Qurban Bayramı nə vaxtdır və bu bayram bizə nəyi öyrədir?

Qarşıdan müqəddəs Qurban bayramı gəlir (Bu il avqustun 12-nə təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə gündə bu bayramın nüründan, hərə başa düşdüyü həcmdə faydalanacaqdır.

Elçin Əsgərov: Qurban Bayramı nə vaxtdır və bu bayram bizə nəyi öyrədir?
Həcc ziyarətində olanlar bu gündə Minada şeytanı simvolizə edən sütunları daşlayacaq, qurbanların kəsəcək, başlarını qırxdırıb Həcc ziyarətinin əsas hissəsin başa vuracaqlar. Allah hamının bayramın mübarək etsin.
Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Yəni İslama görə ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramının mühümlüyü başa düşülsə də, çox vaxt qoyun və qoç kəsməklə məhdudlaşan Qurban Bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir. Molla Nəsrəddin demişkən, min illərdir qeyd olunan bu bayram elə bir qoyunun üstündəmi bərqərardır?
Bu suala ən yaxşı cavab Əli Şəriətinin “Həcc” kitabının “Qurbanlıq” bölümündə verilib. Qurban Bayramı sadəcə Allah yolunda heyvan kəsmək deyil. Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.
Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan saq çıxan Hz. İbrahim qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmaili qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yaninda kiçik görünəcək.
İsmail böyüyüb cavan oğlan olur. Atasının fəxr yerinə çevrilir. Atası onun gələcəyi haqda nələr düşünür.. Və belə bir vaxtda, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün nələrə əl atdığı da məlumdur. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən imtina etməyə, İsmaili can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi tələb etməyə, İsmailin anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir.

Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin əvəzinə qoç kəsməyi tapşırır.

Ömrü boyu dünyaya qiymət verməyən Hz. İbrahim, beləcə, bu dünyada ən sevdiyi yeganə nemət ilə - oğlu ilə imtahan olunur və Allah yolunda oğlundan da keçməyə hazır olduğunu nümayiş etdirir.
Hər birirmiz də beləyik. Bu dünyada nəyisə sevirik. Nə isə bizim üçün həyati əhəmiyyətə malikdir. Kim üçünsə pul, mal dövlət, kiməsə vəzifə, şöhrət, kim üçünsə başqa bir şey. Hərəmizin qəlbində bu dünyada sevdiyimiz bir və ya daha çox “İsmailimiz” var. Qurban Bayramı bizə həmin daxildəki “İsmaildən” Allah yolunda keçməyə hazır olmağı öyrədir. Hz. İbrahim özündən sonra gələn bütün İbrahimi dinlər ardıcıllarına, ilk növbədə isə bu dini ən kamil surətdə qoruduğumuzu iddia edən biz müsəlmanlara möhtəşəm bir dərs verib. Bu dərs - Allahın əmri olan yerdə, bu dünyaya bağlı hər bir şeydən, nə qədər dəyərli olursa olsun keçməyə hazır olmaq və keçmək dərsidir. Bu dərs imtahanın heç bir zaman qurtarmaması dərsidir, bu dərs Allaha ən ali yaxınlıq Günü(1) dərsidir.
Məhz buna görə də Allah təala bu günü ilin digər günləri içindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə yaşaya bilməyi bizə tövsiyyə etmişdir.
Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm.

(1)“Qurban” - ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və "(Allaha) ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir.

Elçin Əsgərov
islam.az



Yerləşdirilib:4 Noyabr, 2011  05:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 6
Müəllif: suat | 6 Oktyabr, 2014  20:01
# Ответить
+3


]]>]]>

Allah hamının qurbanını qebul etsin
Müəllif: super | 7 Oktyabr, 2014  14:54
# Ответить
+1


]]>]]>

bayraminiz mubarek allah qurbaninizi qebul etsin
Müəllif: lama | 17 Avqust, 2015  12:11
# Ответить
-3


]]>]]>

qurban bayrami ne vaxtdi?
Müəllif: govher | 18 Avqust, 2015  23:12
# Ответить
-2


]]>]]>

Qurban bayrami ne zaman
Müəllif: aysel | 2 Avqust, 2016  12:38
# Ответить
+1


]]>]]>

qurban bayraminiz mubarek sentyabrin 24udu qurban bayrami 26sina kimi qeyri is gunudur
Müəllif: revan | 15 Avqust, 2016  14:16
# Ответить
+2


]]>]]>

qurban bayraminz mubarek
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com