Əhdə vəfa – İslamın əmridir

Verilən sözün yerinə yetirilməsi və əhdə vəfalı çıxmaq dinimizin ömən verdiyi məsələlərdən biridir. Allah-Təala: "Ey iman gətirənlər. Əhdlərə sadiq olun..." (Maidə, 1) buyurmuşdur. Bununla da müsəlmanların, eləcə də bütün insanların bağladıqları əhdlərə, verdikləri vədlərə sadiq olmaları əmr olunmuşdur.

İman belə özü-özlüyündə bir əhddir. Mömin, kəlmeyi-şəhadət gətirərkən iman edərək Allaha qarşı bir sıra öhdəliklər götürmüş olur. Bundan başqa insan, gündəlik həyatında fərdi və ictimai bir çox əhdlər də bağlayır. Hansı səbəbdən olursa olsun, bütün əhdlərə əməl olunmalıdır. Çünki, dinin hökmü, imanın əsası və Allahın əmri budur.
İctimai həyatın formalaşmasında əhdə vəfanın mühüm rolu var. Çünki fərdlərin və cəmiyyət həyatının inkişafı qarşılıqlı münasibətlərdən, habelə müxtəlif razılaşma və müqavilələrdən asılıdır. Bunlar olmazsa, ictimai və iqtisadi həyatın inkişaf etməsi mümkün deyil. İnsanların şikayətlərinin böyük bir hissəsi və işlərinin ləngiməsinin əsas səbəbi əhdə vəfasızlıqdır. Buna görə də, bağlanılmış əhdi yerinə yetirmək qəbul edilmiş bir vəzifə, qarşı tərəfin də bunu tələb etməsi qazanılmış bir haqqdır. Qurani-Kərimdə bu barədə belə buyurulur: "... Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)" ( İsra, 34). Əhdinə vəfasızlıq edən insanın ətraflarında etibarsızlıq, kin və qəzəb hakim olduğu halda, verilən sözün yerinə yetirildiyi şəmiyyətdə arxayınlıq və asayiş olur, hamı bir-birinə sevgi ilə bağlanır. Allah-Təala (c.c.) belə insanlara böyük lütflər bəxş edəcəyini Quranda bu cür ifadə edir: "... Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər" (Fəth, 10).
Həzrəti Peyğəmbər (s.ə.s.) Allah-Təalanın qiyamət günü üç növ insanın düşməni olduğunu bildirmiş və əlavə etmişdir ki, onlardan birincisi – Allah adına and içdikdən sonra sözündən dönən insandır (Buxari, Sehr, 106). Digər bir hədisində isə verdiyi sözdən dönən kəsin, bu xasiyyətdən əl çəkənə qədər münafiqlik əlaməti daşıdığını bildirmişdir (Buxari, İman, 24). Sözünün üstündə durmayan adamların qiyamət günü qarşılaşacaqları pis mənzərə bir hədisdə bu cür təsvir edilir: "Qiyamət günü, əhdinə vəfa göstərməyənlərin arxasında bir bayraq olacaq və o bayraq həmin adamın vəfasızlığı qədər yuxarı qaldırılacaq" (Muslim, Cihad, 15). Yəni, əhdinə vəfasızlıq edən o şəxs, məhşər camaatı içində hamıya göstəriləcək və arxasındakı bayraq etdiyi haqsızlıq nisbətində yuxarı qaldırılacaq ki, daha çox insan bunun şahidi olsun. Bu isə onu daha çox biabır edəcəkdir.
Qurani-Kərimdə Rəbbimiz də vədinə sadiq olduğunu, verilən bir sözün dərgahında heç vaxt dəyişilməyəcəyini dəfələrlə bəyan edir.
Həzrəti Peyğəmbər isə bunun insanlar üçün nümunəsi olmuşdur. Allah Rəsulu həyatı boyu şəriklərinə, ticarət münasibətləri olan insanlara və başqalarına qarşı olduqca dürüst davranmışdır. Verdiyi sözü, nəyin bahasına olursa olsun, yerinə yetirmək onun ən bariz xüsusiyyətlərindən olmuşdur. Huzeyfə (r.a.) belə rəvayət edir:
"Bir dəfə atam Huseyl ilə birlikdə yola çıxmışdıq. Qureyş kafirləri bizi tutdular və "Siz, yəqin ki, Muhəmmədin tərəfinə keçmək istəyirsiniz", - dedilər. Biz isə Mədinəyə buna görə deyil, başqa bir iş üçün getdiyimizi bildirdik. Bundan sonra bizdən, Muhəmmədin tərəfinə keçməyib, onunla çiyin-çiyinə döyüşməyəcəyimizə dair Allah adına söz aldılar. Mədinəyə gəlib vəziyyəti Rəsulullaha bildirəndə o, belə buyurdu:
"Yaxşı, gedin. Biz, sizin verdiyiniz sözün üstündə dayanar, onlara qarşı da Allahdan kömək diləyərik!".
Huzeyl sonda qeyd edir ki, Bədir müharibəsində iştirak etməməsinin səbəbi budur (Muslim, Cihad, 98).
Verilən sözdən dönməyin müsəlmanlara yaraşmadığını göstərən başqa bir misal da Hudeybiyə müqaviləsi əsnasında olmuşdur. Hudeybiyə müqaviləsinin şərtlərindən biri, Məkkədən Mədinəyə gəlib sığınacaq tapanların geri qaytarılması idi. Müqavilə imzalananda Qureyşin təmsilçisi Suheyl ibn Amrın oğlu Əbu Cəndəl ayaqlarındakı zəncirləri sürüyərək yavaş-yavaş Peyğəmbərimizin yanına gəldi. Əbu Cəndəl (r.a) müsəlman olduğu üçün, müşriklər ona çox işgəncə vermişdilər. O da bir gün əlinə düşən fürsətdən istifadə edib müsəlmanların yanına qaçmışdı. Suheyl, müqaviləyə əsasən, ilk geri verilməli olan şəxsin oğlu olduğunu bildirdi və əlindəki dəyənəklə Əbu Cəndəlin sifətindən vurdu. Baş verənləri hüznlə izləyən Rəsulullah, Əbu Cəndəlin müqavilədən kənar olmasını, onu Peyğəmbərimizə bağışlamasını Suheyldən xahiş etdi. Ancaq daşürəkli müşrik buna razı olmadı. Əbu Cəndəl müşriklərə təhvil veriləndə fəryad edərək müsəlmanlara yalvarır və kömək istəyirdi. Müsəlmanlar onun bu halına dözməyib ağlamağa başladılar. Allah Rəsulu Əbu Cəndəli təsəlli verərək buyurdu:
"Ey Əbu Cəndəl! Bir az da səbir et, döz! Allah-Təaladan bunun mükafatını dilə! Heç şübhəsiz, Uca Allah sən və yanında olan zəif, kimsəsiz müsəlmanlar üçün bir genişlik, rahatlıq və çıxış yolu yaradacaq. Biz bu tayfayla bir sülh müqaviləsi bağlamış və onlara Allahın əhdilə söz vermişik. Onlar da bizə Allahın əhdilə söz verdilər. Sözümüzə vəfasızlıq edə bilmərik. Çünki, verdiyimiz sözün üstündə durmamaq bizə yaraşmaz!" (İbn Hənbəl, IV, 325; İbn Hişam, III, 367).
Cabirin (r.a.) rəvayət etdiyinə görə, bir gün Peyğəmbər (s.ə.s.) Bəhreyndən zəkat malı gəlsə, ona filan qədər mal verəcəyini bildirir. Ancaq Peyğəmbərimiz vəfat edənə qədər Bəhreyndən mal gəlmir. Onun vəfatından sonra mal gələndə Əbu Bəkr "Allah Rəsulunun birinə vədi və ya borcu varsa bizə müraciət etsin", - deyə elan etdi. Mən də gedib dedim ki, Peyğəmbərimiz mənə belə demişdi. Əbu Bəkr bunu eşidən kimi əlini atıb qənimət malından bir ovuc götürərək mənə verdi. Sayıb gördüm ki, burada 500 (dinar) var. Onda Əbu Bəkr mənə "Yenə götür!" ― dedi (Buxari, Kəfalət, 3).
Gördüyümüz kimi, səhabələr Allah və Rəsuluna verdikləri sözlərə olduqca həssas yanaşmış və nəyin bahasına olursa olsun, yerinə yetirməyə çalışmışlar. Buna gücü çatmayanlar isə "Heç olmasa bu yolda ölərəm" deyərək hikmətli davranışlar nümayiş etdirmişlər. Bəra İbn Mərur (r.a) belələrindən biridir. Aqabə beyətində on iki təmsilçidən biri kimi iştirak edən Hz. Bəra, həcc mövsümündə Məkkəyə gələcəyini Peyğəmbərimizə vəd etmişdi. Ancaq həcc mövsümü gəlməmiş ölüm yatağına düşdü. Bu vəziyyətdə ailəsinə: "Allah Rəsuluna olan vədimə görə, məni Kəbəyə tərəf çevirin. Çünki mən ona oraya gəlməyi vəd etmişdim" - dedi və beləliklə həm həyatda, həm də öləndən sonra Kəbəyə tərəf çevrilənlərin birincisi oldu. Həzrəti Peyğəmbər (s.ə.s.) Mədinəyə gələndə səhabələri ilə birlikdə Bəra İbn Mərurun qəbrinin üstünə gedir, onun cənazə namazı qıldırır və "Allahım onu bağışla! Ona rəhmət et və ondan razı ol!" deyə dua edir. (İbn Abdilbər, I, 153; İbn Səd, III, 619-620)
İslam əxlaqının ən mühüm əsaslarından olan əhdə vəfa ən gözəl formada Həzrəti Peyğəmbərimizin şəxsiyyətində, hərəkətlərində və sözlərində təcəssüm etmişdir. Hətta Məkkə müşrikləri ona qarşı mübarizə aparsalar da, yenə də öz mal və pullarını ona etibar edib verirdilər. Peyğəmbərimiz Məkkəni tərk edib Mədinəyə hicrət etdiyi zaman bu əmanətlərin sahiblərinə qaytarılması üçün onları Hz. Əliyə vermişdi. Aləmlərə rəhmət olan Peyğəmbərimizin bu gözəl əxlaqından bərk-bərk yapışmaq bütün bəşəriyyətin rahatlığı və asayişini təmin etmək yolunda atılmış ən vacib addım olardı. Dünya və axirət xoşbəxtliyi bu prinsiplərdən asılıdır.
Yaşadığımız bu günlərdə dünyanın hər yerində insanların bir birinə olan etibarının azalması, səmimiyyətin yerini riya və yaltaqlığın alması, aldatma və aldadılmanın yayılmasının kökündə haqqında bəhs etdiyimiz əhdə vəfa xarakterinin olmaması dayanmaqdadır.

Abbas Qurbanov, İlahiyyat elmləri namizədi (abbas@islam.az)

 



Yerləşdirilib:17 Dekabr, 2007  09:13, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
18 Sentyabr, 2019

ABŞ "Saudi Aramco"ya hücumdan sonra İrana zərbə endirməyi təklif edib

17 Sentyabr, 2019

Şəhadət meydanında qılınan namaz

17 Sentyabr, 2019

Əfqanıstanda seçki mitinqində partlayış törədilib, çox sayda ölü

17 Sentyabr, 2019

Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - ayətullah Xamenei

17 Sentyabr, 2019

İŞİD lideri yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com