“Qazi Qarabağ azanı”nın müəllifi: “Hər millət azanı öz avazında oxuyur“

Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində bütün ölkə boyu məscidlərdə günorta namazında Ağdamın tanınmış xanəndəsi Hafiz Sədrzadənin avazında azan səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” kampaniyası hazırda da davam edir.

Xocalı soyqırımı günü adıçəkilən azanın ölkə məscidləri ilə yanaşı dünyanın 30-dan çox ölkəsindəki anım tədbirlərində, o cümlədən müsəlman ölkələri olan Türkiyə, İran, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülüb və tədbirdə iştirak edən səfirlik nümayəndələri tərəfindən dəstəklənib.

Xatırladaq ki, “Qazi Qarabağ azanı” işğaldan əvvəl Ağdam və Şuşa “Cümə” məscidlərində səsləndirilən son azandır. Azanı səsləndirən şəxsin kimliyi ilə maraqlandıq. Hafiz Sədrzadəni arayıb-tapıb söhbət etdik.

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-  Biz Qarabağın məşhur Seyid Ağa nəslindənik. Mən 1939-cu ildə Ağdamda doğulmuşam, amma əslən şuşalıyıq. Atam Məhəmməd Mürşidzadə Ağa Şuşanın müctəhidi olub, 1875-ci ildə doğulub, 1958-ci dünyasını dəyişib. Öz dövründə savadlı ruhani kimi tanınıb. 1918-ci ildə erməni qırğını zamanı Qarabağ bölgəsindən özü ilə bir neçə hörmətli şəxsi də götürüb Türkiyəyə pənah aparıb, onlar Nuru Paşa, Ənvər Paşa ilə görüşüblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onların bu səfərinin də rolu olub. Atamın Atatürklə birgə fotosu vardı. O, həm də şair təbiətli insan olub, Xan qızı Natəvanın “Məclisi-üns”ündə həmişə iştirak edib, Üzeyir Hacıbəyovli ilə dost olub.

- Musiqiyə marağınız yəqin Üzeyir bəylə ailəvi dostluqdan irəli gəlib?

- Qarabağda demək olar ki, musiqiyə, muğama hamı maraq göstərir. Bizim nəsildə dinə meyl güclü olsa da, mənim yaxşı səsim vardı. Qohum-əqrəbadan da səsi olanlar çoxdu. Əməkdar artist İldırım Həsənov bizim yaxın qohumdu. Aydın Qaradağlının atası məşhur Xan Qarabaği nəslindən olan Çingiz Qarabaği bacımın həyat yoldaşı olub. 1946-cı ilə qədər biz Bakıda yaşamışıq. O vaxt atamı ruhani şəxs olaraq Ağdam məscidinə axund dəvət etdilər. O da razılaşdı, 1954-cü ilə qədər biz o məsciddə yaşadıq. Ağdamda olduğumuz evin yaxınlığında bir teleqraf xəttində radio quraşdırılmışdı. Hər gün saat 2-də o radiodan Xan əmini, Zülfü Adıgözəlovu, Seyidi, Bakir Həşimovu, Yaqubu zövqlə dinləyərdim. Bu həvəs məni gətirib çıxardı Üzeyir Hacıbəyli adına Musiqi Texnikumuna. Texnikumu qurtarandan  sonra oraya müəllim dəvət olundum. 1984-cü ildən 2011-ci ilə qədər o məktəbdə muğam və xalq mahnılarından dərs demişəm, sonra yaş senzi ilə əlaqədar öz yerimi gənclərə verməli oldum.

- Sizin ifanızda səslənən azan nə vaxt lentə alınıb?

- Bir gün Ağdamda “Pioner Evi”nin müdiri - o, həm də “Qarabağ bülbülləri”nin rəhbəridi - Murad Rzayev gəlib mənə dedi ki, birinci katib Aydın Quliyev səni görmək istəyir. Ermənilərin təzə-təzə iğtişaş yaratdığı vaxtlar, 80-ci illərin ortaları idi. Getdim, Aydın müəllim dedi ki, Ağa balası (Ağdamda çoxları onu belə adlandırıb-S.H.), Ağdam məscidində səs gücləndirici qoyulub, gərək orada azan səsi eşidilə. Təklif etdi ki, dindar övladı olaraq bu azanı mən səsləndirim. Mən də razılıq verdim. Mədəniyyət evində bu azan mənim avazımda lentə yazıldı, özü də birnəfəsə. Azanın bir surəti də Şuşa məscidində səslənirdi. Namaz vaxtı azan səslənəndə Şuşa və Ağdam camaatı çox maraqla dinləyərdi. Seyid Lazım Ağanın ocağında da bu avaz səslənib və həvəslə qarşılanıb.

- Dini təhsiliniz varmı?

- Baxmayaraq ki, ruhani ailəsində doğulmuşam, dini təhsil almamışam. Quran oxuyardım, bir neçə surəni indi də əzbərdən bilirəm, amma mənə ruhani həyat-tərzi qismət olmadı. Bunun da səbəbləri çoxdu.

- Nədi səbəbləri?

- Nə bilim, muğam məni o qədər aludə elədi ki... Çox təəssüf edirəm, dini təhsil ala bilmədim. İndi bəzən mənə Hacı Hafiz deyirlər, amma qəzetiniz vasitəsilə bildirirəm ki, mən Həcc ziyarətində olmamışam. Doğrudur, elə əməllər var ki, Həccə getmədən də Allah-Talanın lütfünü, mərhəmətini qazanırsan. Bununla belə, həqiqət hər şeydən üstündür... Mənə Həccə getmək nəsib olmayıb.

- Publisist Vahid Qazi bildirib ki, Ağdamın işğalının ildönümündə Bakı məscidlərində sizin ifanızda olan azanın səslənməsi üçün səs yazınızı Qafqaz Müsəlmanları İdarəsinə göndərib. Lakin qurumdan bildiriblər ki, azanın səslənməsində müəyyən nöqsanlar da var.

- Dediyim kimi, mən ruhani təhsili almamışam. Onu da deyim ki, azan ərəb ifasında bir cür səslənir, farsın, yaxud türkün avazında başqa cür. Mən də istəmişəm ki, Qarabağ ləfzində, “Zəminxarə”, “Dügah” üstündə səsləndirim. Niyə Azərbaycan türkünün də öz boğazı olmasın? Mənə deyiblər ki, oxuduğum azan Pakistanda, Hindistanda maraq doğurub. Azan namaza çağırışdır, mən “Azan”ı Allaha yaxınlaşmaq kimi başa düşürəm.

- Muğama kökləndiyi üçün sizin avazınızı “Qazi Qarabağ azanı” adlandırıblar?

- Onsuz da hansı avaz olur-olsun, azan 7 əsas muğamlardan birinin üstündə qurulur. Amma avazın şirin, ürəyayatımlı olması da vacib şərtdir.

- Övladlarınızdan, nəvələrinizdən musiqi sahəsini seçən var?

- Bir oğlum, iki qızım, 6 nəvəm var. İkinci qızımla oğlumun həvəsi vardı oxumağa, amma dalınca düşmədilər. Nə bilim, nəvələrimdən də yalan-palan oxuyanlar var. Yurd yerindən ayrı düşmək insanları çox acıdır. Bu uşaqlar Ağdamda, Şuşada böyüsəydilər, tamam başqa bir ruhda, ovqatda olacaqdılar. Muğam, musiqi onların canına hopacaqdı. İndi ailəmlə Qızılqum sanatoriyasına toplaşmışıq, şəraitimiz də pis deyil. Amma nə cür gözəl şəraitdə yaşasan da, yurd yerinin şirinliyini vermir. Şuşanın havası yadıma düşəndə az qalıram havalanım. Ağdam kimi gözəl yer elə bilirəm heç bir yerdə yoxdur. Çox istərdim ki, ömür vəfa etsin, qarabağlı boğazı ilə oxuduğum azanı, “Qarabağ şikəstəsi”ni Şuşada səsləndirim.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əlinin bildirdiyinə görə, Qarabağlı boğazında səslənən azan ölkədə 70-dən çox məsciddə səslənib və bu təşəbbüsün tərəfdarı olan məscidlərin sayı gün-gündən artır: “Belə qərara gəlinib ki, cümə günləri ölkə boyu bu azanı səsləndirsinlər. Bu təşəbbüsə qoşulanların sayı gün-gündən artır. Müxtəlif regionlar üzrə bizə müraciətlər daxil olur. Komitənin saytında Hafiz Sədrzadənin oxuduğu azanının həm sünni, həm də şiə variantı hazırlanıb, yerləşdirlib və hər iki məzhəbə uyğun məscidlər istədikləri variantı götürüb səsləndirirlər”.

O.Əliyev bildirdi ki, azanın cəbhə bölgələrində yerləşən məscidlərdə səslənməsi heç bir problem yaratmır: “İlk dəfə fevralın 22-də cəbhə bölgəsinin 30 kilometrliyində yerləşən Ağdamın  “Cümşid” məscidində səsləndirdik və orada böyük bir mitinq oldu. Ondan sonra “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” kampaniyasına  başlamağa qərar verdik. Facebook və twitter sosial şəbəkələrində bu kampaniyaya ilahiyyatçılar, din xadimləri, dövlət nümayəndələri geniş dəstək veriblər”

 

Teleqraf.com



Yerləşdirilib:14 Mart, 2013  19:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Noyabr, 2018

Peyğəmbərin (s) səhabələrinin sayı məlumdurmu? İslam suallarda

21 Noyabr, 2018

Əfqanıstanda törədilən partlayışda 50 nəfər ölüb

21 Noyabr, 2018

Tramp: "Səudiyyə şahzadəsi Qaşıqçının öldürülməsi barədə bəlkə də bilirdi"

20 Noyabr, 2018
İsrail DİN rəhbəri maliyyə cinayətlərində ittiham olunur
20 Noyabr, 2018

Şeyxin müavini: "Dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

20 Noyabr, 2018
Kaşıkçı cinayətindən sonra Bin-Salman ilk xarici səfərə çıxacaq
20 Noyabr, 2018

Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb

20 Noyabr, 2018

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

20 Noyabr, 2018

Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

20 Noyabr, 2018
Çavuşoğlu və Quterreş ərəb jurnalistin qətl işini müzakirə ediblər
20 Noyabr, 2018

Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr, 2018

İngilis pilot Məkkə səmasında İslamı qəbul etdi Video

19 Noyabr, 2018
Milad personajı irqçilikdə ittiham edildi
19 Noyabr, 2018

Avropa İttifaqı Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib

19 Noyabr, 2018
ABŞ süni ətin istehsalına hazırlaşır
19 Noyabr, 2018

Əfqanıstanda toy mərasimi raketlə vuruldu

19 Noyabr, 2018
Yəhudilər şabbata görə stüardessaları döydülər
19 Noyabr, 2018

Niyə bəzi duaları Allah həyata keçirmir? İslam suallarda

19 Noyabr, 2018

Kaşıkçının cəsədi Türkiyədən çamadanlarda çıxarıla bilər

19 Noyabr, 2018
Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb
17 Noyabr, 2018

Аzərbaycan əhalisinin sayı açıqlanıb

17 Noyabr, 2018

Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib - KİV

17 Noyabr, 2018

Qadın naməhrəmin görmədiyi zaman başıaçıq halda və ya qısa qollu paltarda namaz qıla bilərmi? İslam suallarda

17 Noyabr, 2018
ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib
17 Noyabr, 2018

Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr, 2018

Məkkə və Mədinədə Kaşıkçıya cənazə namazları qılınıb

16 Noyabr, 2018

"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi FOTO

16 Noyabr, 2018

Məhəmməd bin Salmanın işi bitibmi? Nəzər nöqtəsi

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com