İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.
Aksiyanın dağıdılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.
Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.