Islam tarixindən hikmətli sözlər (11-ci hissə)

Həzrət Əlinin (ə) sadiq səhabəsi və sərkərdəsi Malik Əştər xalq içində sadə geyimdə gəzər, özünü sıravi insanlardan ayırmazdı.

Islam tarixindən hikmətli sözlər (11-ci hissə)
Bir gün kasıbyana geyinmiş Malik bazar¬dan keçəndə, satıcılardan biri onu tanıma¬yıb, üstünə xürma tumu atdı. Malik Əştər heç nə demədi, oradan keçib, məscidə getdi.
Bazardakılar satıcını danlayıb, sataşdığı adamın Malik Əştər olduğunu söylədilər. Özü¬nü itirmiş satıcı dərhal Malikin ardınca getdi və məsciddə onu tapıb ayaqlarına düşdü, bağışlanmasını istədi.
Malik ona belə dedi: «Mən sənə qarşı zər¬rə¬cə kin bəs¬ləmirəm. Məscidə də ona gö¬rə gəldim ki, na¬maz qılıb Allahdan sənin üçün əfv diləyim».

Sultan Mahmud Qəznəvi böyük sufi Şeyx Əbülhəsən Xərqaninin görüşünə gedir. Xahiş edir ki, ona nəsihət versin. Şeyx buyurur: «Günahlardan çəkin, rəiyyətin hüququnu qoru və səxavətli ol». Sultanın: «Mənim üçün dua et», - xahişinə şeyx belə cavab verir: «Mən hər namazda möminlər üçün dua edirəm. Elə et ki, möminlərdən sayılasan və duam sənə də aid olsun».
Sultan bir kisə qızılı sufinin qabağına qo¬yub deyir: «Bunu məndən qəbul et».
Cavabında şeyx xidmətçilərə tapşırır ki, süfrə sərsinlər. Öz gündəlik yeməyi olan arpa çörəyindən götü¬rüb sultana təklif edir. Sul¬tan Mahmud çö¬rəkdən bir tikə kəsib ağzına aparır, amma yeyə bilməyib ağzından çı¬xarmalı olur.
Şeyx Əbülhəsən buyurur: «Necə ki, mə¬nim çörə¬yim sənin boğazından keçmədi, sənin də qızılların mənim boğazımdan keç¬məz. Pulunu götür».


Yəhya ibn Məaz Razinin hikmətli kəlamlarından:
«Qiymətli söz gözəl şeydir. Amma sözün mənası ondan da gözəldir. Sözə əməl etmək mənadan da yaxşı¬dır. Əməl etməyin savabı bundan daha üstündür. Bunların hamısından yaxşısı isə Allahın razılığıdır».


Əbu Səid Əbül-Xeyrin yanında bir nəfər¬dən söz salıb deyirlər: «Filankəs suyun üzə¬rində gəzir». Şeyx sakit halda cavab verir: «Nə olsun ki? Su quşları da suyun üzərində gəzir». Başqa bir adam barəsində söyləyirlər: «Filankəs havada uçur». Şeyx sakitliyini poz¬madan buyurur: «Çətin iş deyil. Milçək də uçur». Yenə bir nəfərdən söhbət düşəndə heyranlıqla deyirlər: «Filankəs bir anda bu şəhərdən başqa şəhərə hərəkət edə bilir». Əbu Səid cavab verir: «Şeytan da göz qırpı¬mında şərqdən vurub qərbdən çıxır. Bunların heç biri böyük iş deyil. Kişi odur ki, cəmiyyət içində durub-otursun, gününü camaatla ke¬çirsin, amma bir an da Allahı unutmasın».



Yerləşdirilib:29 Oktyabr, 2011  11:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com