərçənd, Əhli-beyt davamçıları bu vasitələrdən nəinki uzaq olmalıdırlar, hətta belə halla mübarizə aparmalıdırlar. Sözün düzü, məndə hərdən elə təsəvvür yaranır ki, hakimiyyətdə olan müəyyən qüvvələr Azərbaycanda məhz belə məntiqsizliyi, emosionallığı təbliğ edən dindarların meydanlarda olmasında maraqlıdır. Onlar istəyirlər ki, inanclılar məhz belə qiyafədə görünsünlər, marginal səviyyədə qalsınlar. İslam isə sağlam mənəviyyat, sağlam əql-intellekt və sağlam əməlin üzvi vəhdətidir! Odur ki, Azərbaycan müsəlmanlarını da hər eşitdiklərinə kor-koranə inanmamağa, təhlil etməyə, dərindən ölçüb-biçməyə çağırıram! Allah özü bizə yar olsun, müsəlmanları, məmləkətimizi, cəmiyyətimizi, bütün bəşəriyyəti fitnələrdən qorusun!..

 

"Yeni Şərq"

 



Yerləşdirilib:3 Aprel, 2013  19:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 9
Müəllif: Ruqeyye | 3 Aprel, 2013  17:08
# Ответить
+4


]]>]]>

Allah hicabin dusmenlerine lenet elesin
Müəllif: Nazim | 4 Aprel, 2013  09:36
# Ответить
+3


]]>]]>

Salam aleykum.Elshen Mustafaoqlunun xetrin cox istuyurem ve boyuk hormetim var ona,sadece olaraq maraqli olardi onun fikri bele bir suala meger netice artiq olmushdurmu?
Müəllif: Vasif | 6 Aprel, 2013  17:02 | Ответ на #1122
# Ответить
+4


]]>]]>

Əleykəssalam. Nazim qardaş, sadəcə olaraq bəzi insanlar iddia edir ki, imamlarımız heç vaxt nəticə haqqında düşünməyiblər, nəticə onları maraqlandırmayıb. Hörmətli Hacı da məhz bu nəzər nöqtəsinə etiraz edib.
Müəllif: Nazim | 7 Aprel, 2013  10:18 | Ответ на #1133
# Ответить
+2


]]>]]>

Qardashim Vasif,musahibeni diqqetle oxumusham alimimizin fikirleri tam aydindir ve sherhe ehtiyaci yoxdur.Mene felsefe doktorunun netice baresinde felsefi fikri maraqlidir.Imamlarimizin hedefi son netice olmushdur ve bu neticenin hadiselerden uzun muddet sonra musbetliyi ortaliqa cixmishdir.Ekser hallarda ilk netice ile son neticenin uzlashmasi anlashilmaz olur nece ki Huseynin(sa) Kerbeladaki herekati hetda onu en yaxindan taniyib derk eden ali shexsiyetler terfinden bele anlashilmaz olmushdur lakin bur nece muddetden sonra son neticenin ne qeder muhum olduqu belli oldu.Bu gunlerecen bu netice besheriyete doqru yolu tapmaqa vasite olmushdur ve son neticenin doqruluqunu gormek hecde asand ish deyil hele men axireti demirem.Allah sene yar olsun
Müəllif: tuba | 5 Aprel, 2013  22:59
# Ответить
+3


]]>]]>

allah razi olsun hormetli Haci Elwen mellim.haci Taleh ve bawqa hicab mehbuslarinin hebsini tam birmenali olaraq qinayiram.ALLAH ONLARA NICAT VERSIN AMIN.amma mene ela gelirki bu meseleleri cox wiwirtmiwik.duwunulmuw addim atmaq gerekir.
Müəllif: Sabir | 6 Aprel, 2013  14:22
# Ответить
+3


]]>]]>

Allah haci Elşən kimi həqiqi alimlərimizi qorusun. Nə qədər dərin yanaşma sərgiləyib halal olsun. Əlbəttə mütləq gərək düşünülmüş və ölçülü bir tərzdə yanaşaq. Yaxşı deyirsiz ki alimlərimizin səsi gərək indi türmədən yox, yüksək kürsülərdən gəlsin. Yaxşı deyirsiz ki, hökuməti təhdid etməknən düzəlmir işlər. Bunun hamımız şahidi olduq. Siz əsl ziyalı nəsihəti veribsiz. Cavanlarımız kaş bu tövsiyələri anlaya və dediyinizə uyğun mübarizə apara.
Müəllif: Amid | 18 Aprel, 2013  08:38
# Ответить
-4


]]>]]>

Ayib olsun haminiza! Haci Tale kimdir ki ona gore bu qeder soz danishirsiz? Haci ELsen kimi alimin Tale kimi asfalt usaqi barede fikir bildirmesi qeribedir! Tale 4-5 il Qum seherinde Iskender Huseynovun qulu olub ders oxuyan olmayib sonra Necefe bas cekib orada da bir sey cixmadan geri qayidib birdenn bire olub ILAHIYYATCI ozu de GORKEMLISINDEN! Amma aslinda Iranin casusudu! Gedin ozunuze bir aqilli yol tutun! Gor bu millet (yani siz mominler) ne gune qalib ki Tale kimileri ozune lider sayir! Yaziqlar olsun!
Müəllif: amide | 16 Yanvar, 2015  17:52
# Ответить
0


]]>]]>

ay ograş amid sən özün isgəndərin tulası olmusan. tale heç vaxt onun bunun adamı olmayıb
Müəllif: salam | 13 İyul, 2016  17:07
# Ответить
0


]]>]]>

Haci Tale hec bir olkenin casusu olmayib,o veteni ucun chaliwib.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Aprel, 2019

"Yer üzündə təkəbbürlə gəzmə..." Günün fotosu

24 Aprel, 2019

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

24 Aprel, 2019
Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb
24 Aprel, 2019

Qarabağ Seyid Ocaqlarının rəhbərindən təqdirəlayiq təklif

24 Aprel, 2019

Səudiyyə Ərəbistanı şiə siyasi fəallar da daxil olmaqla, 37 nəfəri edam etdi

24 Aprel, 2019

Həzrət Əliyə məxsus olan Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu? İslam suallarda

24 Aprel, 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub
24 Aprel, 2019

Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

23 Aprel, 2019

Dindarlar Şri-Lanka terroruna görə katolik icmasına başsağlığı ziyarətinə getdilər

23 Aprel, 2019

İŞİD Şri-Lankadakı hücumlara görə məsuliyyət üzərinə götürüb

23 Aprel, 2019

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

23 Aprel, 2019
Qar uçqununa düşən əsgərin meyiti tapılıb
23 Aprel, 2019
Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
23 Aprel, 2019

Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı? İslam suallarda

23 Aprel, 2019
2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstəriləcək
23 Aprel, 2019
Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb
22 Aprel, 2019
Suriyalı Ben Laden Hələbdə öldürüldü
22 Aprel, 2019
Şri-Lankada terror aktlarını törədən qruplaşmanın adı məlum olub
22 Aprel, 2019

Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi

22 Aprel, 2019

Liviya paytaxtındakı döyüşlərdə ölənlərin sayı 250-i keçib

22 Aprel, 2019
Şri-Lankadakı terrorla bağlı kütləvi həbslər başladı
22 Aprel, 2019

Əfqanıstanda nazirliyə hücum nəticəsində 10 nəfər həlak olub

22 Aprel, 2019

Tiyəsində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yazılan bıçaqla heyvan kəsmək olarmı? İslam suallarda

22 Aprel, 2019

Ukraynada bülletenlərin 90 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir

22 Aprel, 2019

Şri-Lankada kilsələrdə partlayışlar: 290 ölü

21 Aprel, 2019

Ukraynada prezident seçkilərinin II turu keçirilir

21 Aprel, 2019

Bu gün imam Mehdinin (ə) mövlud günüdür

20 Aprel, 2019

Sudanın keçmiş Prezidentinin evində milyonlarla avro aşkarlanıb

XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com