Ərəfə və Qurban günlərinin əməlləri

Zilhiccə ayının 9-cu gününün – Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur. Ərəfə günündə oruc tutmağın da savabı böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).

Ərəfə günündə İmam Hüseynin (ə) Kərbəladakı məzarını ziyarət etmək insana savab gətirən əməllərdən sayılır. Hətta İmam Cəfər Sadiq (ə) buyurub ki, ərəfə günündə Allah-təala əvvəlcə İmam Hüseynin (ə) zəvvarlarına mərhəmət göstərib onların ehtiyaclarını ödəyər, günahlarını bağışlayar, ondan sonra Ərəfə çölündə həcc əməllərini yerinə yetirən hacılara mərhəmət göstərər (İbn Qövləveyh. Kamilüz-ziyarat, səh. 318, 539-cu hədis). Əlbəttə, ərəfə gününü Kərbəlada qeyd etməyə imkanı olmayan şəxs İmam Hüseyni (ə) qiyabi olaraq da ziyarət edə bilər (İmam Hüseynin (ə) ərəfə gününə məxsus ziyarətnaməsini oxumaqla).

Ərəfə günündə Həzrət İmam Hüseynə (ə) məxsus olan «ərəfə duası»nı oxumağın da böyük əcri var. Ğalib Əsədinin oğulları Bişr və Bəşir rəvayət edirlər ki, İmam Hüseyn (ə) bu duanı ərəfə günündə Ərəfat çölündəki təpənin sol tərəfində duraraq, üzünü Kəbə istiqamətinə çevirmiş və əllərini sifəti bərabərində (qünut vəziyyətində) tutmuş halda, son dərəcə təvazökar bir vəziyyətdə söyləmişdir. Duanın həcmi böyükdür və «Məfatihül-cinan» kitabında bütöv şəkildə verilmişdir.

Ərəfə günündə əsr namazından sonra iki rükətlik müstəhəb namaz qılmaq da gözəl əməldir. Birinci rükətdə Fatihə və İxlas, ikinci rükətdə isə Fatihə və Kafirun surələri oxunur. Həmçinin, ərəfə günündə dörd rükətlik müstəhəb namaz qılmaq (hər rükətində bir dəfə Fatihə fə 50 dəfə İxlas surəsini oxumaqla) da çox bəyənilir.

Ərəfə günündə bu duanı oxumaq da tövsiyə edilir: «Sübhanəlləzi fis-səmai ərşüh. Sübhanəlləzi fil-ərzi hükmüh. Sübhanəlləzi fil-qüburi qəzaüh. Sübhanəlləzi fil-bəhri səbilüh. Sübhanəlləzi fin-nari sultanüh. Sübhanəlləzi fil-cənnəti rəhmətüh. Sübhanəlləzi fil-qiyaməti ədlüh. Sübhanəlləzi rəfəəs-səma. Sübhanəlləzi bəsətəl-ərz. Sübhanəlləzi la məlca və la mənca minhü illa ileyh». Tərcüməsi: «Müqəddəsdir o zat ki (yəni Allah), səmada Onun ərşi yerləşir, yerdə Onun hökmü hakimdir. Müqəddəsdir o zat ki, Onun qəzavü-qədəri qəbirlərdə həyata keçir, su Onun hökmü ilə yola dönür. Müqəddəsdir o zat ki, alov (cəhənnəm) Ona tabedir, Onun mərhəməti cənnəti bürüyüb, qiyamətdə Onun ədaləti hökm sürür. Müqəddəsdir o zat ki, səmanı ucaltdı, yeri genişlətdi, Ondan başqa heç kimə sığınmaq və Onun hökmündən qaçıb Onun özündən başqa heç kimin himayəsində xilas olmaq mümkün deyil». Bundan sonra 100 dəfə «Sübhanallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər» deyilir. Tərcüməsi: «Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan başqa məbud yoxdur. Allah hər şeydən daha ucadır». İxlas surəsi və ayətül-kürsi 100 dəfə oxunur, Peyğəmbərə və nəslinə 100 dəfə salavat deyilir. Bundan sonra 10 dəfə aşağıdakı dua oxunur: «La ilahə iləllahü vəhdəhü la şərikə ləh. Ləhül-mülkü və ləhül-həmd. Yühyi və yumitü və yumitü və yühyi və hüvə həyyün la yəmut. Biyədihil-xeyrü və hüvə əla külli şeyin qədir». Tərcüməsi: «Allahdan başqa məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Dirildən və öldürən, öldürən və dirildən Odur. Özü isə ölməzdir və diridir. Xeyir Onun hökmündədir və O, hər şeyə qadirdir». Bundan sonra 10 dəfə belə deyilir: «Əstəğfirüllahəlləzi la ilahə illa hüvəl-həyyül-qəyyum və ətubü ileyh». Tərcüməsi: «Ondan başqa məbud olmayan, diri və qaları olan Allahın hüzurunda günahlarımın bağışlanmasını diləyir və tövbə edirəm». Bundan sonra «ya Allah», «ya Rəhman» və «ya Rəhim» kəlmələrinin hər biri 10 təkrar edilir. Daha sonra 10 dəfə deyilir: «Ya bədiəs-səmavati vəl-ərz. Ya zəl-cəlali vəl-ikram». Tərcüməsi: «Ey göyləri və yeri yaradan. Ey cəlal və kərəm sahibi». «Ya həyyü ya qəyyum» (ey diri və qaları olan Allah), «ya hənnanü ya mənnan» (ey mehriban və hamının minnətdar olduğu Allah), «la ilahə illa ənt» (Səndən başqa məbud yoxdur) və «amin» zikrlərinin də hər birini 10 dəfə demək lazımdır. Axırda isə bu dua deyilir: «Allahümmə inni əs’əlükə ya mən hüvə əqrəbü ileyyə min həblil-vərid. Ya mən yəhulü beynəl-mər’i və qəlbih. Ya mən hüvə bil-mənzəril-ə’la və bil-üfüqil-mübin. Ya mən hüvər-rəhmanü ələl-ərş istəva. Ya mən leysə kəmislihi şey. Və hüvəs-səmiül-bəsir. Əs’əlükə ən tüsəlliyə əla Mühəmmədin və ali-Mühəmməd». Tərcüməsi: «Allahım, ehtiyacımı Səndən istəyirəm. Ey mənə şah damarımdan da yaxın olan! Ey insanla qəlbi arasında rabitə yaradan. Ey uca məqamdan hər şeyi görən və açıq-aydın bilən! Ey ərşi öz hökmünə almıq mərhəmət sahibi! Ey özündən başqa məbud olmayan! Hər şeyi eşidən və görən! Sənin salavatın Mühəmmədə və nəslinə olsun!». Bundan sonra insan ürəyindəki ehtiyacını dilə gətirməlidir. Bu duadan sonra insanın istəyinin həyata keçməsi ehtimalı böyükdür.

Ərəfə günündən Qurban bayramına keçən gecə oyaq qalıb ibadət etmək (əhya saxlamaq), Nüdbə duasını, İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini, İmam Zeynül-abidinə (ə) məxsus olan «Səhifeyi-Səccadiyyə»dən 48-ci duanı (Qurban bayramı və cümə gününün duası) oxumaq müstəhəbdir. Bu duaların hər birinin həcmi böyükdür və «Məfatihül-cinan» kitabında verilmişdir. Qurban bayramı gününün zöhr namazından etibarən zil-hiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək də böyük savaba malikdir: «Allahü əkbər, Allahü əkbər, la ilahə illəllah, vallahü əkbər, Allahü əkbər və lillahil-həmd. Allahü əkbərü əla ma hədana. Allahü əkbərü əla mə rəzəqna min bəhimətil-ən’am. Vəlhəmdü lillahi ma əblana». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirdiyinə görə Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».



Yerləşdirilib:24 Oktyabr, 2012  15:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: ANAR | 25 Oktyabr, 2012  21:15
# Ответить
+3


]]>]]>

SALAM QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN. ZƏHMƏT OLMASA BAYRAM NAMAZI HAQQINDA MƏLUMAT VERƏSİNİZ
Müəllif: Aysel | 4 Oktyabr, 2014  10:34
# Ответить
0


]]>]]>

Salam. Bayramınız mübarək. Bayram namazını bu gün qılmalıyıq, yoxsa sabah?
Müəllif: administrator | 4 Oktyabr, 2014  18:30 | Ответ на #3474
# Ответить
0


]]>]]>

Azerbaycan uchun bayram 5 oktyabr hesab olunur.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Avqust, 2019

İmam Əli (ə): "Varlıların Allah yanında olan savabı əldə etmək üçün..."

21 Avqust, 2019

Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq - Nazarbayev

21 Avqust, 2019

Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb

21 Avqust, 2019

Sinay yarımadasının şimalında 11 terrorçu məhv edilib

21 Avqust, 2019

Kabildə toyda partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb

21 Avqust, 2019

Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi

21 Avqust, 2019

Qadın qurban kəsə bilərmi? İslam suallarda

21 Avqust, 2019
Danimarka rəhbərliyi Qrenlandiyanı satmağa hazırdır
21 Avqust, 2019
Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var
20 Avqust, 2019
Türkiyədə FETÖ-çü polislər həbs olundu
20 Avqust, 2019

Hərbi pilotumuzun meyiti tapıldı

20 Avqust, 2019

Alim: Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir (ə)

20 Avqust, 2019

Qədir-Xum hadisəsini hansı səhabələr rəvayət etmişlər?

20 Avqust, 2019
Məhkəmə Atambayevin həbs müddətini artırdı
20 Avqust, 2019

Qüsl alanda bədəni mütləq yuxarıdan aşağıya doğru yumaq lazımdır? İslam suallarda

20 Avqust, 2019

Qədir-Xum bayramınız mübarək, əziz müsəlmanlar!

20 Avqust, 2019

Sudanın devrilmiş lideri: Səudiyyə şahzadəsindən 25 milyon dollar almışam

19 Avqust, 2019

Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü

19 Avqust, 2019
Türkiyə İraqın şimalına raket zərbəsi endirib
19 Avqust, 2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
19 Avqust, 2019

Qədir-Xum gününün müstəhəb əməlləri

19 Avqust, 2019

Bəzi dua kitablarında rast gəlinən “istiazə” sözünün mənası nədir? İslam suallarda

19 Avqust, 2019

Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”

19 Avqust, 2019
Tramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edib
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com