Bu gün, oktyabrın 19-u, Ərbəindir - Aşuranın 40-cı günü

Bu gün, oktyabr ayının 30-u, hicri-qəməri təqvimlə səfər ayının 20-si, Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır.

Xatırladırıq ki, İmam Hüseynin (ə) və silahdaşlarının faciəli qətli ilə əlaqədar saxlanılan matəm mühərrəm ayının 10-da (aşura günündə) başlanır və 40 gündən sonra (ərbəin günündə) sona çatır. Elə «ərbəin» gününün ərəb dilindən tərcüməsi də «qırx» deməkdir.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixini aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlayırlar. Kərbəlada Şəhidlər Sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Diməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynül-abidin (ə) də var idi. O, aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə sağ qalmışdı.

Kərbəla faciəsinin xəbəri Mədinəyə çatanda şəhərdə misli görünməmiş həyəcan başladı. Hamı Peyğəmbərin əziz nəvəsinin və Onu qoruyan dəstənin şəhadətinə təəssüflənirdi. Mədinədəki matəm mərasiminə şəhərin ən nüfuzlu şəxsləri – Peyğəmbərin hələ sağ olan bəzi həyat yoldaşları, qocaman səhabələr başçılıq edirdilər. Belə bir şəraitdə məşhur səhabə Cabir ibn Abdullah Ənsari Mədinədən çıxıb Kərbəlaya gəlir və şəhidlərin məzarını ziyarət edir. Onu bu səfər zamanı Ətiyyə ibn Səd ibn Cünadə Övfi adlı səhabə müşayiət edirdi. (Cabirin bu zaman 75-dən artıq yaşı vardı, qocalıqdan gözləri tutulduğu üçün Ətiyyə ona bələdçilik edirdi). Rəvayətə görə, Cabir Kərbəla məkanına çatdıqdan sonra (o zaman buralar çöllük idi) Fürat çayında qüsl almış, özü ilə gətirdiyi pak və təzə paltarı geyinmiş, ətirlənmiş, sonra İmam Hüseynin (ə) və əzizlərinin mübarək qəbirlərini ziyarət etmək üçün ayaqyalın halda yola düşmüşdü. Ətiyyə rəvayət edir ki, Cabir əvvəlcə İmam Hüseynin (ə) qəbrini ziyarət etdi, məzarın üzərində o qədər ağladı ki, bihuş oldu. Ayılanda söylədi: «Həbib (sevgili, yəni İmam Hüseyn) öz həbibinə (yəni Cabirə) niyə cavab vermir?». Sonra Cabir sair şəhidlərin qəbrlərinə də salam verdi, qayıdanda isə Ətiyyəyə belə dedi: «Ali-Mühəmmədi (yəni Əhli-beyti) sevənləri sən də sev. Ali-Mühəmmədə düşmən olanlarla sən də düşmənçilik et; hətta bunlar namaz və oruc əhli olsalar belə».

Beləliklə, tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynül-abidinin (ə) məhz ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır. Amma bu ziyarətin Kərbəla hadisəsi baş verən il yoxsa növbəti il həyata keçirilməsi barədə alimlərin fikri fərqlidir. Bəzi tədqiqatçıların qənaətinə görə, faciədən 40 gün sonra, yəni birinci ərbəin günündə Əhli-beyt tərəfindən məzarların ziyarət edilməsi qeyri-mümkündür. Çünki Kərbəladan Şama kimi yol 40 mənzildən ibarətdir və əsirlər karvanı bu yolu ən sürətli gedişlə ən azı 20 günə qət edə bilərdilər. Əsirlərin Şamda bir neçə gün qaldıqlarını və geri qayıtmaq üçün də ən azı 20 gün tələb edildiyini nəzərə alsaq, birinci ərbəin günündə onların Kərbəlada olması inandırıcı görünmür. Daha səhih məlumatlara görə, Əhli-beyt üzvləri tərəfindən Kərbəlanın ziyarət edilməsi növbəti ilin ərbəin günündə baş tutmuşdur (bax: Şeyx Abbas Qummi. Müntəhal-amal, I, 524-525).

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) «Ərbəin ziyarətnaməsi»ni oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. «Ərbəin ziyarətnaməsi»nin iki varinatı mövcuddur. Daha geniş yayılmış birinci variantı Səfvani-cəmmal (dəvəotaran Səfvan) adlı səhabə İmam Cəfər Sadiqdən (ə) rəvayət edib. Ziyarətnamənin ikinci variantı isə Cabir ibn Abdullahdan rəvayət edilib və onun həmin ərbəin günü oxuduğu ziyarətnamədən ibarətdir. Bu variant hazırda daha çox rəcəb ayının ortalarında İmam Hüseynin (ə) ziyarətnaməsi kimi oxunur. Hər iki ziyarətnamə məşhur dua kitabı olan «Məfatihül-cinan»da verilib; oxumaq istəyənlər həmin kitaba müraciət edə bilərlər.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.



Yerləşdirilib:19 Oktyabr, 2019  00:03, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Noyabr, 2019

Kəbin kəsilən zaman qadın mehriyyədən tamamilə imtina etsə və kəbin mehriyyəsiz kəsilsə, düzgündürmü? İslam suallarda

21 Noyabr, 2019

Suriyanın İdlib bölgəsindəki düşərgə raket atəşinə tutulub, 12 nəfər ölüb

21 Noyabr, 2019

İranda iğtişaş yaradan qrupların başçıları həbs olunub

20 Noyabr, 2019

Deyirlər ki, sübh namazı ilə Günəşin doğuşu arasındakı vaxt ərzində yatmaq olmaz. Bu söz doğrudurmu? İslam suallarda

20 Noyabr, 2019
ABŞ helikopteri Əfqanıstanda qəzaya uğrayıb, ölənlər var
20 Noyabr, 2019

Qarakənd faciəsindən 28 il ötür

19 Noyabr, 2019
Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL
19 Noyabr, 2019

Tehranda aksiyalar zamanı 3 asayiş keşikçisi ölüb

18 Noyabr, 2019
Rusiya Kerç boğazında saxladığı gəmiləri Ukraynaya təhvil verib
18 Noyabr, 2019

Əhməd Turqut: “Ümmətin ən ciddi problemi hikməti itirməsidir” Video

18 Noyabr, 2019

İnsan Allahı dərk edə bilərmi? Əgər dərk edə bilməzsə, tövhidi necə anlamalıdır? İslam suallarda

18 Noyabr, 2019
ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi
18 Noyabr, 2019

Türkiyədə ilin əvvəlindən 457 terrorçu zərərsizləşdirilib

16 Noyabr, 2019
İsrail Qəzza zolağını bombaladı
16 Noyabr, 2019

İntihar edərək ölmüş şəxsə cənazə namazı qılmaq və onun üçün ehsan vermək lazımdırmı? İslam suallarda

16 Noyabr, 2019

İraqda partlayış zamanı 6 nəfər öldürülüb

16 Noyabr, 2019

Türkiyə ordusu İraqda PKK-nın 5 terrorçusunu zərərsizləşdirib

15 Noyabr, 2019

Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb

15 Noyabr, 2019

Ayətullah Sistani iraqlı aksiyaçılara müraciət edib

15 Noyabr, 2019

Doğurdanmı "Coca-Cola" məhsullarını almaq və içmək olmaz? İslam suallarda

15 Noyabr, 2019

Peyğəmbərin mövlud günlərində Peyğəmbərdən (s) nəsihətlər eşidək

15 Noyabr, 2019

Məşədi Dadaş məscidində mövlud gecəsi keçirildi

14 Noyabr, 2019

Bu gecə (noyabrın 15-nə keçən gecə) imam Sadiqin (ə) mövludunun ildönümüdür

14 Noyabr, 2019

Noyabrın 15-nə keçən gecə Muhəmməd peyğəmbərin (s) mövludunun ildönümüdür

14 Noyabr, 2019

Oğlanla qız nişanlı olduqları zaman kəbin kəsdiriblərsə, toydan qabaq yenidən kəbin kəsdirmələri lazımdırmı? İslam suallarda

14 Noyabr, 2019
Qahirədə partlayış: 6 nəfər ölüb
14 Noyabr, 2019
ABŞ hərbçiləri Suriyanın neft yataqları ərazisinə yeridilib
13 Noyabr, 2019
Pentaqon ABŞ üçün iki ən böyük təhlükəni açıqladı
XƏBƏRARXİVİ
«Noy.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com