Təkəbbürün əsirləri

Həm Azərbaycanda, həm də dünyada kifayət qədər adam tapılar ki, İlahi varlığın mövcudluğunu qəbul etməsin. Ancaq onlarla işimiz yox. Bizi daha çox Allahın varlığını qəbul edən, Ona inanan, lakin ilahi buyruqlara əməl etmək məqamı çatanda biganə olanlar maraqlandırır.

Belələrinin hansı əsaslarla namaz qılmaması, oruc tutmaması və sair günahlara batmasının səbəbləri çoxşaxəlidir. Lakin təkəbbürünü boğmağı bacarmayanlara da rast gəlmək mümkündür. Bəzən onlar səcdəyə qapanmağı, əl açıb yalvarmağı öz xislətlərinə sığışdırmırlar. Daha düşünmürlər ki, kiminsə qarşısında deyil, Yaradanın, məhz onları yoxdan var edənin hüzurunda təzim edirlər. Quranda təkəbbürün qurbanlarına çevrilənlər haqqında belə buyurulur: “Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını öz hüzüruna toplayacaqdır!.. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və lovğalıq edənləri isə acı bir əzaba düçar edəcəkdi! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqdırlar!” (“Nisa”,172-173)

Sovetlər dönəmində hətta böyük iman sahibi olan kəslər də vəzifələrini, bəzən isə həyatlarını mühafizə etmək məqsədi ilə həqiqəti gizlətmək məcburiyyətində qalırdılar. Amma indi belə bir təhlükə yoxdur. Düzdür, hərdən xalqın inamını qazanmaq üçün məscidə, hətta Məkkəyə gedənlər də var. Lakin dəqiq deməliyik ki, təkəbbürlərini Allah dərgahında qırmayanlara bu kateqoriya sırasında da rast gəlirik. Söhbət həyatlarını əslində Allahın qoyduğu qanunlar əsasında quran, lakin bu seçimi sırf cəmiyyətin rifahı, ətrafdakıların firavanlığı üçün etdikləri iddiasında olanlardan gedir. Bəziləri hətta gecələr və yaxud yalqız qalanda xəlvətə çəkilərək öz Rəbblərinə üz tuturlar. Bu zaman da çox çalışırlar ki, onları heç kəs görməsin. Allahın bu yalvarışları qəbul edib etməməsi barədə fikir yurütmək bəndəlik missiyası ilə dünyaya gələnlərin səlahiyyətində deyil. Kim bilir, bəlkə cəmiyyət qarşısında lovğalıqları müqabilində acız qalanların bir qismi Yaradanın Rəhim və Rəhman olmasını həyatlarının son anlarında anlayacaqlar. Bəzi hədislərdə Tanrının bir əmələ görə bəndəsini bütün digər günahlarından keçməsi ideyasına rast gəlirik. Kim bilir... Ancaq bir şey dəqiqdir: hazırda Allahın varlığına bütün qəlbi ilə inanan, imkan daxilində günahlardan çəkinən, lakin təkəbbürlərinin əsirinə çevrilən, elə bu səbəbdən də namaz qılmayan, məscidə getməyən, oruc tutmayan insanlara daha bir şans verilib. Bəlkə də, bu, sonuncu şansdır.



Yerləşdirilib:4 Fevral, 2013  17:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 4
Müəllif: Nazim | 4 Fevral, 2013  21:01
# Ответить
+15


]]>]]>

Salam aleykum.Tekkebburunu Xaliq Allahin huzurunda oz xoshu ile sindirmayan kesi Qadir Allah aqlina bele gele bilmeyen varianta cokdurecek mutleq neceki tanriliq iddiasinda olan firoonu genish imkanlarina reqmen sonda gozlemediyi yerde yaxalayib cokdurdu diz uste lakin artiq gec idi ve bu secde ona fayda vermedi cunki bu Allahin qezebinin neticesi idi, tekkebburunu Allah xatirine sindiran shex ise konnullu secdeye dushub Allahin Sahibliyini ixlasla tesdiqlemelidir mutleq.Aydinliq getiren bu cure meqaleleriniz cemiyetimiz ucun cox faydalidir ve zehmetiniz ucun Tanridan dunya ve axiretde evezinde sizlere yuksek meqamlari diliyirem.
Müəllif: umud | 16 Fevral, 2013  14:44
# Ответить
0


]]>]]>

salam uzr isteyirem bu ifademe gore toy gecesinden sonra gelin deyiller 40gun namaz qilmaya biler duzdu
Müəllif: MMMMMMM | 25 Aprel, 2013  15:17
# Ответить
+1


]]>]]>

Salam.Umud xeyir duz deyil.
Müəllif: Bende | 28 İyul, 2013  15:06
# Ответить
+2


]]>]]>

Allah butun ibadetlerimizi qebul etsin
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com