25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı

Dünən İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi, Tatarstan hökuməti və Tatarstan “Sələt” Gənclər Hərəkatının təşkilatçılığı ilə 5 gün ərzində Kazan şəhərində keçirilən 1-ci Beynəlxalq İƏT Modeli-Avrasiya Gənclik Konfransı öz işini bitirdi.

Konfransın açılış mərasimində çıxış edən  Tatarstanın Gənclər Nazirinin müavini Timur Süleymanov, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Tatarstanın Turizmin İnkişafı üzrə Mərkəzinin rəhbəri Dilbər Sadıxova, İƏT Gənclər Forumunun Baş direktoru Rəsul Ömərov, Bulqar İslam Akademiyasının rektoru Daniyar Abdurrəhmanov, “Sələt” Gənclər Hərəkatının başçısı Aygül Qabdrəhmanova, eləcə də Türkiyə və Özbəkistanın Tatarstandakı baş konsulları  tədbirin əhəmiyyətini qeyd edərək, gənclərin dünyada gedən qlobal proseslərlə bağlı daha yaxından maarifləndirilməsi və fəal rol oynamaları baxımından, bu cür tədbirlərin vacibliyini bildirdilər.

25 ölkəni təmsil edən 100-dən çox gənc liderin qatıldığı konfransda mədəniyyət, iqtisadiyyat və humanitar komitələrə bölünməklə, İƏT gündəliyində olan müxtəlif mövzular ətrafında fəal müzakirələr aparıldı. Konfransın son günü gənclərin qəbul etdiyi yekun qətnamələrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində Azərbaycan xalqına aid mədəni irs və mülkiyyətin vəhşicəsinə məhv edilməsi qınanmış və bu irsin qorunması üçün BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin işğalçı dövlət tərəfdən icra olunması tələb edilmişdir.

Bundan başqa, humanitar mövzuda qəbul edilən qətnamədə gənclər Cənubi Qafqazda zamanı keçmiş və təhlükəli AES-lərin qəbul edilməzliyi haqda qətnamə qəbul etdilər.

Konfransın yekununda ADA Universiteti tələbəsi Suat Muradov “ən yaxşı nümayəndə”, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan nepallı tələbə Darşana Gurunq və Dövlət İdarəçilik Akademiyasının tələbəsi Azər Həziyev “ən yaxşı nümayəndə heyəti” olaraq seçildilər.



Yerləşdirilib:29 Noyabr, 2019  13:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
7 Dekabr, 2019

Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi və təkbiri hansı şəkildə demək lazımdır? İslam suallarda

7 Dekabr, 2019

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

7 Dekabr, 2019

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

6 Dekabr, 2019
İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
6 Dekabr, 2019
Əfqanıstanda “Taliban”la toqquşmada 10 polis işçisi həlak olub
6 Dekabr, 2019

Quranın bəzi ayələrinə niyə səcdə ayələri deyirlər? İslam suallarda

6 Dekabr, 2019

"Bizi aldadıblar..." - Prokuror Suriyaya gedən Əfqan və Bilala cəza istədi

6 Dekabr, 2019

Gecə namazı Video

5 Dekabr, 2019

İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi

5 Dekabr, 2019
Yaponiya nüvə silahı əldə edəcək?
5 Dekabr, 2019
Rusiyada faşist Njdenin xatirə lövhəsi söküldü
5 Dekabr, 2019
"Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb" - Komitə sədri
4 Dekabr, 2019

Bu (dekabrın 5-nə keçən) gecə imam Həsən Əskərinin (ə) mövludunun ildönmüdür

4 Dekabr, 2019
İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb
4 Dekabr, 2019

Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir? İslam suallarda

4 Dekabr, 2019

BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

4 Dekabr, 2019

İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub

4 Dekabr, 2019
Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir
3 Dekabr, 2019

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi? İslam suallarda

3 Dekabr, 2019

Saxta “peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

3 Dekabr, 2019

Türkiyə ordusunun 2 əsgəri şəhid olub

2 Dekabr, 2019
İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir
2 Dekabr, 2019

Bir şəxs 2000 manat borc alır və 3 aydan sonra 2500 manat qaytaracağını deyirsə, bu cür borc alma düzgündürmü? İslam suallarda

2 Dekabr, 2019
İraqda həftə ərzində ikinci dəfə İranın konsulluq binası yandırılıb
2 Dekabr, 2019
Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi
30 Noyabr, 2019

Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı? İslam suallarda

30 Noyabr, 2019
Bu xəbərdən sonra İraqda aksiyalar nisbətən səngiyib
30 Noyabr, 2019
İsrail Qəzzaya aviazərbələr endirib, ölən və yaralananlar var
XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com