İraqın paytaxtı Bağdad şəhərində baş verən silsilə partlayışlar nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Bu barədə İraqın “Al Sumaria” televiziya kanalı məlumat yayıb. Qeyd olunub ki, İraqın paytaxtında ən azı üç partlayış baş verib.
İraq hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışlar əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib. İki bomba bazarların yaxınlığında park edilmiş motosikllərdə yerləşdirilib. Partlayışlar bir-birinin ardınca Bağdadın müxtəlif bölgələrində baş verib.
Partlayışlar bir-birinin ardınca bir neçə dəqiqə vaxt fərqi ilə baş verib.