“Saytımızın qonağı”

Saytımızın hörmətli izləyiciləri! “Saytımızın qonağı” rubrikasında Sizin sualları Hacı Cavad məscidinin imam-cüməsi Hacı Əhliman Rüstəmov cavablandırır.

 

Zeynəb

- İmam Mehdinin (ə.f) müasir silahla zühur etməsi ehtimalı daha böyükdür yoxsa İmam Əlinin(ə) Zülfüqar qılıncı ilə?

- Rəvayətlərə əsasən, İmam Əlidən (ə) miras qalan hər şey İmam Zamanın (ə.f) yanındadır, o cümlədən də Zülfüqar. Təbii ki, qılıncla bugünkü silahlara qarşı adi halda vuruşmaq mümkün deyil. Ola bilər ki, Zülfüqar əlində olacaq, amma müasir silahlardan istifadə edəcək. Qılıncla gəlməyinə dair hədis var. Müasir silahlardan istifadə olunmasına da əqli dəlillərimiz var. Ola bilsin ki, qılınc sırf rəmzi xarakter daşıyacaq.

Elnur Şiriyev

- Qısa zaman kəsiyində ölkəmizdə vəhhabi cərəyanının təsirini necə azaltmaq olar? Buna dair “reseptiniz” varmı?

 

 

- Ən optimal və təsirli yol maarifçilikdir. Dinimiz təbliğ dinidir. Peyğəmbərimiz də həm behişt müjdəsi verib, həm də Cəhənnəmdən qorxudub.

Vüqar Əsgərov

- Rüşvət nədir? Əgər kimsə hansısa işin müqabilində pul və ya hədiyyə verirsə, hərçənd, əvvəlcədən belə bir şərt qoyulmayıb, yani el dili ilə desək, “şirinlik” verirsə, bu rüşvətdirmi?

- Şəriətimizdə əsl rüşvət qəzavətdədir. Yəni hakimə pul verirsən, o da hökmü haqqın olmadığı halda sənin xeyrinə çıxarır. Digər rüşvətlər isə bunun törəmələridir, budaqlarıdır. Amma günah baxımından ondan fərqlənmir. Alan da günahkardır, verən də. Bizdə bəzən el arasında “şirinlik” deyirlər. Təsəvvür edin, mənə molla rast gəlib, bunun adını “ehsan” qoyub. Deyirdi ki, “tələbələrə oxumağa yardım edirik, onlar da bizə ehsan edir, bunun nəyi pisdi?”. Cavab verdim ki, “pisliyi ilə işim yoxdur, amma hansısa məmur rüşvət alanda deyir “Allah günahımdan keçsin”, molla rüşvət alır – adını qoyur ehsan”. Hər halda verilən pul layiq olmadığı halda hansısa haqqa yiyələnmək məqsədi daşıyırsa, nə adlanırsa adlansın, yenə də rüşvətdir, haramdır.

Gülnarə İsmayılova

- Böyük və kiçik günahlar hansılardır?

 

 

- Fəsad dairəsi geniş olanlara böyük günah, fəsad dairəsi kiçik olanlara isə kiçik günah deyilir. Bu ümumi tərifdir. Ancaq istənilən kiçik günah təkrarlandıqda elə böyük günah hesab edilir. Bir qrup alim isə ümumiyyətlə kiçik günahların olmadığını deyir. Belə ki, günahın fəsad dairəsini deyil, kimin qarşısında günah edilməsini əsas götürürlər. Burda söhbət Allaha qarşı cürətdən gedir.

Asya Nur

- İmam Mehdi (ə.f) indi hardadır? Nə edir? Nə ilə qidalanır?

- Biz bir ümumi ünvan bilirik ki, qeybətdədir. Bu anlayış Yer üzündən çəkilmək deyil, gözə görünməməkdir. Necə ki, Günəş buludun arxasında qalır. Amma dəqiq ünvan demək mümkünsüzdür. Bəzi rəvayətlər var ki, hətta aramızda yaşayır. Digərlərində qeyd olunur ki, Həzrət zühur edəndə çoxlarına tanış gələcək. Qidalanmağına gəldikdə isə, elə bizim kimi qidalanır, yatır, durur.

Əli Ağayaroğlu

- Dini ədəbiyyat sahəsindəki hazırki durumu necə dəyərləndirirsiniz? Daha çox hansı mövzularda kitabların çapına ehtiyac var?

 

 

- Ümumilikdə, dinimiz zəif təbliğ olunur. Ədəbiyyata gəldikdə isə, müəyyən qadağalar var. Düzdü, indi bir qədər yumşalma müşahidə edilir. Əslində, bütün mövzulara ehtiyac var. Ehkam mövzusunda mövcud kitablar müəyyən qədər tələblərə cavab verir, zəruri ehtiyacları ödəyir. Amma İslamın əxlaqı keyfiyyətləri, İslam adı ilə dinə daxil olan cərəyanları ifşa edən kitablar yetərincə deyil. Xüsusən də gənc nəslə əxlaq mövzuları lazımdır. Çünki əxlaqı olmasa, heç ehkama da baxmayacaq. İslam fəlsəfəsinə dair kitablara da ehtiyac var. Ümumiyyətlə, İslam maarifində ortaya çıxarılmalı çox sayda kitab mövcuddur.

- Müasir inanclı insanın ən əsas fərdi və ictimai vəzifələri nədən ibarət olmalıdır?

- Vacibatlara əməl etmək. Peyğəmbər (s) İmam Əliyə (ə) buyurub ki, camaat müstəhəblə məşğul olanda sən vacibətinlə məşğul ol. İctimaiyyət də fərdlərdən təşəkkül tapır. Yəni hər şey əvvəlcədən Rəbbimiz tərəfindən müəyyənləşdirilib. Məsələn, miniyin insan üzərində 10 haqqı var.

- Dininmizin təbliğində hansı vasitə və metodlardan istifadə məqsədə uyğundur?

 

 

- Dini təbliğ edən şəxslər ixlaslı olmalıdırlar. Mühit də nəzərə alınmalıdır. Yəni bu sözü kimə deyirsən. Həzrət Əli (ə) buyurub ki, “sözün əhli olsa, sözü ondan saxlama, çünki ona zülm edirsən; sözün əhli olmasa, sözü ona demə, çünki sözə zülm edirsən”. Bunlar nəzərə alınmalıdır. Mətbuatdan, xüsusən elektron KİV-dən istifadə edilməlidir. Amma sağlam təbliğat aparılmalıdır. Bəzən baxırsan ki, şiə-sünni çəkişmələri meydana gəlir, İslam düşmənləri də kənardan baxıb gülürlər. Axı bu nəyə lazımdır? Hər kəs təbliğatını aparsın, seçən də özü seçsin. Qarşılıqlı təhqirlərə yol vermək olmaz.

Həsənov Elçin

-  Bu yaxınlarda bir nəfərlə dini filmlər və dini mahnılar haqqında mübahisəm düşmüşdü. Həmən adam qətiyyətlə bildirirdi ki, dini filmlərə baxmaq və dini mahnılara qulaq asmaq haramdır. Hacının buna münasibətini bilmək istəyirəm.

- Dini filmlər təbliğat formalarından biridir. Bu yaxında 2 dini film – “Həzrət Yusif” və “Muxtarnamə” böyük marağa səbəb oldu. Dini mahnılar da təbliğatın bir üsuludur. Dini mahnının halal-haramlığı başqa bir söhbətdir. Bununla işimiz yoxdur. Söhbət halal musiqidən gedir. Yəni halal çərçivədə bunun heç bir problemi yoxdur.

- Mən neçə vaxtdır ki, Kərbala ziyarətinə getmək istəsəm də, ziyarət pulunu toplaya bilmirəm. Bankdan kreditə pul götürüb ziyarətə getmək olar?

- Əgər söhbət faizli kreditdən gedirsə, məsləhət deyil. Amma faizsizdirsə - problem yoxdur.

Vüqar Bayramov

- Məni gündəmdə olan hicaba qadağa narahat edir. Bir çox aksiyalar oldu, imza toplandı, təqiyyə edənlər oldu. Hərə bir yolla etirazını bildirdi . Mən isə etirazımı öz içimdə saxlamaqla kifayətləndim. Qiyamətdə “sən nə etdin?” sualına nə cavab verəcəyim məni çox narahat edir . Xahiş edirəm bu barədə mənə fikir bildirərdiniz.

 

 

- Etdiyiniz hərəkətinizə əlinizdə əsaslı dəliliniz varsa, problem yoxdur.

Asya Əhmədova

- Dini təhsil almaq üçün sizə müraciət etmək mümkündürsə, bunu necə edə bilərəm?

- Mən şəxsən xanımlara dərs vermirəm. Amma məsciddə xanımlara dərs verilir, 2 qadın müəlliməmiz var. Məscidə müraciət edə bilərsiniz.

- Alın yazısı, qismət, tale barədə məlumat verərdiniz. Dinimizdə təsadüf deyilən bir şey varmı? Başımıza gələn hadisələri alın yazısı kimi və ya təsadüf kimi qiymətləndirək, yoxsa bu sadəcə verdiyimiz qərarların nəticəsidir?

- İslamda alın yazısı anlayışı yoxdur, qəza və qədər var. Alimlərdən biri deyir ki, hətta fərz etsək ki, alın yazısı var, bunu da özümüz yazırıq. Yəni hər kəs taleyini özü yazır.

Qasım Əliyev

- Gənclərə nə tövsiyə edərdiniz?

- Allahı yaddan çıxarmasınlar. Çalışsınlar, İslam ruhiyyəsində tərbiyələnsinlər. Başqa yol yoxdur.

 



Yerləşdirilib:13 Fevral, 2013  18:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Anar | 13 Fevral, 2013  16:14
# Ответить
+4


]]>]]>

Allah Hacidan razi olsun. Yazanlardan da..
Müəllif: Asya | 13 Fevral, 2013  16:26
# Ответить
+3


]]>]]>

Allah razi olsun sizden de, Hacidan da
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Yanvar, 2019

İlin ilk Ay tutulması baş verəcək: ayət namazı qılınacaq

19 Yanvar, 2019

Liviya sahillərində azı 14 miqrant itkin düşüb

19 Yanvar, 2019

Peyğəmbərimiz (s) meraca haradan, yəni kimin evindən getmişdir? İslam suallarda

19 Yanvar, 2019

Bu gecə Əyyami-Fatimiyyə daxil olur

19 Yanvar, 2019

Liviyada silahlı toqquşma nəticəsində 13 nəfər ölüb

18 Yanvar, 2019
Türkiyədə FETÖ-çulara qarşı yeni əməliyyat
18 Yanvar, 2019

Ərəb Ölkələri Liqası: "Əsədi dəvət etməmişik"

18 Yanvar, 2019

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Quran gecəsi keçiriləcək

18 Yanvar, 2019
Yer kürəsi asteroidlə toqquşa bilər
18 Yanvar, 2019
Rusiyada iki qırıcı toqquşdu
18 Yanvar, 2019
Ər-Riyaddan ABŞ-ı qəzəbləndirəcək qərar
18 Yanvar, 2019

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir? İslam suallarda

18 Yanvar, 2019
İŞİD Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb
18 Yanvar, 2019

Türkiyənin tanınmış din alimi universitet rektoru təyin edilib

17 Yanvar, 2019
Ermənistanın iki hərbiçisi minaya düşüb
17 Yanvar, 2019

Xəzər dənizində dalğanın hündürlüyü 7,5 metrdir - Qərargah

17 Yanvar, 2019

İŞİD ABŞ hərbçilərinə hücum etdi: ölənlər var

17 Yanvar, 2019

Qırğızıstanda məmur geyiminə görə parlamentdən qovuldu Video

17 Yanvar, 2019
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu
17 Yanvar, 2019

Quranda adları çəkilən Harun, Harut və Qarun eyni şəxslərdirmi? İslam suallarda

17 Yanvar, 2019

Keniyada hotelə silahlı hücum olub, 21 nəfər ölüb

17 Yanvar, 2019

Tbilisidə binada güclü partlayış: ölənlər var

16 Yanvar, 2019
Kamerunda yaraqlılar 36 nəfəri qaçırıb
16 Yanvar, 2019

Suriyada baş verən partlayış nəticəsində 9 nəfər ölüb

16 Yanvar, 2019

Müsəlman deyil, amma əməli... Video

16 Yanvar, 2019
Trampa qarşı impiçment yaxınlarda işə salına bilər
16 Yanvar, 2019
Putinə sui-qəsd hazırlayan terrorçu Serbiyada saxlanıldı
16 Yanvar, 2019

Ən düzgün hədisləri haradan əldə etmək olar? İslam suallarda

XƏBƏRARXİVİ
«Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com