Aşura hadisələri: Azərbaycan qadınına ibrət

"İmam Hüseyn məktəbi", "Aşura", "Şəhidlər" - bu ifadələri özümüzü dərk etməyə başlayandan eşidirik. Bir qədər də yaşa dolduqdan sonra onların nə olduğunu, nə kəsb etdiyini, İslama, müsəlman aləminə və ümumiyyətlə bütün bəşəriyyətə nə verdiyini bacardığımız qədər anlayırıq.

Amma məni bir sual həmişə narahat edirdi. Daha doğrusu isə, mənə elə gəlirdi ki, (əslində elə indi də bu fikirdəyəm) Kərbəla çölündə baş vermiş hadisənin tərənnümü zamanı bəzi detallar unudulur. Əlbəttə, 14 əsr müdhiş faciəni yaşadan ümmətin bir üzvü kimi bu tam subyektiv fikirdir. Amma hər halda, bu fikirlə bölüşmək istərdim.

Azərbaycanımızın Qarabağ boyda könül yarası var. Hansı səbəbdən torpaqlarımızın 20 faizini itirmişik, nə üçün ermənilər Şuşada, Laçında, Ağdamda ağalıq edirlər - bunların səbəbləri müxtəlifdir və artıq 18 illik atəşkəs dönəmində dəfələrlə problem incələnib. Amma bir qadın olaraq düşünürəm ki, səbəblərin biri də Azərbaycan anasının övladını lazımi tərzdə tərbiyə etməyi bacarmamasıdır. Nə qədər acınacaqlı olsa da, müasir vətəndaşımızda vətənpərvərlik hissi çox aşağıdır, bəzən isə ümumiyyətlə belə bir duyğunun olmadığına şahidlik edirik. Vətənini sevmək isə imandandır. Bu peyğəmbərimizin(s) kəlamıdır. Deməli, imandan söhbət gedə bilməz. Məhz imanın azlığı da torpaqlarımızın itirilməsinə gətirib çıxardı. İndi də Kərbəla hadisələrinə nəzər salaq.

Heç şübhəsiz ki, bu dünyada hər şey Allahın təqdiri ilə baş verir. Ancaq insanlar da axı muxtardırlar. Hər kəs gələcəyini öz əlləri ilə yazır. Kərbəla hadisəsi olmaya bilərdimi? Bir anlığa özümüzə təsəvvür edək ki, İmam Hüseynin(ə) çağırışına cavab verən əsl möminlər səfərə hazırlaşırlar. Və elə bu zaman da hər birinin qarşısına bir qadın çıxır. Fərqi yoxdur kim: bacısı, anası, həyat yoldaşı. Qollarını açaraq deyir: "Səni and verirəm Allaha, getmə! Birdən öldürərlər səni, biz nə edərik?". Tarixdən bilirik ki, belə hallar hicri-qəməri 61- ci ildə meydana gəlib. Bir çoxları da bu ah-nalələrdən sonra İmam Hüseyni (ə) müşahidə etməkdən, şəhidlik şərbətini içməkdən vaz keçiblər. İsti yuvalarından, analarından, bacılarından ayrıla bilməyiblər. Ev əhli olan qadınlar da dərindən nəfəs alıblar. Tanrıya şükür ediblər ki, bu bəladan ciyərparələrini qurtardılar. Ancaq qadınlar da olub ki, belə davranmayıblar. Əksinə, analar övladlarına İmamın yanında olmadıqları təqdirdə onlara nifrin edəcəklərini söyləyiblər. Min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı oğlunun - Vəhəb ibn Abdullahın başını götürüb düşmənlərə tərəf ataraq "Biz Allah yolunda verdiyimiz qurbanları geri almırıq” deyən ana da olub.

Kərbəla hadisəsində qadınların rolu olduqca böyük olub. Həzrət Abbasın (ə) anası oğluna "İmam Hüseyndən (ə) sonra şəhid olsan südümü sənə halal etmərəm" deməyibmi? Əbəlfəzl Abbas (ə) da bu ana nəsihətini yetirməyibmi? Bir sözlə, Kərbəla qiyamının meydana gəlməsində, daha doğrusu isə, bu gün bildiyimiz şəkildə təzahür etməsində qadınların razılığı da az əhəmiyyət kəsb etməyib.
Bəzən İmam Hüseyn (ə) məktəbindən yalnız kişilərin yararlana biləcəyini eşidirik. Əsla belə deyil. İmamın qiyamında qadınlar üçün də ibrət var. Hər bir qadın övladını həyatından artıq sevir. Bununla yəqin ki, hamı razılaşar. Deməli məntiqlə düşünsək, oğlunu, həyat yoldaşını, qardaşını aşkar ölümə yola salan insan üçün özünü qılıncların, nizələrin üzərinə atmaq daha asan olardı. Amma islamın öz ehkamları var. Qadını və kişini Allah müxtəlif vəzifələrə mükəlləf edib. Kərbəlaya üz tutan övladının ardınca su atan ana siz bilən nə keçirib, hansı hissləri yaşayıb? Məgər o ANA belə bir vəziyyətdə min dəfə ölüb – dirilməyib? Ölüb, özü də necə! İçərindən yanıb, qıvrılıb, ancaq vüqarını sındırmayıb, gözünün nəmlənməsinə yol verməyib, imanını əldən verməyib. Kişi övladını kişi kimi yola salıb. Son dəfə gözlərinə baxıb, son dəfə saçlarına sığal verib, onunla bağlı bütün xatirələrini yaddaşında ələk-vələk edib . Amma nə hayqırmayıb, nə də dərdindən "ah" çəkməyib. İstəyib ki, şəhidliyə doğru addımlayan övladı arxayın getsin. O da gedib.

Amma bu obraz Kərbəla faciəsi baş verəndən sonra bir başqa formada təcəssüm edir. Gəlin xanım Zeynəbi xatırlayaq. İlahi, hansı insana bunca zərbə dəyər, o isə sınmaz? Əksinə, daha da vüqarlı, daha da mətanətli olar? Hansı qadın ən yaxınlarını, ən əzizlərini bir gündə, bir anın içində itirdikdən sonra düşmənlərinin gözünün içinə belə şücaətlə baxar? Yalnız xanım Zeynəb! Niyə? Çünki o xanım Fatimeyi Zəhra (ə.s) qızı idi. Çünki o, Həzrət Əli (ə) övladı, Peyğəmbər (s) nəvəsi idi. Nə ona qədər, nə də ondan sonra belə bir nümunə tapa bilmərik. Xanımın dünyalar qədər dərdi ola-ola kiçik Ruqəyyəni sakitləşdirməyə də imkan tapır, onun yaralarını oxşayır, yetim qalan qardaşı qızının saçlarına sığal verir. Ruqəyyə! Kiçik olsa da, o da Peyğəmbər övladı idi axı! O kimə şikayət etdi? Atasına, cəlladlar tərəfindən onun qucağına qoyulan qanlı mübarək başa söylədi dərdini. Siz bir vüqara, ismətə, imana baxın! Bu boyda faciə qarşısında mətanətlə dayansa da, körpə, həssas, məsum ürək dözməzdi. Burda da Allahın böyük bir lütfü var idi. Atasını özündən çox sevən bir qız nə qədər də İmam Hüseynə (s) tez qovuşdu! Allah zalımların qılıncları ilə parçalanmış kövrək qəlbi daha bu dünya çirkinlikləri ilə yükləmədi.

İmam Hüseyn (ə) məktəbi, Aşura qiyamı ta Qiyamətə qədər bütün bəşəriyyətə bir örnək olaraq qalacaq. Hər kəs bu hadisədən ibrət götürməlidir. O cümlədən də Azərbaycan qadını. Biz övladlarımızı məhz o ruhda tərbiyələndirməliyik. Çünki işğal altında inləyən torpaqlarımız yolumuz gözləyir. Gec və ya tez – torpaqlar geri qayıdacaq. Sözsüz ki, igidlərimiz də cəng meydanına getməli olacaqlar. Sabah cəng edənləri isə bu gün analar yetişdirməlidirlər. Əlbəttə ki, demək, yazmaq, tövsiyə etmək asandır. Nə arzu etmək olar? Allah ÖZÜ sınaq anında bizlərə Həzrət Zeynəb qeyrəti, Həzrət Əbəlfəzl Abbasın anasının dözümünü, Həzrət Fatimeyi Zəhra (s.ə) şücaəti bəxş etsin!



Yerləşdirilib:22 Noyabr, 2012  18:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Vefa | 23 Noyabr, 2012  20:04
# Ответить
+2


]]>]]>

Amin INSHAALLAH.ALLAH RAZI OLSUN...
Müəllif: Nazim | 4 Fevral, 2013  15:57
# Ответить
+2


]]>]]>

Salam Aleykum.Xanim ehsen size bu meqale ucun.Bele Analarin evladlari inshallah Qarabaqida alacaq hele Azaerbaycanimizda at oynadan riyakar dushmenlerimizide cokdurecekler arxayin ola bilersiz.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com