Islam tarixindən hikmətli sözlər (14-cü hissə)

Abbasi xəlifəsi Mənsur xəsislikdə ad çıxarmışdı.

Islam tarixindən hikmətli sözlər (14-cü hissə)
Dövlət tikililərində işləyən fəhlələrin məvacibini şəxsən özü danq-danq (danq – xırda pul vahidi, qəpik) hesabladığı üçün, ona «Dəvaniqi» ləqəbini vermişdilər.
Qədim hökmdarlar gözəl şer yazan şairlərə mükafat verərdilər. Amma xəsis Mənsur buna da əlac tapmışdı. Onun möhkəm hafizəsi vardıı bircə dəfə eşitdiyi şeri əzbərdən təkrar edə bilirdi. Xidmətçiləri arasında iti hafizəsi olan bir qulam və bir kəniz də var idi.
Mənsur şairlərlə belə bir şərt bağlayırdıı Gərək oxunan şer oğurluq olmasın. Əgər bu şeri şairdən savayı bircə adam əzbər bilsə, ona heç bir mükafat verilməyəcək.
Yox, əgər şer şairin öz malıdırsa, onda şerin yazıldığı kağız ağırlığında qızıl əta olunacaq.
Şairlərdən hər kim xəlifənin hüzurunda öz qəsidəsini oxuyurdusa, Mənsur dərhal onu oğurluqda ittiham edib deyirdi: «Bu şer sənin deyil. Mən onu səndən qabaq başqasından eşitmişəm». Sonra Mənsur qəsidəni əzbər söyləyirdi. Bu azmış kimi, «Bu qəsidəni məndən savayı, qulamım və kənizim də əzbər bilirlər», - deyib, onlara da həmin şeri təkrar oxutdururdu. Beləliklə, şair xəlifənin hüzurundan əliboş qayıdırdı.
Məşhur ədib Əsməi Mənsurun bu xasiyyətindən xəbərdar idi. Ona dərs vermək üçün ərəb dilində az işlənən nadir və qəliz kəlmələrdən ibarət qəsidə inşa edib, ağır bir daş parçasının üstünə yazır və xəlifənin sarayına gətirir. Mənsur Əsməinin şerini diqqətlə dinləsə də, yadında saxlaya bilmir. Qulamla kəniz də qəsidəni təkrar edə bilmirlər.
Əlacsız qalan Mənsur söyləyir: «Şeri yazdığın kağızı gətir, ölçüb, ağırlığı qədər qızıl verim». Əsməi şeri köçürdüyü qaya parçasını göstərəndə, xəlifəni dəhşət bürüyür. Bu yolla Əsməi xəsis xəlifənin «dərsini verir».


Bəzi kitablarda Mərvanın Zab savaşını uduzmasının səbəbi belə göstərilir: Döyüş zamanı Mərvan təbii ehtiyacını ödəmək (sidiyə çıxmaq) üçün qoşundan ayrılıb səhranın bir tərəfinə çəkilir, atdan düşüb, yerə oturur. Mərvanın yanında durmuş at onun mədəsindən çıxan səsdən hürküb düşərgəyə doğru çapır. Əsgərlər atın yəhərini boş görəndə elə bilirlər ki, xəlifə həlak olub. Qoşun dağılıb, hərə bir tərəfə qaçır. Bununla da Mərvan savaşı uduzur. Deyirlər ki, bu hadisədən sonra ərəblər arasında belə bir ifadə yaranır: «Zəhəb-əd-dövlətu bi-bövlihi» (Bütöv bir dövlət sidiyin qurbanı oldu).


Bir gün Mühəmməd peyğəmbər (s) səhabələrin əhatəsində oturub onlarla söhbət edirdi. Bir kasıb müsəlman yaxın gəlib onların yanında oturdu. Təsadüfən, onun yanında oturduğu adam var-dövlət sahibi idi. Bu dövlətli adam kasıbın köhnə əyin-başına ikrahla baxıb ətəklərini yığdı ki, ona toxunmasın.
Peyğəmbər vəziyyəti belə görəndə narahat olub buyurdu:
- Qorxursan ki, onun kasıblığı paltarından sənə keçər, yoxsa sənin sərvətin onun üstünə hopar?
Sərvətli kişi peşman olub söylədi:
- Ya Rəsuləllah, icazə ver, günahımı yumaq üçün var-dövlətimin tən yarısını bu kasıb müsəlmana bağışlayım.
Peyğəmbər üzünü həmin fəqir müsəlmana tutub soruşdu ki, bu təkliflə razısanmı?
Öz vəziyyətində qalmağı üstün tutan kasıb etiraz edərək söylədi:
- Xeyr, istəmirəm. Qorxuram ki, sərvət sahibi olandan sonra məndə də o cür xasiyyət yaranar və onun tayı olaram.



Yerləşdirilib:8 Noyabr, 2011  11:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com