Novruz bayramının müstəhəb əməlləri

Bəzi dini mənbələrdə Novruz bayramı zamanı aşağıdakı müstəhəbb əməllər barədə yazılar var.

Müəlla ibn Xüneys adlı ravi Imam Sadiqdən (ə) rəvayət edib ki, o həzrət Novruz günündə qüsl almağı, təmiz libas geyinməyi, ətir vurmağı və oruc tutmağı tövsiyə etmişdir. Həmçinin, Imam Sadiqin (ə) tövsiyəsinə görə, Novruz günündə zöhr və əsr namazlarını, onların nafilələrini (yəni vacib namazdan əlavə qılınan müstəhəb namazları) qılandan sonra daha dörd rükət namaz qılmaq müstəhəbdir. Şeyx Abbas Qummi ”Məfatihül-cinan“ kitabında yazır ki, bu namaz iki ədəd qoşa rükət şəklində qılınır, yəni ikinci və dördüncü rükətlərdən sonra salam deyilir. Namazın birinci rükətində Fatihə surəsindən sonra 10 dəfə Qədr surəsi, ikinci rükətində Fatihədən sonra 10 dəfə Kafirun surəsi, üçüncü rükətdə Fatihədən sonra 10 dəfə Ixlas (Qül hüvəllah) surəsi, dördüncü rükətdə isə Fatihədən sonra hərəsi 10 dəfə olmaqla Fələq və Nas surələri oxunur. Namazı bitirdikdən dərhal sonra şükr səcdəsi etmək və səcdə halında bu duanı oxumaq məsləhətdir: ”Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmmədinil-övsiyail-mərziyyin. Və əla cəmii ənbiyaikə və rüsülikə bi-əfzəli sələvatik. Və barik əleyhim bi-əfzəli bərəkatik. Və səlli əla ərvahihim və əcsadihim. Allahümmə barik əla Mühəmmədin və ali Mühəmməd. Və barik ləna fi yövmina hazəl-əlləzi fəzzəltəhü və kərrəmtəhü və şərrəftəhü və əzzəmtə xətərəh. Allahümmə barik li fima ən’əmtə bihi əleyyə hətta la əşkürə əhədən ğeyrək. Və vəssi əleyyə fi rizqi ya zəl-cəlali vəl-ikram. Allahümmə ma ğabə ənni fəla yəğibənnə ənni övnükə və hifzük. Və ma fəqədtü min şey’in fə la tüfqidni övnəkə əleyhi hətta la ətəkəlləfə ma la əhtacü ileyh. Ya zəl-cəlali vəl-ikram“.

Tərcüməsi: ”Ilahi, Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə – Allahın razı olduğu canişinlərə. Sənin ən üstün salavatın olsun bütün peyğəmbərlərinə və elçilərinə. Onları ən gözəl bərəkətlə mübarək et, onların ruhuna və bədəninə Sənin salavatın olsun. Ilahi, Sənin bərəkətin olsun Mühəmmədə və Mühəmmədin nəslinə. Sənin üstünlük verdiyin, kəramət və şərəf bəxş etdiyin, məqamını yüksəltdiyin bu günümüzü bizə mübarək et. Verdiyin nemətləri mənə mübarək et ki, Səndən başqasına şükr etməyim. Mənim üçün ruzini artır, ey cəlal və kərəm sahibi! Ilahi, hər nə məndən gizli qalsa da, Sənin yardımın və müdafiən məndən gizli qalmasın (uzaq olmasın)! Allahım, hər şeyi itirsəm də, təki Sən öz yardımını məndən əsirgəmə! Ehtiyacım olmayan işlər barədə özümü əziyyətə salmayım. Ey cəlal və kərəm sahibi!“.
Hədisdə deyilir ki, bu namazı göstərilən şəkildə qılan adamın bir çox günahları bağışlanar. Novruz günündə ”ya zəl-cəlali vəl-ikram“ zikrini çox söyləmək də tövsiyə edilib.

İl təhvil olan anda bu duanı oxumağın da savabı var: ”Ya müqəllibəl-qülubi vəl-əbsar. Ya müdəbbirəl-leyli vən-nəhar. Ya mühəvviləl-hövli vəl-əhval. Həvvil haləna ila əhsənil-hal“. Tərcüməsi: ”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!“.

(Bir daha xatırladırıq ki, Novruz bayramı İslami bayram deyil, bizim və bir sıra region xalqlarının milli bayramıdır. Amma İslam, xalqların yaxşı ənənələrini heç vaxt qadağan etməmişdir. Novruzu dinimizə uyğun qeyd edə bilmək və harama düşməmək üçün, onun savab ənənələrini - təmizlik, mehribanlıq, yardımlaşma, sileyi-rəhm və s. icra etmək, mənasızlarından uzaq olmaq lazımdır. Qeyd olunan əməllər də, Novruzu daha mənalı etmək, ona ibadət nuru qatmaq üçündür).

İslam.az



Yerləşdirilib:20 Mart, 2013  14:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 May, 2018

İmam Əli (ə): "Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs..."

22 May, 2018

Bizi təhqir edirlər: susaq ya susmayaq?

22 May, 2018

Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

22 May, 2018

Ramazan ayının gündəlik müstəhəb əməlləri

22 May, 2018

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

22 May, 2018
Ruhani: "ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur"
22 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozub
21 May, 2018

İslam.az təbrik edir

21 May, 2018

Kəbədə kran aşıb Video

21 May, 2018

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar

21 May, 2018
Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib
21 May, 2018
İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb
21 May, 2018

Ramazan ayında nəzir orucu tutmaq olarmı? İslam suallarda

21 May, 2018
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib
21 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 97 dəfə pozub
19 May, 2018

Qüds bütün müsəlmanların mübarizəsidir - Ərdoğan

19 May, 2018

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib, 8 nəfər ölüb

19 May, 2018

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Sammitinin yekun bəyannaməsi qəbul edilib

19 May, 2018

Quranda adı çəkilən Talut kimdir? İslam suallarda

19 May, 2018
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib
19 May, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
18 May, 2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı
18 May, 2018

Ramazan: Hədis bağçasından seçmələr Video

18 May, 2018

Dərk edənlər və etməyənlər üçün Ramazan

18 May, 2018
KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib
18 May, 2018

Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb

18 May, 2018

Bu gün İstanbulda İƏT-in fövqəladə sammiti keçiriləcək

18 May, 2018

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com