Əhməd Turqut: “Ümmətin ən ciddi problemi hikməti itirməsidir” (Video)

Türkiyənin tanınmış yazıçısı və ssenariçisi Əhməd Turqut Azərbaycanda səfərdədir. Əhməd bəyin  Kərbəla hadisələrinə həsr olunan və ərəb, fars və Azərbaycan dillərinə tərcümə edilən "Eşqin şəhidi", "Eşqin elçisi" və "Eşqin səcdəsi" romanlarından ibarət trilogiyası bütün müsəlman dünyasında çoxsaylı oxucuların rəğbətini qazanıb. Əhməd bəy həmçinin bir çox serialların, o cümlədən "Kurtlar Vadisi"  və "Diriliş Ərtoğrul" seriallarının ssenariçilər heyətlərində yer alıb. Əhməd bəyə ilk sualımız da yaradıcılığı ilə bağlıdır.

- Yaradıcılığınızda Kərbəla hadisələrinə həsr etdiyiniz trilogiya xüsusi yer tutur. Kərbəla hadisələrindən ötən 14 əsr ərzində bu faciə haqqında çox yazılıb, çox danışılıb. Sizin əsərlərinizi əvvəlkilərdən fərqləndirən hansı cəhətlərdir?

- Düzdür, Kərbəla hadisəsi haqqında çox əsərlər yazılıb. Əsirlər boyu insanlar bu faciəni mərsiyələr, şerlərlə yad ediblər. Allah əməyi keçən hər kəsdən razı olsun. Amma roman yazılmamışdı. Bu baxımdan bir boşluq var idi.  "Eşqin şəhidi", "Eşqin elçisi" və "Eşqin səcdəsi" bu boşluğu aradan qaldırmağa yönələn səy idi. Allaha şükür ki, əsərlər bəyənildi. Bunun da çox səbəbi ola bilər. Məncə isə əsas səbəb insanların şəbihlərdən, kitablardan aldıqları məlumatı ilk dəfə bir arada, ardıcıl, silsilə şəklində oxumaq şansı əldə etmələridir. Həm də onlar bilgi ilə duyğunun birləşməsini gördülər. Hissiyyatla ağlı birləşdirmək imkanı romanlara məxsusdur.

- Belə trilogiya ərsəyə gətirmək üçün böyük əmək və səylə yanaşı həm də imam Hüseynə, Əhli-beytə böyük sevgi və ehtiram tələb olunur. Bu sevgi hardan qaynaqlanır?

- Məlumdur ki, sevgi uşaqlıqdan yaranır, onun məktəbi ailədir. 15-20 yaşında insanın məktəbdə və ya universitetdə həmən sevgini öyrənməsi çox çətindir. Allaha şükür olsun ki, mənim də ailəm Əhli-beyt məhəbbəti mövzusunda könlü açıq insanlar idi. Nənəm Qədəriyyə dərvişlərindən idi, sufi idi. Odur ki, Əhli-beyt haqqında hələ uşaq ikən eşitmişdim. Bizim evdə Ramazan və Məhərrəm ayları digər aylarda tam fərqli keçərdi. Yəni bu məhəbbət ailədən qaynaqlanırdı.

- Sizcə bu gün müsəlman dünyası Əhli-beytin fəzilətini lazımınca dərk edibmi?

- Biz, İslam ümməti olaraq, hələ Əhli-beyt dünyada ikən də onlara lazımı hörməti göstərə bilmədik. Elə sonralar da anlaya bilmədik. Halbuki, biz onlara əxlaq, irfan öndərləri kimi yanaşmalıyıq. İstər fərdi, istərsə də toplum şəklində İslam ümməti olaraq Əhli-beytin məqamını tam dərk edə bilməmişik bu gün də. Elə bunun da acı nəticələrini yaşamaqdayıq.

- Allah Quranda müsəlmanları vəhdətə çağırır. Təəssüf ki, bu gün ümmətin vəhdətindən söz gedə bilməz. Amma eyni zamanda aydındır ki, vəhdətdən savayı yol da yoxdur. Müsəlmanların ətrafında birləşə biləcəyi dəyərlərdən biri də Əhli-beytdir. Sizcə Əhli-beytdən vəhdət qazanmaq istiqamətində yetərincə istifadə edilirmi?

- İstifadə edə bilmirik, amma istifadə etməliyik. Biz vəhdət dedikdə adətən məzhəblərarası vəhdəti nəzərdə tuturuq. Əlbəttə ki, buna da ehtiyacımız var. Amma biz bu gün daha detallı vəhdətə də möhtacıq. Məsələn, evlərdə kişi ilə həyat yoldaşı, qardaşla bacısı belə vəhdət əldə edə bilmir. Yəni biz vəhdəti evlərimizə daşımalıyıq. Biz Əhli-beyt vasitəsi ilə vəhdəti ən aşağıdan başlayıb ən yuxarılara qədər aparmalıyıq. Bu baxımdan da Quran bizə bir ismarıc verir: “De ki, mən də sizin kimi bir bəşərəm, amma mənə vəhy nazil olur”. Amma biz çox zaman nəyin vəhy edildiyini çox zaman unuduruq. Halbuki, ayə belə tamamlanır: “...sizin ilahınız vahid ilahdır”. Yəni etiqadən biz tövhidə dəvət edilirik. Ariflərimiz də bunu əsas götürərək buyurdular ki, qul qul ilə vəhdət etməsə, onun Allahla münasibətlərində də tövhid olmaz. Odur ki, qardaşımla vəhdət etməliyəm. O qardaş evdə də ola bilər, küçədə də, başqa ölkədə də, başqa məzhəbdə də.

- Bu gün müsəlman dünyasının ən böyük problemi nədir və onun həlli necə mümkündür?

- Ümmətin çox sayda problemləri var. Amma zənnimcə ən ciddisi – hikməti itirməyimizdir. Hikmət bizi həm elmə, həm də əxlaqa dəvət edir. Hikmət nəzəri cəhətdən ağıla, praktiki cəhətdən isə əxlaqa bağlıdır. Təəssüf ki, İslam dünyası hikmətini itirib. Qurandan bilirik ki, hikmət ən çox izzətlə bərabərdir. Odur ki, hikmət əldən getdikcə izzət qeybə çəkilir. Yazırda 1,5 milyard müsəlman dünyası zillət içindədir. Amma hikmət itirildikcə, rəhmət də azalır. İnşallah İslam ümməti yenidən hikmətə dönə bilsə, o zaman izzətini də qaytaracaq, Rəbbimiz rəhmətini də daha çox cəlb edəcək.

- Əhməd bəy, bir məsələ də maraq doğurur. Bildiyimizə görə, Siz İstanbul Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsinin məzunusunuz. İxtisasınız mühəndisdir. Bəs mühəndislikdən yazıçılığa keçid necə baş verdi?

- Uşaqlıqdan oxumağı çox sevirdim. İstanbul Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirəndən sonra vətəndən kənarda çalışdım. Sahədə 500-yə yaxın işçim var idi. Orada Allaha lütf etdi, kitab yazmaq eşqim məhz orada yarandı. Bir hekayə yazdım və bu hekayə məni “Kurtlar vadisi” serialında ssenariçi olma yolumu açdı. O zaman çox düşündüm mühəndislikdən yazıçılığa keçidim barədə. Amma sonradan Türkiyənin bir çox tanınmış yazıçısının məhz mühəndis təhsili aldığını öyrəndim. Anadoluda deyirlər “dərd adamı söylədəcək”. Yəni sözü olan deməlidir. Mənim də sözüm var idi deməyə. Fürsətdən istifadə edib yazıçı olmaq istəyən qardaşlara əvvəlcə oxumağı məsləhət görərdim. Daha sonra isə onları narahat edən dərdlərini yazsınlar. Və əlbəttə ki, səbir etsinlər. İnşallah, qarşılığını görərlər.

- Və sonda. Azərbaycan müsəlmanlarına nə deyərdiniz?

- Mən keçmiş SSRİ respublikaları olan türkdilli ölkələrin hazırkı vəziyyətini bilirəm. Azərbaycan bir addım öndədir. Bunun da səbəblərini zəngin tarixdə, ədəbiyyatda, fəlsəfədə, şerdə, milli ənənələrdə aramaq lazımdır. Mən azərbaycanlı qardaşlarımızdan tarixlərini çox yaxşı öyrənmələrini rica edirəm. Bu köklü tarix üzərindən də bu günün dünyasını anlamağa çalışmaq lazımdır.



Yerləşdirilib:18 Noyabr, 2019  13:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
7 Dekabr, 2019

Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi və təkbiri hansı şəkildə demək lazımdır? İslam suallarda

7 Dekabr, 2019

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

7 Dekabr, 2019

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

6 Dekabr, 2019
İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
6 Dekabr, 2019
Əfqanıstanda “Taliban”la toqquşmada 10 polis işçisi həlak olub
6 Dekabr, 2019

Quranın bəzi ayələrinə niyə səcdə ayələri deyirlər? İslam suallarda

6 Dekabr, 2019

"Bizi aldadıblar..." - Prokuror Suriyaya gedən Əfqan və Bilala cəza istədi

6 Dekabr, 2019

Gecə namazı Video

5 Dekabr, 2019

İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi

5 Dekabr, 2019
Yaponiya nüvə silahı əldə edəcək?
5 Dekabr, 2019
Rusiyada faşist Njdenin xatirə lövhəsi söküldü
5 Dekabr, 2019
"Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb" - Komitə sədri
4 Dekabr, 2019

Bu (dekabrın 5-nə keçən) gecə imam Həsən Əskərinin (ə) mövludunun ildönmüdür

4 Dekabr, 2019
İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb
4 Dekabr, 2019

Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir? İslam suallarda

4 Dekabr, 2019

BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

4 Dekabr, 2019

İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub

4 Dekabr, 2019
Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir
3 Dekabr, 2019

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi? İslam suallarda

3 Dekabr, 2019

Saxta “peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

3 Dekabr, 2019

Türkiyə ordusunun 2 əsgəri şəhid olub

2 Dekabr, 2019
İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir
2 Dekabr, 2019

Bir şəxs 2000 manat borc alır və 3 aydan sonra 2500 manat qaytaracağını deyirsə, bu cür borc alma düzgündürmü? İslam suallarda

2 Dekabr, 2019
İraqda həftə ərzində ikinci dəfə İranın konsulluq binası yandırılıb
2 Dekabr, 2019
Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi
30 Noyabr, 2019

Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı? İslam suallarda

30 Noyabr, 2019
Bu xəbərdən sonra İraqda aksiyalar nisbətən səngiyib
30 Noyabr, 2019
İsrail Qəzzaya aviazərbələr endirib, ölən və yaralananlar var
XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com