Sufilik – izahı mümkün olmayan aləm

Sufilik yarandığı zamandan bəri onun mahiyyətini açmaq, mənasını sözlə əhatə etmək və söz qəlibində ona tərif vermək cəhdləri olmuşdur. Bu mövzunu araşdırarkən belə bir mənzərə ilə qarşılaşırıq ki, sufilik, bəlkə də barəsində ən çox danışılan və mahiyyətinə ən çox tərif verilən məfhum sayıla bilər.

İstər sufilərin özləri, istərsə də sufiliyin tədqiqatçıları tərəfindən minlərlə tərif irəli sürülmüşdür. Deyilənlərə görə, hicri V əsrdə yaşamış Əbu Mənsur Əbdülqadir Bağdadi sufiliyin 1000-dən artıq tərifini toplayıb, əlifba sırası ilə düzmüşdür. Sührəvərdi "Əvarifül-məarif" kitabında bir neçə nəzəriyyəni qeyd etdikdən sonra yazır: "Təsəvvüfün mahiyyəti barəsində şeyxlərin sözlərinin sayı 1000-dən artıqdır. Amma bunlar söz baxımından fərqli, məna baxımından oxşardırlar". Əlbəttə, əslində sufiliyə verilmiş təriflərin sayı bundan qat-qat çoxdur. Elə təkcə Əbu Nəim İsfahaninin "Hilyətül-övliya" əsərində üst-üstə 1000-dən artıq nəzəriyyəyə rast gəlmək mümkündür.

Məşhur şərqşünas Nikolson isə "İslam sufiləri" kitabında hicri V əsrə kimi yazılmış mənbələrdəki təriflərdən 87-sini qeyd edərək yazır: "Ərəb və fars dillərində sufiliyə çoxlu təriflər verilmişdir. Amma bunların hamısını araşdırdıqdan sonra deməliyik ki, sufiliyə dəqiq tərif vermək mümkün deyildir".

Sufiliyin mahiyyəti barədə irəli sürülmüş nəzəriyyələrdən bəzilərini aşağıda xatırladırıq:

"Təsəvvüf – həqiqətləri əldə etmək, dəqiq və incə məsələlərdən söz açmaq, camaata məxsus əmlakdan naümid olmaqdır" (Məruf Kərxi).

"Təsəvvüf əvvəldə zikr, sonra vəcddir. Daha sonra isə nə ondan, nə də bundandır". "Təsəvvüf o kəsin yoludur ki, sağ əlində Allahın kitabını (Qurani-kərimi), sol əlində Müstəfa sünnəsini tutmuş olsun və bu iki şamın işığında yol getsin ki, nə şübhə girdabına, nə də bidət zülmətinə düşməsin" (Cüneyd Bağdadi).

Zün-nun Misridən sufilərin kim olduğunu soruşanda cavab verdi: "Onlar Allahı hər şeydən üstün bilərlər, Allah da onları hamıdan üstün bilər".

"Doğrucul sufinin əlaməti budur ki, dövlət qazandıqdan sonra dərviş (miskin, kasıb) olsun, əzizlikdən sonra xar, məşhurluqdan sonra gizli olsun" (Əbu Həmzə Bağdadi).

"Sufi odur ki, öz canını qisasdan (qanbahasından) azad saysın, öz əmlakını camaata halal bilsin" (Səhl ibn Abdullah Şüştəri).

"Təsəvvüf tamamilə dəb və qaydalardan (adab) ibarətdir" (Əbu Həfs Nişaburi).

"Təsəvvüf – kitaba və sünnəyə əməl etmək, həvavü həvəs və bidətlərdən uzaq olmaqdır" (Nəsrabadi).

"Təsəvvüf – həmişə eyni istiqamətə diqqət kəsilmək və həmişə eyni səviyyədə ömür sürməkdir". "Təsəvvüf - həqiqətdə vaqe olan bir addır, o, tamam olub sona çatdıqda yalnız Allah qalar" (Əbu Səid Əbül-Xeyr).

Həmçinin, təsəvvüfə verilən təriflər içində bu fikirlərlə də rastlaşırıq: "Təsəvvüf – vaxtı ən layiqli işə sərf etməkdir". "Təsəvvüf sərsəmliyə bənzəyir; hərzə-hədyan danışmaqla başlayır, aramlıqla sona çatır. Təsəvvüf sufinin vücudunu bürüyəndə lal olur". "Təsəvvüf – bütün əlaqə və bağlılıqlardan uzaq olmaq, məxluqatın Yaradanına bağlanmaqdır".

Cüneyd Bağdadi tərəfindən təsəvvüfə verilmiş aşağıdakı tərif öz məna dərinliyi ilə seçilir: "Təsəvvüf 8 xüsusiyyət üzərində qurulub: səxavət, riza (razılıq), səbr, işarə, ğürbət (qəriblik), yun paltar geyinmək, səyahət və fəqr (kasıblıq). Təsəvvüf həmin sifətlərdə 8 peyğəmbərə tabe olmaq deməkdir: səxavətdə İbrahimə, rizada İshaqa, səbrdə Eyyuba, işarədə Zəkəriyyaya, qəriblikdə Yəhyaya, yun paltar geyinməkdə Musaya, səyahətdə İsaya və fəqrdə Məhəmmədə (s)".

"Kəşşafi-istilahatil-fünun" ("Elmi terminlər lüğəti") kitabında isə sufiyə xas olan sifətlər belə açıqlanır: "Təsəvvüf əhlinin nəzərində sufi – özündə fani, Allah-təala ilə baqi olan, bütün sifət və təbiətlərdən təmizlənən, həqiqətlərin həqiqətinə bağlanan şəxsdir".

Sufiliyə və sufiyə verilmiş təriflərin niyə bu qədər rəngarəng olmasını tədqiqatçılar üç əsas səbəblə əlaqələndirmişlər:

Birincisi, sufilik çox geniş bir aləm olduğundan, hər kəs onu öz səviyyəsinə uyğun olaraq dərk etmiş və öz tutumu qədərincə ondan bəhrələnmişdir. Hər bir sufi bu böyük aləmin müəyyən bir nöqtəsinə kimi irəliləməyə müvəffəq olmuş və həmin nöqtədən gördüklərini təsvir etmişdir (necə deyərlər, "aləmə öz pəncərəsindən baxmışdır"). Buna görə də onların fikirləri bu qədər fərqlidir.

İkincisi, seyrü-süluk yolu çoxlu mənzil və məqamlardan ibarətdir. Bunların hər birində arifin halı və müşahidələri müxtəlif olur. Təbii ki, müxtəlif mənzilliərdə duran ariflərin təəssüratları da bir-birindən fərqli olacaq. Hətta eyni bir şəxs seyrü-süluk yolunda irəlilədikcə, düşüncələri təkamül tapacaq, bu gün dünənkinə nisbətən daha uca məqamda durduğundan, fikirləri daha geniş və əhatəli olacaq. Bu səbəbdən, təsəvvüf barədə eyni bir şəxsə aid edilən təriflər bəzən ciddi təvavütlərə malik olur.

Üçüncüsü, sufilər təsəvvüfə tərif verərkən, onu fərqli cəhətlərdən araşdırmış, öz fikirlərini qısa və səlis ifadə etmək xatirinə təsəvvüfün yalnız bir və ya bir neçə cəhətini diqqət mərkəzinə çəkmişlər. Çünki təsəvvüf qədər mürəkkəb və əhatəli aləmin bütün xüsusiyyətlərini bir tərifdə cəmləşdirmək sadəcə olaraq mümkün deyildir.



Natiq Rəhimov (natiq@islam.az)



Yerləşdirilib:3 May, 2008  22:57, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Oktyabr, 2019

Honkonq hökuməti müsəlmanlardan üzr istəyib

21 Oktyabr, 2019

Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"

21 Oktyabr, 2019

Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb

21 Oktyabr, 2019
İordan çayının qərb sahilində bir fələstinli öldürüldü
21 Oktyabr, 2019

Həkimin yuyulmasını qadağan etdiyi bədənin spirt toxunan hissəsini namaz qılmaq üçün necə pak etmək lazımdır? İslam suallarda

21 Oktyabr, 2019

ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır

21 Oktyabr, 2019

ABŞ-da hərbi təlim zamanı üç hərbçi ölüb

19 Oktyabr, 2019

Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı açıqlanıb

19 Oktyabr, 2019

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

19 Oktyabr, 2019

Ərdoğan: Terrorçular bölgəni tərk etməyə başlayıb

19 Oktyabr, 2019

Hansı məkanlarda namaz qılmaq məsləhət deyil? İslam suallarda

19 Oktyabr, 2019

Kataloniyada "qaynayır": 128 nəfər saxlanılıb, 207 polis xəsarət alıb

19 Oktyabr, 2019

Bu gün, oktyabrın 19-u, Ərbəindir - Aşuranın 40-cı günü

18 Oktyabr, 2019

Əfqanıstanda məsciddə partlayışlar: 62 nəfər ölüb

18 Oktyabr, 2019
BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir
18 Oktyabr, 2019

Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən var

18 Oktyabr, 2019

Qadının sosial şəbəkələrdən istifadə etməsi icazəlidirmi? İslam suallarda

18 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur"

18 Oktyabr, 2019

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

17 Oktyabr, 2019

Milyonların Ərbəin yürüşü Fotolent

17 Oktyabr, 2019
Türkiyə ordusu 673 terrorçunu zərərləşdirdi
17 Oktyabr, 2019

Tramp: "PKK İŞİD-dən təhlükəlidir"

17 Oktyabr, 2019

Kəbin kəsilən zaman qadın istədiyi zaman ərindən icazəsiz özünə talaq vermək ixtiyarını şərt qoya bilərmi? İslam suallarda

17 Oktyabr, 2019
Suriyadan qaçmış İŞİD-çilər İraqda tutuldular
17 Oktyabr, 2019

Səudiyyə Ərəbistanında yol qəzası: onlarla zəvvar həlak oldu

16 Oktyabr, 2019
Suriya Oordusu Rəqqa şəhərinə daxil olub
16 Oktyabr, 2019

ABŞ sanksiyalarına görə narahat deyilik - Ərdoğan

16 Oktyabr, 2019
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb
XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com