Etiraf (Oxucu məqaləsi)

Hörmətli oxucular! Diqqətinizə təqdim etdiyimiz yazı poçtumuza daxil olub. Oxucumuz Arzu Quliyeva həyatını tam dəyişən hadisə, keçirdiyi hisslərlə bölüşür. Qeyd edək ki, hər bir oxucumuzun qələmə aldığı məqalə saytımızın "Oxucu qələmi" bölməsində dərc edilə bilər. Fürsətdən istifadə edib Arzu xanıma dəyərli yazıya görə minnətdarlığımızı bildiririk.

"Mən yazar olmadığım üçün yazdıqlarımı kitab dili ilə ifadə edə bilməyəcəm. Sadəcə qələmi əlimə alıb ürəyimdən keçən sözləri, həyatımda heç bir vaxt etmədiyim etirafımı sizinlə bölüşmək istədim. Hər kəsdən xahişim budur ki, bu yazını oxuduqdan sonra və ya oxuyarkən məni qınamasınlar.

...10 il bundan öncə başlamışdım namaz qılmağa. Ruhun paklanması deyilən bir deyim var, həqiqətən mən onu hiss edirdim. Amma bir müddətdən sonra  şeytanın vəsvəsəsimi deyim, öz məsuliyyətsizliyimmi deyim, yetəri qədər imanlı olmadığımdanmı deyim, bilmirəm, nədənsə namazı yarıda saxladım, qılmadım. Düz 10 il….. Bu illər ərzində sanki mən ALLAHımı unutmuşdum…Səhvlər, günahlar, haram işlər, bir sözlə dinə zidd olan hər şey. Az da olsa imanım var idi, amma bu məni dinə yönəldəcək qədər deyildi. Hicablı xanımlar gördükcə, namaz qılan kəslərə baxdıqca həddindən artıq çox utanırdım, etdiyim səhvləri düşünürdüm. Amma yenə də bir nəticə çıxara bilmirdim. Özüm-özümü qınayırdım. Haqsız olaraq özümü haqlı çıxarmağa çalışırdım. Bizim ailədə az sayda olsa da, namaz qılanlarımız var: xalam Dilşad, xalam qızı Ruhiyyə və həyat yoldaşı Vüqar, bir də dayım oğlu Mahir. Düzü, Ruhiyyə və Vüqar çox deyirdilər namaza başla, ən çox da Vüqar “sən imanlı qızsan, namaza başlasan hər şey yaxşı olacaq” və s….  Onların dediklərinə əməl etmədiyimə görə pis olurdum, hər dəfə onlara gedəndə, namazda onlara baxdıqca çox xəcalət çəkirdim. Öz cahilliyimə, anlamadığıma görə pis olurdum. Gec-gec gedirdim onlara. Hər gedəndə dini söhbətlər olduqca narahat olurdum, o söhbətlərdən qaçmaq istəyirdim. Elə bil ürəyimə daş bağlanmışdı, qulaqlarım möhürlənmişdi. Heç cür özümü islah edə bilmirdim. Ta, o günə qədər…. Yuxu gördüyüm günə qədər….

Gözləmədiyim, fikirləşmədiyim bir vaxtda gecə yatarkən qəribə yuxu gördüm. Yuxuda necə öldüyümü gördüm. Qaranlıq və çox soyuq bir məkandaydım. Üşüyə-üşüyə məzara doğru yavaş addımlarla gedirdim. Hər şeyin sonu gəldi, hər şey bitdi və budur, “hesabat vaxtıdır, ay Arzu” dedim. Təsəvvür edin insan həmin an nələr keçirir! Peşmançılıq hissi ilə məzara yaxınlaşdığım an fikrimdə ancaq “sən neynəmisən o dünyada” sualı sanki üsyan edirdi. Və bu an qəfildən çevrilib üzü bu dünyaya, işıqlı dünyaya yenidən qayıtdığımı gördüm. Qışqıraraq dediyim sözlər hələ də qulağımdadır: “Mən hələ ölməməliyəm, mən heç nəyə hazır deyiləm, mən namaz qılmalıyam!!!”... Və yuxudan ayıldım... Nə qədər ağladım!

Sanki yenidən dünyaya gəldim. Bu dəfə hər şeyi düşünərək, dərk edərək əməl etmək üçün gəldim. Və….və namaz qılmağa başladım. Yarımçıq qoymaq üçün yox, məzara girəndə “mən ölməməliyəm, mən hələ hazır deyiləm” sözlərini deməmək üçün. Mənim imana gəlməyim üçün gördüyüm yuxu ALLAH tərəfindən göndərilən bir vasitədir.

ALLAHım mənə ikinci həyatı verdi. ƏLHƏMDULİLLAH….. ŞÜKÜRLƏR OLSUN!

ALLAHımın (c.c.), Peyğəmbərimizin (s.a.s.) və Əhli-beytimizin (ə) yolunu tutmaq qədər şərəfli heç nə görmədim bu həyatda. Nə gec anladım, heyiflər olsun. Boşa verdiyim 10 ilimə görə o qədər peşmanam ki! Amma milyonlarca şükürlər olsun ALLAHA ki, etdiyim günahları, səhvləri düzəltmək üçün, tövbə etmək üçün, ibadət etmək üçün mənə möhlət verir. İNŞALLAH, artıq ölənə qədər bu yoldayam. ALLAHın izni ilə.

Daha xala qızı Ruhiyyə gilə utana-utana getmirəm, əksinə, tez-tez gedirəm. Çünki orda olanda namazlarımızı birlikdə qılırıq, dini söhbətlər edirik. Bunun sevincini sözlə anlada bilmərəm. Hətta artıq gəlnimiz Elnurə də namaza başlayıb. ALLAH davamlı eləsin. Amin!

Bu yazını sizinlə ona görə bölüşdüm ki, əgər aranızda mənim kimisi varsa, indidən düşünsün. Mənim kimi etməsin, heç nəyi sonraya saxlamasın. Sonradan çox peşman olacağaq, bu andan başlasın. ALLAH hər kəsdən razı olsun. ALLAH hər birimizi hidayət etsin və əməli saleh insanlardan qərar versin. ALLAH ibadətlərimizi qəbul eləsin. Amin!

Arzu Quliyeva".

 



Yerləşdirilib:2 Aprel, 2013  15:01, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 6
Müəllif: Seid79 | 2 Aprel, 2013  13:16
# Ответить
+3


]]>]]>

Bu keçirdiyiniz hissləri mən də nə vaxtsa keçirmişdim.Amma şükürlər olsunki,bu artıq keçmişdə qalıb.
Allah İbadət və dualarımızı qəbul etsin!Hər birimizi də hidayət etsin,inşallah!AMİN!!!
Müəllif: Ruqeyye | 2 Aprel, 2013  13:47
# Ответить
+3


]]>]]>

esselamu aleykum.men de iller oncesi bele bir yuxu gormusdum lakin basqa bir movzuda idi.hemin vaxt men elbetteki hicabliydim.indide eleyem.bir cetinliye dusdukde hemise ozume olum arzulayirdim.bir gun bir hedis oxudum ki ozune olum arzulayan adami Allah bagislamir.hedisin kim terefinden oldugu yadimda deyil.hemin hedise o qeder de diqqet etmedim mesuliyyetsizlik etdim hemin gece yuxuda dehsetli bir sehne gordum.o sehneni men omrum boyu unuda bilmerem.ozumu cehennemde elleri zencirle bagli bir halda gordum.mene dediler ki eger bir de ozune olum arzulasan yerin bax bura olacaqdir.o gunden artiq men tovbe etdim.Ozune olum arzulayanlara muraciet edirem xahis edirem dinde en kicik xirdaciqlara qeder fikir verin.Allah razi olsun Allah bagislayan ve mehribandir
Müəllif: bende | 2 Aprel, 2013  15:37
# Ответить
+3


]]>]]>

ALLAH imanimizi artirsin Amin
Müəllif: Ruqeyye | 3 Aprel, 2013  13:36
# Ответить
+3


]]>]]>

AMIN AMIN AMIN
Müəllif: Ruhiyye | 3 Aprel, 2013  17:11
# Ответить
+2


]]>]]>

Arzu,meqalen meni tesirlendirdi.Demek surpriz bu imish.ALLAH imanini kamil etsin.REBBIM,bizi momin yashat ve bizi bu dunyadan momin olaraq apar ve ozune qovushdur.AMIN!!!
Müəllif: Salam | 10 İyul, 2014  16:20
# Ответить
0


]]>]]>

"ozune olum arzulayan adami Allah bagislamir."bu hedisin sehih olduguna wubhe edirem....
Qaldi ki,Özune ölum arzulamaq dedikde,insan ozune wehadet arzulaya biler ve ya ele bir veziyyet yarana biler ki,insan özunu,imanini qurtarmaq uchun özune olum arzulayar.Eshabi kehf meselesinde de,buna benzer bir hal var.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
13 Dekabr, 2019
Əhməd Davudoğlu yeni partiyasını elan edib
13 Dekabr, 2019

Ölümdən qorxmaq normal haldırmı? İslam suallarda

13 Dekabr, 2019
ABŞ qadağan olunmuş ballistik raketi sınaqdan keçirib
13 Dekabr, 2019
İraqda daha 6 etirazçı öldürülüb
12 Dekabr, 2019

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkürünü bildirdi

12 Dekabr, 2019

İnsan öz sağlığında özü üçün qəbir qazdıra bilərmi? Bu günah deyil ki? İslam suallarda

12 Dekabr, 2019

Nigerdə atışmada 127 nəfər öldürülüb

12 Dekabr, 2019

BMT: İraqda etirazlar zamanı 424 nəfər həlak olub

11 Dekabr, 2019
Bolqarıstan IGB tikintisini TAP-la eyni zamanda bitirmək niyyətindədir
11 Dekabr, 2019
Rusiya və Türkiyə prezidentləri İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər
11 Dekabr, 2019
Şəhidlərimizi unutmayaq!!!
10 Dekabr, 2019

Suriya və İraqda 903 nəfəri ölüb və ya itkin düşüb

10 Dekabr, 2019

Dövlət Komitəsi: Əbu Bəkr məscidi yenidən açılacaq

10 Dekabr, 2019
Tramp FTB-nin əməliyyatını çevriliş cəhdi adlandırdı
10 Dekabr, 2019

Ən gec vəfat etmuş Peyğəmbər səhabəsi kimdir? İslam suallarda

10 Dekabr, 2019
İraqda nazir və deputatların istintaqa cəlb edilməsi haqda qərar çıxarılıb
9 Dekabr, 2019

Alkoqolun istənilən dozası ölümcül təhlükə mənbəyidir

9 Dekabr, 2019

Türkiyədə terror: ölənlər var

9 Dekabr, 2019
Bu il 50 adda dini ədəbiyyatın Azərbaycana idxalına razılıq verilməyib
9 Dekabr, 2019

Səudiyyə Ərəbistanının 3 hərbçisi Yəmənlə sərhəddə öldürülüb

9 Dekabr, 2019

Əfqanıstanda partlayışda 8 hərbçi ölüb

9 Dekabr, 2019

Siqaret çəkməyin hökmü nədir? İslam suallarda

9 Dekabr, 2019

Dekabrın 26-da Günəş tutulacaq, ayət namazı vacibdir

9 Dekabr, 2019

Azərbaycanın İslam dünyasına böyük töhfəsi İƏT Gənclər Forumunun 15 illiyi münasibəti ilə yubiley yazısı

7 Dekabr, 2019

Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi və təkbiri hansı şəkildə demək lazımdır? İslam suallarda

7 Dekabr, 2019

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

7 Dekabr, 2019

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

6 Dekabr, 2019
İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com