Peyğəmbərimiz necə dəstəmaz alıb

Həzrəti Peyğəmbər (s.ə.s.) ibadət həyatını təmizlik üzərinə qurmuşdur. Çünki insanın ruhən təmiz olmasında, yaxşı əməllərə meyil etməsində və pis əməllərdən çəkinməsində maddi təmizliyin böyük təsiri vardır. Bu barədə Allah-Təala belə buyurur: "... Allah tövbə edənləri və (təmiz) pak olanları sevər" (Bəqərə, 222).

"Təmizlik imanın yarısıdır" (Muslim, Təharət, 1) hədisi də bu həqiqəti bir daha göstərməkdədir. Elə buna görə də Allah-Təalanın hüzuruna çıxan hər bir müsəlmana namaz və təvaf kimi ibadətlərdən əvvəl dəstəmaz almaq fərz buyurulmuşdur.

Bu mövzuda Ukbə ibn Amr (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: "Gözəl bir şəkildə dəstəmaz alıb, sonra iki rükət namaz qılan və namaza bütün ruhu və mənliyi ilə yönələn hər kəsə cənnət vacib olur". Dəstəmazın fəzilətini başa salan başqa bir hədisdə isə deyilir: "Kim dəstəmaz aldıqdan sonra kəlmeyi-şəhadət də gətirərsə ona cənnətin səkkiz qapısı açılar və insan istədiyi qapıdan cənnətə daxil olar" (Muslim, Təharət, 17)

Əbu Hureyrənin rəvayət etdiyi başqa bir hədisdə isə bir gün Həzrəti Peyğəmbərin (s.ə.s.) qəbiristanlığa gələrək belə dediyi bildirilir:

"Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri! İnşallah bir gün biz də sizin yanınıza gələcəyik. Bilirsiniz ki, qardaşlarımı görməyi nə qədər istəyirəm. Həqiqətən onlar üçün çox darıxmışam".

Orada olanlar "Məgər biz sənin qardaşların deyilik?" - deyə soruşurlar. Peyğəmbər (s.ə.s.) belə cavab verir: "Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir". Bu cavabı eşidən səhabələr daha da maraqla soruşurlar: "Ey Allahın Rəsulu! O zaman siz hələ dünyaya gəlməyən qardaşlarımızı necə tanıyacaqsınız? Həzrəti Peyğəmbər (s.ə.s.) bu suala belə cavab verir: "Təsəvvür edin ki, bir nəfərin ayaqları və üzü ağappaq olan bir atı vardır. Bu insan öz atını, hamısı qara olan atların içərisində necə rahatlıqla seçib taparsa, mən də öz qardaşlarımı eləcə tanıyacağam. Onların bu şəkildə fərqlənmələrinə səbəb isə onların dəstəmaz almaları və dəstəmaz alınan yerlərinin təmizliyinə timsalən ağappaq olmalarıdır. Mən qiyamət günü hovuz başına əvvəlcədən gedərək onları orada gözləyəcəyəm" (Muslim, Təharət, 39).

Buradan da göründüyü kimi, dəstəmaz və ümumiyyətlə təmizlik müsəlmanın bariz xüsusiyyətlərindəndir. Bu, onun təmiz olması ilə bərabər, həm də qiyamət günü digər insanlardan fərqləndirən bir əlaməti, Muhəmməd ümmətindən olduğunun göstəricisidir. Səhabələr bu xəbəri eşitdikdən sonra dəstəmazlarına daha çox diqqət etməyə və dəstəmaz üzvlərini daha diqqətli şəkildə yumağa başlamışdılar. Hz Peyğəmbər (s.ə.s.) başqa bir hədisində belə buyurmaqdadır:

"Qiyamət günü mömin insanın nuru, dəstəmaz suyunun çatdığı yerə qədər olacaqdır" (Muslim, Təharət, 40).

Dəstəmaz sadəcə namaz qılmaq və ya hər hansı bir ibadəti həyata keçirmək üçün alınmamalıdır. Belə ki, İslam dini insanları daima dəstəmazlı olmağa təşviq edir. Lakin hər zaman dəstəmazlı olmaq hər bir insanın edə biləcəyi bir iş deyildir. Bunu sadəcə dəstəmazın faydalarını yaxşıca dərk edən müsəlmanlar edə bilərlər. Ona görə də, hər zaman təmiz olmaq imanın əlamətlərindən biri kimi qəbul olunmuşdur və bu barədə olan bir hədisdə belə buyurulur: "Daima dəstəmazlı olmaq yalnız mömin olan kimsələrə məxsusdur" (Muslim, Təharət, 6).

İbn Abbasın (r.a.) rəvayətinə görə, Həzrəti Peyğəmbər (s.ə.s.) ayaq yolundan çıxdıqdan sonra əllərini yuyar, daha sonra isə əllərini məsh çəkirmiş kimi, dəstəmaz üzvlərinə çəkərmiş. Bir dəfə İbn Abbas ondan "Ey Allahın Rəsulu, suyun yaxınlığındayıq, niyə belə edirsən?" - deyə soruşur. Həzrəti Peyğəmbər belə cavab verir: "Nə bilim, bəlkə ona çatmadan ruhumu təslim etdim". (İbn Hanbəl, I, 288).

Rəsulullah qüsl almalı olduğu hallarda, onu alana qədər dəstəmazsız qalmamaq üçün əllərini divara sürtərək təyəmmüm alarmış (Heysəmi, I, 264).

Onun bu hərəkətini görən səhabələr də onun yolu ilə gedərək dəstəmazları pozulanda dərhal yenisini almağa, hətta aldıqları dəstəmazın üstündən uzun vaxt keçdikdə onu təzələməyi adət halına gətirmişdilər. Çünki Həzrəti Peyğəmbər (s.ə.s.) bu haqda "Kim dəstəmazlı olduğu halda onu təzələsə (yəni yeni bir dəstəmaz alsa) Allah-Təala bu səbəblə ona on savab yazar" buyurmuşdur (Tirmizi, Təharət, 44).

Dəstəmazın fəziləti, onun insana verdiyi maddi və mənəvi təmizliyi haqqında olan hədislərin sayı olduqca çoxdur. Bu gün artıq tibb elmi də sübut etməkdədir ki, dəstəmazın sağlamlıq baxımından müsbət cəhətləri həddən artıq çoxdur.


Abbas Qurbanov
İlahiyyat elmləri namizədi
abbas@islam.az



Yerləşdirilib:4 Yanvar, 2008  00:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: MAHMUD | 3 Fevral, 2016  01:19
# Ответить
0


]]>]]>

ES SALAMU ALEYKUM
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com