"Allaha doğru" adlanan sərgi üç gün davam edəcək
Oktyabrin 6-da Bakı Rəsm Qalereyasında gənc fotoqraf Müşfiq Medibəylinin fərdi foto sərgisi təşkil edilib. Ramazan ayı münasibəti ilə keçirilən sərgi "Allaha doğru" adlanır.
Foto sərginin mövzusu namaz və ibadət, Allah qarşısında bəndəçilik və dini ayinlər adlı üç hissədən ibarətdir. Sərgidə 50-yə yaxın foto şəkillər nümayiş etdirilib. Sərgi oktyabrın 8-nə qədər davam edəcək. Qeyd edək ki, "Allaha doğru" fotoqrafin ilk sərgisidir.