Hikmətli sözlər (158-ci hissə)

“Yol üstündə düşüb qalmış və insanların gəlib-keçməsinə əngəl olan daş, sümük, tikan kimi maneələri yoldan qaldırıb kənara tullamaq da insana sədəqə qədər savab qazandırar”.

Həzrət Mühəmməd Peyğəmbər (s.).
(Sünənüt-Tirmizi, Birr kitabı, bab 36, hədis 1956).

Deyirlər ki, keçmiş zamanlarda bir padşah yol çəkdirmişdi. Işlər görülüb-qurtarandan sonra yolun açılış mərasiminin vaxtı elan olundu. Amma padşah mərasimi adi şəkildə deyil, yarışma formasında təşkil etmişdi. Ölkəyə car çəkildi ki, padşahın elan etdiyi yarışmada hər kəs iştirak edə bilər. Yarışın şərti isə bundan ibarətdir: Yeni çəkilmiş yoldan ən gözəl şəkildə keçən şəxs böyük mükafat alacaq.

Təyin olunan gün xeyli adam yolun üstünə yığıldı. Kimisi ən gözəl paltarını geyinmişdi, kimisi ən yaraşıqlı atını və arabasını bəzəyib gətirmişdi, kimisi isə yolu xüsusi əda ilə keçməyə çalışırdı. Yol gedə-gedə dua edən, mahnı oxuyan, padşaha tərif deyən də vardı. Hər kəs yarışmanın qalibinin özü olacağını düşünürdü.

Günün sonuna yaxın yolun o biri başına xeyli adam gəlib-çatdı. Onların hamısı yolun geniş və rahat olduğunu söyləyir, razılıq edirdilər. Amma təzə çəkilmiş yolun bircə eybi vardı: düz yolun ortasına daş-kəsək qalağı tökülmüşdü. Hamı təəccüb edirdi ki, nə əcəb padşah daş-kəsəyi yığışdırmağı tapşırmayıb. Daş qalağı yolun həmin yerindən keçməyi əməlli-başlı çətinləşdirirdi. Çoxlarının ayağı daşlara toxunaraq əzilmiş, üst-başı toza bulaşmışdı.

Amma padşah heç kimə əhəmiyyət vermirdi, mükafatı verməyi ləngidir, sanki kimi isə gözləyirdi. Mükafat ümidi ilə gələnlərə padşah etina göstərmirdi. Hamını bu sual düşündürürdü: “Görəsən, padşah mukafatı kimə verəcək?”.

Günün sonuna yaxın sadə geyimli bir oğlan yolun axırına çatdı. O, nə başqaları kimi bər-bəzəkli geyinmiş, nə də cins ata minmişdi, yol-yerişi də ədasız, mütəvazi idi. Əyin-başı toz-torpağa bulaşmışdı, sanki ağır bir işi görüb gəlirdi. Oğlan əlində iri bir kisə də gətirirdi. Hökmdara çatdı, ədəblə salam verdi. Kisəni hökmdara tərəf uzadıb dedi: “Padşah sağ olsun, yolun ortasında iri bir daş-kəsək qalağı gördüm, camaatın rahat keçməsinə maneçilik törədirdi. Mən daş-kəsəyi təmizləyib yolun kənarına tökdüm, altından bu qızıl kisəsi çıxdı. Yəqin ki, bu pullar Sizindir. Çünki yolu siz çəkdirmisiniz. Ola bilər ki, ustalar pulu daş-kəsəyin altında itiriblər”.

Padşah mehribanlıqla söylədi: “Bu pul kisəsi əslində sənindir”.

Təəccübdən özünü itirən oğlan cavab verdi: “Xeyr, mənim ola bilməz! Mənim ömrümdə bu qədər pulum olmayıb”.
Padşah dedi: “Sən bu pulu halal zəhmətinlə qazanmısan. Bu günkü yarışmanın mükafatı elə bu puldur”.

Sonra padşah toplaşan camaata sarı dönüb dedi: “Yarışmanın qalibi bu oğlandır. Çünki yoldan ən gözəl şəkildə keçən – özündən sonra gələnlərin yolunun üstündəki əngəlləri qaldıran adamdır”.



Yerləşdirilib:5 Noyabr, 2012  21:48, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

12 İyun, 2019
Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İyun, 2019

Türkiyədə terrorçularla atışma: 2 hərbçi şəhid olub

11 İyun, 2019
Zelenski 15 qubernatoru işdən çıxardı
11 İyun, 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

11 İyun, 2019
Egey dənizində miqrantları daşıyan qayıq batıb
11 İyun, 2019
Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir
11 İyun, 2019

Xristian dünyasının ən bahalı sənət əsəri müsəlman şahzadənin yaxtasında

11 İyun, 2019

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

11 İyun, 2019

Peyğəmbərin (s) zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com