İslam Konfransı Təşkilatı ölkələri Xocalı soyqırımının baş verdiyi tarixi humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd edəcək

İslam Konfransı Təşkilatı (İKT) Xarici işlər nazirləri Şurasının Uqandada keçirilən 35-ci sessiyasında İKT Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun humanitar faciələrin xatirə gününün təsis olunmasını nəzərdə tutan qətnamə təsdiq edilib.

İKT Gənclər Forumundan verilən məlumatına görə, qətnamə çərçivəsində may ayında keçirilən İKT hökumətlərarası sessiyasında dəstək alan, İKT Gənclər Forumunun Baş Koordinatoru, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyevanın müəllifi olduğu "Xocalıya ədalət - Qarabağa azadlıq" adlı təşəbbüsü öz təsdiqini tapıb və bununla bağlı sessiyanın xüsusi qətnaməsi qəbul olunub. Belə ki, qərara əsasən, Xocalı soyqırımının baş verdiyi 26 fevral tarixi İKT ölkələrində humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd olunacaq tarixlər siyahısına daxil edilib. Bununla yanaşı, Xocalı soyqırımı haqqında məlumatlar İKT-yə üzv ölkələrdə dərsliklərə daxil ediləcək. Bundan əlavə, kampaniya çərçivəsində bütün dünyada Xocalı soyqırımını faktlarla əks etdirən video və foto materiallar nümayiş etdiriləcək, həmçinin bu dəlillər bir sıra beynəlxalq təşkilatların veb-saytlarına göndəriləcək, bununla bağlı xüsusi sayt yaradılacaq.
Qətnamədə həmçinin XX əsrdə müsəlman ölkələrində həyata keçirilən etnik təmizləmələr və soyqırımlar barədə həqiqətlərin də dünyaya çatdırılması nəzərdə tutulub. Avropa, Asiya və Afrika regional parlament assambleyaları ilə dialoq zamanı Xocalı faciəsinin soyqırım və insanlığa qarşı cinayət kimi tanınması barədə də məsələ qaldırılmasına qərar verilib. İKT Gənclər Forumunun mətbuat konfransında L.Əliyeva irimiqyaslı beynəlxalq təşkilatın onun təşəbbüsünü dəstəkləməsindən çox məmnun olduğunu bildirib: "Qətnamənin qəbulu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul etdiyini göstərir və Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin açılmasına imkan yaradır".
Qeyd edək ki, mənzil-qərargahı İstambulda yerləşən forum 2004-cü ilin dekabrında yaradılıb.



Yerləşdirilib:22 İyun, 2008  06:50, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com