Cümə namazı: din adamlarının fərqli baxışları

Müstəqillik qazandıqdan sonra Azərbaycanda dini ayinlərin aşkar və problemsiz icrasında mövcud çətinliklər aradan qaldırıldı. Hazırda Cümə namazının qılınmasında da ölkəmizdə maneə yoxdur.

Paytaxtımızda sözügedən ibadət heç də bütün məscidlərdə icra olunmur. Bunun səbəbləri, həmçinin Cümə namazının mahiyyəti barədə islam.az-ın müxbiri ilə söhbətdə Bakının bəzi məscidlərinin axundları söz açıblar.  

Hacı Şahin Həsənli: “Cümə namazı sosial tələbatdır”

“Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli məsələyə belə münasibət bildirdi: “Cümə namazının qılınması müstəhəbdir və bu bir camaat namazıdır. Şəriət baxımından onun qılınması vacib deyil, müsəlmanlar günorta və Cümə namazları arasında seçim etməkdə sərbəstdirlər. Amma Cümə namazının savabı günorta namazının savabı ilə müqayisəolunmazdır”.
O hesab edir ki, son illər Azərbaycanda namaz qılanların sayı xeyli artıb və Cümə namazı artıq bir növ sosial tələbatdır.
“Namaz qılanların sayının artması və Azərbaycan məscidlərində müəyyən şəraitin yaradılması sayəsində Cümə namazlarının qılınması mümkün oldu. Bundan əlavə, Cümə namazları zamanı söylənilən xütbələr son dərəcə əhəmiyyətlidir, çünki bu zaman aktual ictimai və mənəvi məsələlərə toxunulur. Bu baxımdan da Cümə namazını olduqca vacib hesab edirəm”, - Hacı Şahin deyib.
O həmçinin qeyd edib ki, dövlət strukturlarının, həmçinin dövlət başçısının ölkədəki dini obyektlərə diqqət ayırması Azərbaycanda baş verən müsbət hallardandır.
“Azərbaycanda dinin dövlətdən ayrı olmasına rəğmən, məhz dövlət hesabına bu tikinti və təmir işlərinin aparılması təqdirə layiq hadisələrdir”, - ilahiyyatçı sözlərinə yekun vurub.

Ceyhun Rüstəmov: “Əhli-sünnə Cümə namazlarını qılıb, qılır və gələcəkdə də qılacaq”

Cümə namazının qılınması barədə sözlərinə “İlahiyyat” məscidinin baş imamı Ceyhun Rüstəmov Müqəddəs Qurandan ayə ilə başlayıb: “Cümə namazının qılınması barədə Quranın Cümə surəsində aşkar ayə var (9-cu ayə - islam.az). Ayədə deyilir: ”Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”. Ayənin qrammatik təhlilini aparanda görürük ki, burda feil əmr formasında işlədilib – “tələsin”. Məkkədən Mədinəyə hicrət zamanı Peyğəmbərimiz (s) ilk dəfə Cümə namazını Mədinə yaxınlığında qıldırıb. Elə həmin gündən də əhli-sünnə Cümə namazlarını qılıb, qılır və gələcəkdə də qılacaq”.

C.Rüstəmov qeyd edib ki, Sovet hakimiyyəti illərində hökumətin bütün səylərinə baxmayaraq, mollaların sayəsində xalqımızın mənəvi və dini dəyərləri mühafizə olunub: “Ən əsası isə, bu dəyərlər yeni nəslə çatdırılıb. O vaxtın müsəlmanları Cümə namazını qılırdılar. Baxmayaraq ki, namaza gələnlərin sayı az olurdu”.
Məscidin axundu deyib ki, insanlarımızın fitrətində həmişə İslam mövcud olub: “Buna görə də Azərbaycan müstəqillik qazandıqdan sonra insanlar aşkar namaz qılmağa, oruc tutmağa və Cümə namazına gəlməyə başladılar”.

Hacı Əhliman Rüstəmov: “Cümə namazının qılınması hər bir müsəlmanın fərdi işidir”

“Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı Hacı Əhliman Rüstəmov isə bildirib ki, “Təzə Pir” və “Məşhədi Dadaş” məscidlərində Cümə namazı qılındığını nəzərə alaraq, rəhbərlik etdiyi məsciddə bu namaz qılınmır: “Cümə namazı qılmaq istəyənlərə də yaxınlıqdakı Allah evlərinə üz tutmağı məsləhət görürük”.
Onun sözlərinə görə, Cümə namazının qılınması hər bir müsəlmanın fərdi işidir, bu müstəhəb əməldir, yəni burda heç bir məcburiyyət yoxdur. Bu namazı qılıb qılmamağa dair müsəlman özü qərar verir. Hacı Əhliman qeyd edib ki, Cümə namazı yalnız İmam Mehdinin (a) zühurundan sonra vacib olacaq.
“Cümə namazını digərlərindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, bu namaza gələn mütləq xütbədə iştirak etməlidir. Bu isə İslam haqqında müfəssəl və dəqiq məlumat almaq baxımından olduqca əhəmiyyətlidir”, - ilahiyyatçı fikirlərini tamamlayıb.



Yerləşdirilib:7 Dekabr, 2012  16:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 14
Müəllif: Ramil | 7 Dekabr, 2012  20:18
# Ответить
-18


]]>]]>

avtobusa minirsen shahin danishir,metroya minirsen shahin danishir,bazara girirsen yene shahin danishir,bu qeder tebligat aparir xeyri yoxdur,cunki ancaq nagil danishir.Axirda adini qoyacaqlar shahin nagilbaz.
Müəllif: Sakit | 7 Dekabr, 2012  21:27
# Ответить
+15


]]>]]>

Ramil, Hacı Şahinin danışmağının xeyrini sən elə öz şərhində vermisən. Bir neçə il əvvəl Hacı elə ancaq Məşədi Dadaşda danışırdı, onu da bir qrup insan dinləyirdi. Yavaş-yavaş möminlərin sayı artdı, artıq məscid gələnlərə dar olur. İndi Hacı Şahini hər yerdə dinləyirlər, o bir çox insanların qəlbində məskən salıb. Gözü götürməyənlər, paxıllar, münafiqlər isə həmişə olub: Peyğəmbərimizin (s) zamanında da, sonrakı dövrlərdə də, elə indi də...
Müəllif: Ruslan | 9 Dekabr, 2012  00:07
# Ответить
+14


]]>]]>

Allah Hacı Şahindən razı olsun Ramil düz deyir hara gedirsən Hacı Şahinin xütbələri eşidilir elə Mənim özümündə dinə gəlməyimdə Hacı Şahinin böyük rolu olub beləki mən Hacı Şahini üzdən bir dəfədə olsun görməmişəm amma internet vasitəsiylə gözəl sözlərini dinləyib ona vurulmuşam indi birgün Hacı Şahinə qulaq asmasam elə bilirəmki imanım əldən gedib.Allah digər alimlərimizidə bizə çox görməsin
Müəllif: Bende | 10 Dekabr, 2012  00:53
# Ответить
+11


]]>]]>

Haci Shahin gozel insandi onun moizeleri ve danishdiqlari cox gozeldi. Insana menevi rahatliq verir.Ona gore insanlar ona heryerde qulaq asirlar.Allah ona omur versin biz insanlari dogru yola cagirsin. Ramil kimi paxil,qarniqurddular gelib gedendiler. Sen qulaq asma kar olarsan get Uzeyire qulaq as o sene yarashar.!!!
Müəllif: qul | 10 Dekabr, 2012  12:23
# Ответить
+7


]]>]]>

evvele salam
Haci Shahinin moizeleri insanin ruhunu rahatlasdirir ,insan qulaq asdiqca ele bil saflasir,her defe yeni seyler oyrenirsen qulaq asmayan kimi deyisilirsen ,evde demek olar ancaq onun moizelerinin sedasi altinda is goruruk ,biz Haci Shaninin sozlerinden bele deyisilirik ,gor imamlarimizin sozleri insanlara nece tesir edib,helede tesir edir.ALLAH razi olsun Haci Shahinden elediyi emelin sayhiz hesabsiz evezin versin Rebbim,o biri dunyada da kimle yanasi olmaq isteyirse Rebbim Ozu nesib etsin INSAALLAH
Müəllif: Elshan | 10 Dekabr, 2012  15:46
# Ответить
+7


]]>]]>

Allah Haci Shahine de, Haci Ehliman Rustamova da bol bereketli uzun omr eta etsin. InshAllah Ilahi Amin !!!
Müəllif: Abdullah | 11 Dekabr, 2012  15:03
# Ответить
-5


]]>]]>

Ramil qardash yazir: "avtobusa minirsen shahin danishir,metroya minirsen shahin danishir,bazara girirsen yene shahin danishir,bu qeder tebligat aparir xeyri yoxdur,cunki ancaq nagil danishir.Axirda adini qoyacaqlar shahin nagilbaz."

Haci SHahin yaxshi qardashdi amma layiq olmadiqi bir vezifeni tutub ve nece geldi ireliliyir. Neticeni dushunmur. Ona gore ele indi naqilbaz sayila biler.
Bilirsiz niye beledir, Chunki Haci SHahin esil ilahiyyatchi alim deyil. Onun danishdiqi sozler Hoccetul-İslam Ocaqnecatin sozlrinin cserokopesidir. Eshitdiyime gore Ocaqnecatin vurqunudur. Danishiq ve reftarinda ozunu ona benzetmeye chalishir. Bizim dinde olan esas problemlerimizden biri de ele budur! Shexsiyyetperestlik!
Müəllif: Qasid | 12 Dekabr, 2012  10:44 | Ответ на #476
# Ответить
+5


]]>]]>

Vəhhabilərin gözünü çıxaran budur ki, Hacı Şahinin ətrafında bu qədər insan toplaşıb, Əhli-beyt yolunu gedir. Bəzi üzdən iraq "şiələri" isə "niyə mən yox, o?" sualı yandırıb-yaxır. Hacı Şahinin nəyə layiq olduğunu sənmi müəyyən edirsən? Onun məhəbbəti insanların qəlbindədir. Sən isə, ay zavallı, elə kənardan baxıb şəbədə qoşmağı bacarırsan. Sən peyğəmbər-zadsan bəyəm Şahinin nəticəni düşünüb-düşünməməsinə dair fikir yürüdürsən? Yazırsan "eşitdiyimə görə". Ayıb deyil? Müsəlman demirəm hələ, hətta kafir KİŞİ belə söhbətlər edər? Niyə söz gəzdirirsən, niyə fitnə çıxarırsan?
Müəllif: Rafiq | 11 Dekabr, 2012  15:06
# Ответить
-5


]]>]]>

Qardash duz deyirsen. Bele adamlarin sohbeti ile besh-alti adam dine gelse de muveqqetidir. Cunki insanlari heqiqi Islama devet etmeye qadir deyiller. Onlar daha chox iransayaqi islami tebliq edirler. Bilirem bu soz iranperest "dindarlara" xosh gelmeyecek. Amma hech gelmesin! Dunya ki daqilmayacaq!
Müəllif: Samir | 11 Dekabr, 2012  15:10
# Ответить
-8


]]>]]>

Burada musahibe aldiqiniz "ilahiyyatchilarin" her biri esil Islami deyil eslinde ya Iran ya da Turkiye Islamini tebliq eden adamlardir. Onlarin dini savadi da goz qarshisindadir, bunlar ne oxuyublar ki? Haci Shahin ilahiyyatla baqli bir resmi diplom teqdim ede bilermi? Hachi Ahliman Baki ISlam Universitetini qiyabi shekilde ozu de pulla bitirib diplom alib ... Vay olsun bu milletin bunlardan oyrendiyi meneviyyata ve dine!
Müəllif: Qasid | 12 Dekabr, 2012  10:47
# Ответить
+8


]]>]]>

Guya 3 adla yazanda hamı Hacı Şahin haqqında fikrini dəyişəcək? Adam kişi olar. Arvad kimi söz gəzdirməz. Hacı Əhliman sənə verib pulu? Ya sən özün düz-qoş eləmisən? Niyə böhtan atırsan? Bu millətə də özünü sırıma. Sənin kimilərini bu millət apendesit kimi kəsib atıb həmişə, yenə də atacaq, inşallah!
Müəllif: Ramil | 13 Dekabr, 2012  20:21
# Ответить
-3


]]>]]>

menim ne demek istediyimi Abdullahdan bashqa hec kim basha dushmedi.
Müəllif: Qalib | 10 Fevral, 2013  13:01
# Ответить
+1


]]>]]>

Haci Shahinin haqinda bu qeder sefeh fikirlere uzuldum, evvela sen kimsenki Ocaqnedjat agayla Haci SHahin arasinda muqayise aparasan? Onlar her ikisi ADILDI,MOMINDI. Bu cur fikirlerden cekinin ! ne olsunki O, ILAHIYYATCI deyil? Ruslan sen ILAHIYYATCISAN ? Eger ILHIYYATCISANSA bu vaxta qeder ozun ne etmisen ? Eger Ilahiyyatci deyilsense bunlari daishmga haqqin yoxdu. Eger moninsense sene bir muselman tovsiyyem var , Ara-bir guzguye baxmagi unutma.!!!!!!!Bunu muzakire edene munafiqden basha ad qoya bilmirem. Eger bilmiyib etmisense gedin SHahinden halalliq alin . Artiq haqqina girmisiz .
Müəllif: Qalib | 10 Fevral, 2013  13:04
# Ответить
+1


]]>]]>

Ruslan QARDASH haqqini halal ele yazilarinm sene yox Abdullaha Aiddi. sehv yazmisam.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Noyabr, 2018

Peyğəmbərin (s) səhabələrinin sayı məlumdurmu? İslam suallarda

21 Noyabr, 2018

Əfqanıstanda törədilən partlayışda 50 nəfər ölüb

21 Noyabr, 2018

Tramp: "Səudiyyə şahzadəsi Qaşıqçının öldürülməsi barədə bəlkə də bilirdi"

20 Noyabr, 2018
İsrail DİN rəhbəri maliyyə cinayətlərində ittiham olunur
20 Noyabr, 2018

Şeyxin müavini: "Dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

20 Noyabr, 2018
Kaşıkçı cinayətindən sonra Bin-Salman ilk xarici səfərə çıxacaq
20 Noyabr, 2018

Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb

20 Noyabr, 2018

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

20 Noyabr, 2018

Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

20 Noyabr, 2018
Çavuşoğlu və Quterreş ərəb jurnalistin qətl işini müzakirə ediblər
20 Noyabr, 2018

Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr, 2018

İngilis pilot Məkkə səmasında İslamı qəbul etdi Video

19 Noyabr, 2018
Milad personajı irqçilikdə ittiham edildi
19 Noyabr, 2018

Avropa İttifaqı Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib

19 Noyabr, 2018
ABŞ süni ətin istehsalına hazırlaşır
19 Noyabr, 2018

Əfqanıstanda toy mərasimi raketlə vuruldu

19 Noyabr, 2018
Yəhudilər şabbata görə stüardessaları döydülər
19 Noyabr, 2018

Niyə bəzi duaları Allah həyata keçirmir? İslam suallarda

19 Noyabr, 2018

Kaşıkçının cəsədi Türkiyədən çamadanlarda çıxarıla bilər

19 Noyabr, 2018
Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb
17 Noyabr, 2018

Аzərbaycan əhalisinin sayı açıqlanıb

17 Noyabr, 2018

Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib - KİV

17 Noyabr, 2018

Qadın naməhrəmin görmədiyi zaman başıaçıq halda və ya qısa qollu paltarda namaz qıla bilərmi? İslam suallarda

17 Noyabr, 2018
ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib
17 Noyabr, 2018

Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr, 2018

Məkkə və Mədinədə Kaşıkçıya cənazə namazları qılınıb

16 Noyabr, 2018

"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi FOTO

16 Noyabr, 2018

Məhəmməd bin Salmanın işi bitibmi? Nəzər nöqtəsi

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com