Azərbaycanda dini sahənin maliyyələşdirilməsi ilə məşğul olacaq xüsusi fond yaradılmalıdır - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, Azərbaycanda məscid, pir, ziyarətgah, ibadətgahlarda və yol kənarlarında qoyulan nəzir qutuları yığışdırılmalıdır. "Bu gün Azərbaycanda hansısa yerlərdə nəzir qutularının olması qəbuledilməz haldır", çərşənbə axşamı Trend News-a eksklüziv açıqlamasında QMİ sədri Paşazadə bildirib.

Trend News-un arayışı: Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkədə 1750 məscid, 500-dən çox pir və ziyarətgah dövlət qeydiyyatına alınıb. Nəzir qutuları dövlət nəzarətində olmadığından, onların statistikası barədə rəsmi məlumat yoxdur.

Paşazadə deyib ki, Azərbaycanda dini sahənin maliyyələşdirilməsi ilə məşğul olacaq xüsusi fond yaradılmalıdır, vətəndaşlar həmin fonda könüllü formada pul köçürməlidirlər. "Fonda rəhbərlik etmək üçün dindarlardan ibarət Şura formalaşdırılmalıdır. İctimaiyyət nümayəndələri isə fonda daxil olan pulların hara xərclənməsinə nəzarət etməlidirlər. Həmin fondun vəsaiti ilə məscid, pir, ziyarətgah, ibadətgahlarda işləyən mollalara maaş verilməlidir ki, onlar vətəndaşlardan, yas sahiblərindən meyid namazına və ehsana görə nəzir kimi pul almasınlar. Bu, mənim arzumdur və inşallah buna nail olacağıq", bütün Qafqazın Şeyxi əlavə edib. O bildirib ki, nəzir qutularının Qafqaz Müsəlmanları İdarəsinə heç bir aidiyyatı yoxdur.

"Çox adam elə bilir ki, Qafqaz Müsəlmanları İdarəsi hansısa yerlərdə nəzir qutularının qoyulması haqqında qərar qəbul edir. Bu, belə deyil. Məscidlərdə 10-20 nəfərdən ibarət icmalar fəaliyyət göstərir. Həmin icma üzvləri bir yerə yığılır və nəzir qutularına rəhbərlik edirlər. Onlar bizə heç hesabat da vermirlər", - deyən Paşazadənin sözlərinə görə, müxtəlif şəxslər ayrı-ayrı yerlərə nəzir qutuları qoyaraq bundan öz məqsədləri üçün istifadə edirlər.

Onun fikrincə, yeni-yeni pirlər yaradanların bəzilərinin məqsədi alver etməkdir. Onlar bunu iman və Allah üçün deyil, şəxsi maraqları üçün edirlər. "Bəzi yerlərdə yaradılan pirlərin adını belə bilmirik. Ona görə də bəzən bizim adımız da bədnam olur, islamı da ləkələyirlər. Bunlar yolverilməz haldır", -QMİ sədri əlavə edib.

Paşazadə qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi belə işlərlə məşğul olanları cəzalandıra bilmir. "Hansısa vətəndaş nəzir qutusuna nəzir atır. Biz onları necə cəzalandıraq? Əgər Təzə Pir, Əjdər bəy məscidlərinə getsəniz görərsiniz ki, orada qapıda dayanan adamlar var. Onlar gündə 1000-2000 dollar pul yığırlar. Onları kim cəzalandıracaq? Mən onları hansı qanunla cəzalandırım? Gərək vətəndaşlar ora pul atmasınlar", - deyən Paşazadənin fikrincə, bununla bağlı qanunvericilikdə boşluqlar var. // Trend



Yerləşdirilib:3 İyul, 2008  16:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com