Azərbaycanın İslam dünyasına töhfəsi - İƏT GF-nin 15 illiyi münasibəti ilə

Bu ay İslam Əməkdaşlğı Təşkilatı Gənclər Forumunun (İƏT GF) yaranmasının 15 ili tamam olur. 1-4 dekabr 2004-cü ildə Bakıda keçirilən Təsis Konfransında o zamankı adıyla Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfrası Gənclər Forumu adlı beynəlxalq təşkilat təsis edildi. Lakin BMT-dən sonra ən böyük beynəlxalq qurum olan İƏT-in gənclər strukturunun yaradılmasında Azərbaycanın rolu sadəcə ev sahibliyi ilə bitmədi.

Əvvəla, təsis konfransının ölkə başçısı İlham Əliyevin himayəsi ilə keçirilməsi qurumun uğurlu startına əlverişli təkan idi. O illərdən İƏT-də aktiv xarici siyasət yürütməyə başlayan Azərbaycan dövlətinin, təşkilatın ötən 15 illik inkişafında xüsusi çəkisi, əməyi və rolu oldu. Bu həm də Azərbaycanın beynəlxalq təşkilat yaratmaqda ilk və hər mənada çox uğurlu təcrübəsi idi. Təsadüfi deyil ki, ölkəmizin bütün bu xidmətlərinə qiymət olaraq 2018-ci ildə Bakıda keçirilmiş İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransında məhz prezident İlham Əliyev İƏT-də ilk dövlət başçısı olaraq İƏT GF-nin “Gənclərin Hamisi” ödülü ilə təltif edildi.

Təşkilatın fəaliyyətini davamlı izlədiyim üçün İƏT GF-nin yubiley günündə uzun illər müxtəlif həmsöhbətlərlə apardığım qeydlərdən bu 15 illik yolun bir punktirli tarixinə qısa baxışı oxucularımızla bölüşürəm. Bu günkü yazımızda Forumun yaranmasına aparan maraqlı tarixi və təsis edilməsi ilə həmsöhbətlərimin xatirələri təqdim edirəm.

Başlanğıc

Təşkilatın yaranma ideyası özü də maraqlı olub. Məsələ ondadır ki, 1969-cu ildə yaradılmış İslam Əməkdaşlıq Təşkilatı sistemində (2011-ci ilə qədər İslam Konfransı Təşkilatı – K.R.) 2000-ci illərin əvvəllərində bu cür ayrıca gənclər siyasəti ilə məşğul olan qurum mövcud olmayıb. Eyni zamanda 2000-ci illərin əvvəlində Yaxın Şərqdə baş verən hadisələrin fonunda müsəlman ölkələrində böyük kütlə olan gənclik dünya miqyasında diqqət mərkəzində idi. Bir tərəfdən bu, müsəlman ölkələrinin sosial, iqtisadi, siyasi vəziyyətindən doğan problemlər, digər tərəfdən, ekstremizmin getdikcə artması ilə əlaqədar idi. Lakin İslam aləmində bu məsələlərin müzakirəsi üçün platforma olmadığından müzakirələr BMT, Avropa Birliyi, Avropa Şurası kimi strukturlarda aparılır, daha sonra müsəlman ölkələrinə hazır tövsiyyə kimi qəbul, bir çox hallarda da təlqin etdirilirdi.

Bu yerdə qeyd etmək lazımdır ki, həmin dövr üçün Azərbaycanda (əksər müsəlman ölkələrindən fərqli olaraq – K.R.) güclü gənclər hərəkatı mövcud idi. Elə bu səbəbdən onlarla ən müxtəlif yönümlü gənclər təşkilatlarını özündə birləşdirən Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumunda müsəlman ölkələrini təmsil edən yeganə təşkilat idi. Ona görə də həmin vaxt Avropada gedən müzakirələrdə Milli Şura bir mənada bütün İslam dünyası adından danışmaq məcburiyyətində idi.

İƏT Gənclər Forumunun yaradıcılarından biri olan, hazırda isə təşkilatın Avrasiya regional Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov deyir ki, “məhz o zaman Milli Şurada İƏT cografıyası üçün də gənclər strukturunun yaradılması və bu platformanın dünyanın digər mərkəzləri ilə tam hüquqlu tərəfdaş kimi çıxış etməsi ideyası ortaya çıxdı. Milli Şuranın Avropa Gənclər Forumuna qəbulu prosesisi zamanı danışıqlara, o zamanlar Milli  Şuranın beynəlxalq əlaqələr üzrə sədr müavini olan E.İskəndərov başçılıq edirdi. Və 1 il ərzində aparılan danışıq prosesinin nəticəsi olaraq Milli Şura Cənubi Qafqazda ilk, müsəlman ölkələri arasında isə yeganə təşkilat olaraq 2000-ci ildə Avropa Gənclər Forumuna üzv qbul edildi. Elə bu uğurlu təcrübəni nəzərə alaraq Milli Şuranın o zamankı sədri Fuad Muradovun da fəal iştirakı və dəstəyi ilə xüsusi yaradılmış işçı qrupu 2001-ci ildə Elşad İskəndərovun başçılığı ilə İƏT Gənclər forumunun ilk konsepsiyasını hazırladı.  Lakin sonradan onun Azərbaycanın BMT-də Daimi Nüayəndəliyinə ezam edilməsi ilə əlaqədar bu iş bir gədər ləngidi”.

İdeyanın gerçəkləşməsinin qarşısında digər bir çətinlik isə İƏT-də qərar qəbul etmə mexanizminin konservativ olması, yeniliklərə açıq olmaması idi. Hətta 1979-cu ildə İƏT-də hər hansı yeni təşkilat təsis etməməklə bağlı qərar qəbul edilmişdi. Bu səbəbdən də 20 ildən çox idi ki, İƏT daxilində heç bir yeni qurum yaradılmırdı. Məhz ona görə də yeni təşkilatın yaranması ilə bağlı ilk müzakirələr məhz İƏT-in BMT-dəki qrupunda gerçəkləşdirildi.

E.Əsgərovun sözlərinə görə, “bu müzakirə təşəbbüsü də Azərbaycandan gəldiyi üçün təbii olaraq bu müzakirə və danışıqları da o zaman artıq Azərbaycanın BMT-dəki Nümayəndəliyində çalışan Elşad İskəndərov həyata keçirərək təşəbbüsə dəstəyin qazanmasına nail oldu”.

İƏT GF tədbirlərinin birində tanış olduğum, BMT-nin duayen diplomatlarından olan pakistanlı Şəhid Hüseyn xatırlayır ki “Azərbaycanın bu təşəbbüsü bizi bir qədər təəccübləndirdi, çünki o zamanədək ölkənizin İƏT-də xüsusi fəallığı müşahidə edilməmişdi. Lakin o illərdə tanış olduğum Elşad İskəndərov ardıcıl şəkildə bu təşəbbüsün vacibliyini izah etdi. Nəticədə İƏT-in BMT-dəki qrupunda Forumun ideyası ətrafında konsensus əldə edildi və Azərbaycan diplomatiyasının bu təşəbbüsü müsbət qarşılanalaraq İƏT-ə təqdim edildi”.

Bu təklifin nəticəsində 2004-cü ilin iyununda İstanbulda keçirmiş İƏT XİN konfransında  İƏT GF-nin təsis konfransının Bakıda keçirilməsi haqqında qətnamə gündəliyə daxil edildi.  Yenə də diplomatiya tarixində bir ilk olaraq Azərbaycanın konfransda iştirak edən nümayəndə heyətinə diplomatlarla yanaşı gənclərin Milli Şurasının üzvləri də daxil idilər.

Ümumiyyətlə, İƏT XİN rəhbərlərinin 2004-cü il İstanbul konfransı İƏT tarixində dönüş nöqtəsi idi. İlk dəfə olaraq təşkilatın baş katibi Türkiyə təmsilçisi seçildi. Eyni zamanda təşkilatın müasir çağırışlara cavab verə biləcək çevik quruma çevrilməsi üçün islahatların keçirilməsinə qərar verildi.

Lakin buna baxmayaraq gənclik siyasəti ilə əlaqədar təşəbbüs təşkilatda ətalət zehniyyəti ilə üzləşməli oldu. Təşkilat daxilində mövqeləri hələ də güclü olan İƏT katibliyinin köhnə komandası ciddi-cəhdlə yeni təşkilat yaranmasına qarşı çıxırdı. Onlar ideyası sərgilənmiş Bakı konfransını sadəcə bir dəfə keçiriləcək gənclik tədbiri kimi görürdülər, yeni və daimi qurumun yaradılmasına etiraz edirdilər. Elçin Əsgərov deyir ki, “o zaman onlarla ciddi söhbətlər, polemikalar oldu. Hətta Elşad İskəndərov müvafiq departamentin rəhbərinə dedi ki, İƏT-in gənclərlə bağlı yeganə sənədi “Müsəlman Gənclərin Reablitasiyası Haqqında” adlanır. Bu sizi utandırmır? Müsəlman gəncləri  xəstə və ya cinayətkar deyillər ki, onların gənclər siyasəti ilə bağlı yalnız reablitasiyaya ehtiyacı olsun”.

Uzun müzakirələrdən sonra İƏT Gənclər Konfransının Bakıda keçirilməsi, ancaq təşkilata rəsmi İƏT qurumu statusunun verilməsi məsələsinin İƏT XİN başçılarının bir il sonrakı toplantısında müzakirə olunması haqqında qərar qəbul edilib. Əsas mərhələ artıq keçilmişdi, yeni qurumun təsisinə razlıq verərək onündə yaşıl işiq yandırılmışdı.

Təsis

Təbii ki, bu təşəbbüsün uğurlu perspektivi güclü, bütün böyük coğrafiyanıın maraqlarını əks etdirən ciddi strukturun yaradılması ilə şərtlənirdi. Eləcə də təşkilata rəsmi beynəlxalq statusun verilməsi onun ciddi bir qurum kimi yaradılmasından asılı idi. Bunun üçünsə ciddi siyasi iradə lazım idi. Gənclərin təşəbbüsü ilə ideyası irəli sürülən, yeni yaradılacaq bu quruma dövlətin ən üst səviyyədə dəstək verməsi həmin siyasi iradəni təmsil etmiş oldu. Elçin Əsgərov qeyd edir ki , “Təşkilatın təsisi ilə bağlı təşəbbüsə Azərbaycan Prezidentinin ciddi dəstəyi uğurlu startı şərtləndirdi. Eyni zamanda siyasi məsələlərdə biz Elmar Məmmədyarov başda olmaqla XİN, təşkilatı işlərdə isə bilavasitə o zamankı gənclər naziri Əbülfəz Qarayevin dəstəyini hiss edirdik”.

Təşkilat komitəsinin gərgin fəaliyyəti nəticəsində İstanbul konfransından sonra qısa 5 aylıq müddət ərzində 30-dan çox ölkənin tamhüquqlu nümayənədlərin iştirakı təmin edildi. Forumun İƏT sistemində bir yeniliyi də onunla bağlı idi ki, üzv ölkələrin nümayəndələrindən başqa, qeyri müsəlman ölkələrində, xüsusən də Avropadan müsəlman azlıqları təmsil edən təşkilatlar da dəvət edilmişdilər. Elə ilk günlərdən konfransın işində 2 tendensiya müşahidə edildi. Bir qrup, əsasən, milliyətçi mövqedə duran Ərəb gənclər təşkilatları (Liviya daha çox fəallıq nümayiş etdirirdi) ultimativ şəkildə yeni yaranmaqda olan təşkilatı ələ keçirmək, necə deyərlər, “oğurlamaq” cəhdini sərgilədilər. Həm də nəzərə almaq lazımdi ki, digər regionlardan fərqli olaraq ərəb ölkələri gənclər təşkilatarının fəal regional platformları var idi. Yəni digər iki qrup nümayəndələri (Asiya və Afrika) pərakəndə şəkildə olduğu halda, ərəb qrupu öz üzvlərini konsolidə olunmuş şəkildə idarə edirdi. Eyni zamanda İƏT-in bəzi ənənəvi qurumları da qısqanclıq göstərərək konfransı təsis formatından çıxararaq yeni qurumun yaranmasını əngəlləmək istiqamətində fəaliyyət aparırdılar.

Eyni zamanda konfransda Türkiyə tərəfi təşkilatın baş ofisinin İstanbulda yerləşməsi təklifi ilə çıxış edib, sədr postuna da öz namizədlərini irəli sürmək istəyi ilə ev sahibi kimi Azərbaycan tərəfinə müraciət etdilər . E.Əsgərov xatırlayır ki “bu təklifi təkilat komitəsində, həm də hökümət nümayəndələrimizlə müzakirə etdik. Əlbəttə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini, həmçinin Forum təşəbbüsünün Türkiyə dövləti tərəfindən də ciddi dəstəkləndiyini nəzərə alaraq, qardaş Türkiyəyə baş qərargah və sədrlik məsələsində dəstək verilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Eyni zamanda ən başından Türkiyə heyəti Azərbaycanın təşkilatın təşəbbüskarı olduğunu yüksək qiymətləndirərək Azərbaycanın söz sahibi olmasında və Forumun idarəetməsində nümayəndəsinin də olmasına israr edirdi. Beləliklə, birgə qərarımızın təsis konfransı zamanı həyata keçirilməsi yükü yenə də ev sahibi kimi Azərbaycanın Elşad İskəndərovun başçılığı ilə formalaşdırdığı danışıqlar qrupunun üzərinə düşdü. 3 gün ərzində müxtəlif regional qruplarla aparılan gərgin danışıqlar nəticəsində bütün məsələlərin açıq səsvermə ilə həlli haqqında qərar qəbul edildi. Danışıqlar o qədər gərgin keçirdi ki, hətta konfransın işi 1 gün daha uzadıldı. Eyni zamanda bu müddət ərzində fikirləri dəyişən Ərəb qrupunun əksər üzvü daxil olmaqla, nümayəndələri qurumun növbəti mərhələdə quruluşunu Azərbaycan və Türkiyəyə bir növ əmanət etdilər. Maraqlıdır ki, əksər nümayəndə heyətləri ölkə nümayəndələrimizin danışıq aparmaq qabiliyyətini yüksək qiymətləndirirdilər və sonunda məhz bizim nümayəndənin qurumun baş katibi vəzifəsinə namizəliyində israr etdilər”.

Nəhayət, 4 dekabrda Bakıda keçirilən qurultayda GF nizamnaməsi, Forumun Baş Qərargahının İstanbulda yerləşməsi haqda qərar qəbul edildi, təşkilatın ilk sədri qardaş Türkiyənin təmsilçisi Əli Sarıkaya, baş katibi isə qurumun yaradılmasında ilk əvvəldən ən aktiv rol alan Azərbaycan təmsilçisi Elşad İskəndərov seçildi.

Forumun təsis konfransına ilk başdan ciddi dəstək vermiş İƏT-in BMT-dəki veteran diplomatı Şəhid Hüseyn deyir ki, “İƏT Gənclər Forumunun yaradılması müsəlman ölkələri üçün həqiqətən əhəmiyyətli bir hadisə idi. Bu qurum elm adamlarının çoxdan dediyi, müsəlman gənclərin sosial-iqtisadi inkişafı, təhsil və sair iqtisamətlərdə dəstək verilməsi ilə problemlərin aradan qaldırılması istiqamətində çalışacaq və məqsədini buna qoyan beynəlxalq təşkilat idi. Konfransda və konfransdan əvvəl olan bütün təzyiqlərə baxmayaraq Forumun təsisçiləri düzgün məqsəd seçə və bu xətti qoruya bildilər. Eyni zamanda, Forumun təsisçiləri məqsədlərini həyata keçirmək üçün güclü iradələrinin də olmasını ortaya qoya bildilər. Konfrans zamanı bir sıra dövlətlərin təzyiqi ilə yeni yaradılacaq Forumu hansısa dövlətlərin siyasi alətinə çevirmək cəhdlərinin qarşısını təşkilat komitəsi qətiyyətlə aldı, sona qədər möhkəm durdu və seçimlərdə də bu xətt qalib gəldi. O səviyyəli təzyiqlərə gənclərin belə duruş gətirə bilməsi çox ümidverici hal idi. Bu qurum Azərbaycanın İslam dünyasına böyük töhfəsi idi”...

(Ardı var...)

Kənan Rövşənoğlu



Yerləşdirilib:9 Dekabr, 2019  12:14, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com