Peyğəmbəri dinləyək, yoxsa “peyğəmbərləri”?

Uşaq ikən nənəmin başına onun kimi ağbirçək qadınların toplaşıb söhbət etməsinə qulaq asmağı çox sevərdim. Çox vaxt söhbətin məğzini, kimlərdən getməsini anlamasam da, bu məclislərin aramlığı möcüzəli bir ab-hava yaradır, məni sanki beşikdə yellədərək yuxuya verir, nağıllar aləminə aparırdı.

Əslində, onların dialoquna xəyalən uşaq təxəyyülü ilə qatılardım. Artığını etməyə, ağbirçəklərin hüzurunda bir söz deməyə sovet pionerinin tərbiyəsi yol vermirdi.

Nədənsə yaddaşımda bir söhbət, daha doğrusu onun bir parçası xüsusi iz buraxmışdı. Nənəm şirin və melodik səsi ilə danışırdı ki, bir kişi Məhəmməd peyğəmbərə (s) üçgünlük övladının tərbiyəsinə nə vaxt başlamasına dair sual verdikdə, Həzrət "artıq üç gün gecikmisən" deyə cavab verib.

O zaman "lap ağ eləyib ha!" (əstəğfürullah) düşüncəsi dərhal beynimdən keçmişdi. Uşaqlığın üstünlükləri olduğu kimi, nöqsanları da var. Səhvlər çox olsa da, onları adətən tez bağışlayırlar, "uşaqdır" deyirlər. İlan qabığından çıxan kimi uşaqlığımızı geridə qoysaq da, əfsuslar olsun ki, səhvlərdən sıgortalanmamışıq. Nə isə, mətləbdən uzaqlaşmayım.
Sonralar embrional pedaqogika məfhumu ilə tanış olduqda "elmin şəhəri" olan peyğəmbərimizin sözlərinin nə qədər dərin məna kəsb etdiyini anladım. Embrional pedaqogika anlayışı keçən əsrin 80-ci illərində meydana gəlib və ana bətnində olan uşaqların tərbiyəsini öyrənən elmdir. Bir sözlə, embrional pedaqogika doğuşdan qabaq təlim və tərbiyədir. Peyğəmbərimizin 1400 il öncə söylədiyini qeyri-müsəlmanlar XX əsrdə anlasalar da, bunu artıq çox geniş surətdə tətbiq ediblər. Biz isə hələ mübahisə etməkdəyik: valideynin haqqı var qızına hicaba məhəbbət aşılasın, ya yox?

Bəzi "ağıllılar" deyirlər ki, qız yalnız yetkinlik yaşına çatdıqdan sonra bu məsələni özü üçün qətiləşdirməlidir. Maraqlıdır ki, valideyn uşağını üzgüçülük hovuzuna, baletə, hətta ağır atletikaya, ştanqa qaldırmağa göndərə bilər. Bu hərəkətlər heç bir etirazla qarşılanmayacaq. Amma elə ki, iş gəldi yetişdi hicaba… Bəs Həzrət Məhəmməd (s) nə deyir? Bunu artıq yuxarıda söylədik. Allahın kamil dinini bəşərə çatdıran şəxs vaxtı fövtə verməməyi tövsiyyə edib.

İndi kimlərinsə müsəlmanlara öyüd-nəsihət verməsinə nə ehtiyac? Kimsə özünü Peyğəmbərdən ağıllı sayırsa, onun kim olduğu aydın olur. Beləsinin ən azından ciddi tibbi müayinədən keçməyə böyük ehtiyacı var. Yox, əgər Peyğəmbərə (ə) meydan oxumaq fikrində deyilsə, onda hicablı qızların məktəblərə getməsinə qarşı da çıxmamalıdır. “Peyğəmbərə canım fəda olsun!” söyləyərək onun buyruqlarını inkar etməkmi olar? Əgər bu baş verirsə, beləsi ən azından iki, bilmirəm daha neçə üzlüdür. Kəsəsi, ikisindən birini seçməliyik. Ya Allahın Peyğəmbəri (ə), ya da özlərini peyğəmbər hesab edib bu iddiada olanlar. Üçüncü variant, sadəcə olaraq, yoxdur.



Yerləşdirilib:14 Noyabr, 2012  18:45, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 12
Müəllif: Nazim | 14 Noyabr, 2012  14:35
# Ответить
+8


]]>]]>

Salam aleykum.Evvela bu ozlerini peyqamberden aqilli sayanlar bilmelidir ki hicab konkret olaraq Allahin Peyqamber ve Quran vasitesi ile verdiyi emrdir,beleleri Xaliq Allahi yaranmishlarla sehf salmamalidirlar.Mence bele insanlar Islamnan qorxan ve islamin mukemmelliyi serf elemeyen insanlardir lakin teccublusu budur ki binlar Islami besheriyete endiren Allahdan qorxub cekinmek evezine islamdan ehtiyat edib ona qarshi qadaqa telqin edirler.Movzuya toxunduqunuz ucun teshekkur.
Müəllif: zeynep | 15 Noyabr, 2012  15:30 | Ответ на #271
# Ответить
-4


]]>]]>

salam.siz deyirsiz ki,hicab baglamaq hokmendir amma ele deyildir. allah hec neyi mecburi etmeyib bir bunu deye bilerem ki, namazi emir edir
Müəllif: sahib | 15 Noyabr, 2012  06:51
# Ответить
+4


]]>]]>

salamaleykum,siz cox gozel vurguladiniz elhemdurillah,hami bele geyinseydi,hicabli olsaydi kisilerde goz?zinasi etmezdiler.
Müəllif: SIR | 15 Noyabr, 2012  08:59
# Ответить
0


]]>]]>

menim ayagim agriyir namaz qila bilmirem bir sey deyin neter qilim
Müəllif: Sura | 18 Noyabr, 2012  07:44 | Ответ на #274
# Ответить
+1


]]>]]>

Siz sual-cavab bölməsinə müraciət edin ki, cavab alasınlz
Müəllif: Zeynep | 15 Noyabr, 2012  15:24
# Ответить
0


]]>]]>

haram olan seyler
Müəllif: Nazim | 15 Noyabr, 2012  20:14
# Ответить
+2


]]>]]>

Salam.Siz Quranda Nur(24) suresinin 31-ci ayesini diqqetle oxusaniz bu ayenin mumin qadinlara emr olaraq nazil olduqunu anlayarsiniz.







0 S
Müəllif: Sura | 18 Noyabr, 2012  08:40
# Ответить
+1


]]>]]>

kim nə icad edib, necə tətbiq etməsindən asılı olmayaraq, Allahın qanunları basılmazdır! Qoy hər cür qadağalar qoysunlar, uşaqları elə tərbiyə etməliyik ki, Haqqı tanısınlar, bu qadağaları qoyanların da şər olduğunu bilsinlər. Sovet dönəmindəki qadağalar dini qarşısını ala bildimi? Allah öz dinini qoruyub bu günkü nəslə ötürdü. Həmd olsun Allaha!
Müəllif: Sura | 18 Noyabr, 2012  08:41
# Ответить
+1


]]>]]>

Mən bu hədisi Peyğəmbərin(s) hamilə qadının gələcəkdə uşağını necə tərbiyə edəcəyi barədə sualına, həmin qadının neçə aylıq hamilə olduğunu soruşduqdan sonra artıq bir o qədər gecikdiyini söyləməsi kimi oxumuşam (Bu söhbət uşaqlıqdan guya Makarenkonun 6 aylıq uşağın anası ilə söhbəti kimi tanış idi mənə). Embrional pedaqogika anlayışına tam uyğun gələn bir variantdır. Peyğəmbərin(s) meracda olarkən Tövbə ağacının meyvəsindən yeməsi və zövcəsi Xədicənin bundan sonra xanım hamilə qalması haqda və bunun xanım Fatimeyi-Zəhranın(ə) pak olmasının dəlili olması haqda da oxumuşam. Demək,"pedaqogikamız" daha önə gedib çıxır. Bir sözlə, maya pak olmalıdır ki, tərbiyə də nəticə versin. o ki qaldı embrional pedaqogikanın geniş surətdə tətbiq edilməsinə, bax, elə bu şəkildə tətbiq edirlər də!
Müəllif: Sura | 18 Noyabr, 2012  08:42
# Ответить
+1


]]>]]>

Elə özlərində də. İnsan haqları adı altında gənclik bütü yaradıblar, bütün "tərbiyə" uşağın sərbəst, azad (oxu: azğın) böyüməsinə yönəlib. Qocaları isə qocalar evinə də atmaq olar, onlar sıradan çıxmışlardır. Yəni həmin uşaq böyüyüb qocalanda hüquqları artıq bu cür qorunur.
Müəllif: 88888888 | 10 Noyabr, 2013  22:11
# Ответить
0


]]>]]>

Hicab vacib emrdir!
Müəllif: 888888 | 16 İyul, 2014  15:11
# Ответить
0


]]>]]>

zeynep niki sizin yeqin ki,Qurandan melumatiniz yoxdur,chunki,Quranda,Nur suresinde Hicab vacib buyrulub.Allah deyir vacibdir,vacibler tekce bunlarla da bitmir,Namaz,Oruc,Hecc,Xums,Zekat ve s...bunlarin hamisi vacib hökmlerdir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com