Rüşvət icad edən,...!

Bu günlərdə qonşu Sənəm nənədən hal-əhval tutmaqa getmişdim. Söhbətin şirin yerində 3-4 yaşlı qız nəvəsi eyvanda mürgüləyən pişiyə nəzər salıb, soruşdu: ”Nənə, bunu böyüyəndən sonra kəsib yeyəcəyik? ”...

Bir xeyli güldük. Birdən Sənəm nənənin qəfil susaraq fikrə getdiyini gördüm.

Bir qədər beləcə süküt icində oturduq. Susduğu kimi, qəfildən də danışmağa başladı: “Körpə qınamalı deyil. Deyərlər “aşıq gördüyün çağırar”. Uşaq da gözünü acıb, dünyanı belə görüb. Hamı xeyrini güdür, mənfəət arayır, rüşvətsiz bir işimiz kecmir. Hə, deyirəm axı, söhbəti hara gətirirdim. Qoçalığa nə deyim! Rüşvət, bala, rüşvət. Hara baxırsan, bu bəlaya rast gəlirsən. Dünyaya gəlmək ücün “görməlisən”. Dünyadan köçəndə də son dəfə bu murdarlıqla üzləşməkdən qurtulmaq olmur. Bağcada rüşvət, məktəbdə rüşvət, universitetdə  rüşvət, yolda  rüşvət. İndi bir nəsil yetişib ki, artıq rüşvətə cinayət kimi yanaşmır. O günü iki tələbənin söhbətini eşitdim. Elə bilmə ki, qocalan vaxtı kimisə pusmağa başlamışam. Yox . Qızım gilə gedirdim. Metroya minməli oldum. Orda da, özünüz bilirsiniz də vəziyyəti. Nəinki kiminsə söhbətini, hətta aldığı nəfəsi də duymağa məcbursan. Axı hamı mənzil başına çatmaq istəyir, insanları nə qınayım? Hə, onu deyirdim axı, bir tələbə o birinə deyirdi ki, “imtahana 150 manatdan yığdıq”.

Düşündüm, yəqin indi dostunun belə deməsinə o biri ona öyüd verər ki, bəs belə etmək olmaz. Axı savadı pulla almırlar. Ancaq yox. O biri cavan dedi ki, “yaxşıdır! Bizdə 200 manatdan aşağı düşmürlər”. Söhbət uzun çəkdi. Hələ daha bir neçə imtahanların da qiymətləri ilə naəlac tanış oldum. Bu sohbətə qulaq asmaq istəmirdim. Neynim, addım atmağa yer yox idi. Elə beləcə bu gənclərimizin dərdləşməsinə qulaq yoldaşı oldum. Deyirlər gənclər bizim gələcəyimizdi. Gələcəyimiz pulla həkim, mühəndis, müəllim olursa... Düzü, bu gələcəyimizin qiyafəsini heç cür təsəvvur edə bilmirəm... Artıq bu murdarlığın adınıda “mədəniləşdiriblər” – “hörmət”. Zəmanəyə nə deyim? Əvvəllər böyüyə hörmət, kiçiyə hörmət, müəllimə hörmət, ata-anaya hörmət var idi. Ancaq indi mənə elə gəlir ki, bütün bu hörmətləri bir yerə yığıb ezam ediblər gedər-gəlməzə. Sonra da baxıblar ki, “yox, belə olmaz. Hörmət adına bir şey olmalıdır”. Bu boyda məmləkətdə ən hörmətə layiq olan da rüşvəti görüblər.

Əcdadlrımız deyiiblər ki, “haram olan yerdə xeyir-bərəkət olmaz”. Daha hansı xeyir-bərəkəti axtarıriq? Niyə şikayətlənirik? Bir də görürsən, oğullarım, kürəkənlərim, boyük nəvələrim bir yerə yığışıb, başlayırlar dərdləşməyə: ”Gecəni gündüzə qatıb işləyirik, amma...”. Ürəyim yanır,ərşə dirənəcək fəryadımı içimdə böğuram belədə. Axı neçə dəfə demişəm onlara ki, ruzini insana Allah yetirir, bu ruziyə haram qatmayın. Məgər dinləyən var? Elə “baş üstə”, “göz üstə” deyib məni sakitləşdirirlər. Elə bilirlər heç nəyi görmürəm. Rüşvət icad edən, evin yıxılaydı o dəm! Gör bir insanlar nə günə qalıblar? Haram yeyirlər, hec gözlərini də qırpmirlar. Əksinə, sevinirlər...Eh, nə isə...”

Sənəm nənənin sinəsi dolu imiş. Onun bu monoloqu mənim ücün gözlənilməz olduğundan nə deyəcəyimə çaşıb qaldım. Nə lehinə, nə də əleyhinə bir söz deyə bildim , hec  onun buna ehtiyacıda yox  idi. Ən məzəlisi isə onunla vidalşanda dediyi sözlər oldu: ”...Gedim pişiyə bir az süd verim. Son vaxtlar o da ağ eləyib. “Hörmət” etməsən , damdakı siçanlara heç məhəl qoymur. Rüşvət icad edən... Sənə nə deyim!”.


 



Yerləşdirilib:29 Dekabr, 2012  20:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: Asya | 30 Dekabr, 2012  10:01
# Ответить
+3


]]>]]>

Nənə diplomun qiymətin esitməyib hələ :))
Müəllif: Vefa | 2 Yanvar, 2013  19:32
# Ответить
+1


]]>]]>

bu ele beladi ki,artiq qarsisini almaq mumkun deyil.ALLAHa penah...
Müəllif: Nazim | 8 Yanvar, 2013  19:58
# Ответить
+5


]]>]]>

Salam aleykum.Allahin lenetine gelmish melun yezidle ubeydullahda ele insanlarin coxunu Aziz Imam Hazreti Huseyn Alehisselama qarshi rushvetle donderdi,men deyerdim ki sheytanin en giclu silahi ele rushvetdir cunki eger rushvet ele bir Nura qiyib tarixde misli gorunmemish zulme sovq edirse demek bu onun en guclu silahidir.Bu silaha qarshi her bir insan mubarize aparmalidir ki besheriyet bu beladan xilas olsun eks teqdirde bu xestelik sovushan deyil.Allah bizlere bele merezden shefa versin.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com