Şəhriyar Del Gerani: “Mən Allahı heç vaxt inkar etməmişəm”

Son günlər dini cameədə ciddi müzakirələrə səbəb olan məsələ Hacı Şahin Həsənlinin şair Şəhriyar Del Geraninin kitabının təqdimat mərasiminə qatılması, ardından isə eyni tədbirin “Məşədi Dadaş” məscidində keçirilməsidir. Mövzunun böyük rezonans doğurduğunu və bəzi məsələlərin hələ də tam aydın olmadığını nəzərə alaraq, İslam.az Şəhriyar Del Geraninin özü ilə əlaqə saxlamaq qərarına gəldi. Sözügedən müsahibəni oxucularımıza təqdim edirik və mövzuya dair nəticə çıxarmağı hər kəsin öz öhdəsinə buraxırıq.

- Kitabınızın məsciddəki təqdimatının təşkili nədən irəli gəlirdi: oxucu auditoriyanızı genişləndirmək cəhdindən, Azərbaycanda bir ilkə imza atan şair kimi yaddaşlarda qalmaqdan və ya hansısa başqa səbəb var idi?

- İlkə imza atmaq məsələsi deyil. Əgər bir iş yoxdursa, onu kimsə başlamalıdır. Biz də bunu başlatdıq. Bəs məqsəd nədir? Bizim bəzi dindar dostlarımız düşünürlər ki, məscid ancaq namaz qılmaq üçündür. Amma bu belə deyil. Hələ peyğəmbərin dövründə məscid hamının üzünə açıq olub. Məscid ancaq ibadətxana deyil. Məscidnən kitab həmişə yanaşı olub. Quran “Oxu!” sözü ilə başlayır. Allahın adı ilə oxu. İndi nə dərəcədə Allahın adı ilə oxuya bilirik, bu başqa məsələdir. Bütün dinlər kitabla nazil olub. Biz də kitab çıxarmışıq və istədik ki, təqdimatı məsciddə də olsun. Yəni insanları məsciddən uzaqlaşdırmaq olmaz, yaxınlaşdırmaq lazımdır. Bu xofu götürmək lazımdır aradan. Dünyada “islam radikalizmi” deyilən amorf bir şey uydurublar, Azərbaycanda bu olmamalıdır. Məscidi mədəniyyət mərkəzinə çevirmək lazımdır, insanlar məsciddən qorxmamalıdırlar. Yəni kitab da oxuyun orada, kino da göstərin, hətta konsertlər də verin. Mən bunu məqbul sayıram. Sən namaz qılmırsansa məscidə daxil ola bilməzsən – belə bir şey yoxdur. Məscid heç kimin şəxsi mülkiyyəti deyil. Məsciddə şeir həmişə olub. Mərsiyələr oxunub ki, bu da bizim ədəbiyyatın qədim janrıdır. Yəni biz özümüzdən Amerika icad etməmişik.

- Bu tədbirin baş tutacağı bəlli olduqdan sonra hacı Şahinə iradlar ünvanlandı. Bu da əsasən tədbirin bilavasitə özü ilə deyil, Sizin şəxsiyyətinizlə bağlı idi. Konkret desək, İslama, islami dəyərlərə qarşı müxtəlif zamanlarda söylədiklərinizlə, yazdıqlarınızla. Dini cameədə bəziləri Sizin ictimai qaydada tövbə etmənizi tələb edir. Onlara nə cavab verərdiniz?

- Mən İmişlidənəm, atam da din xadimidir. Bizim dini görüşümüz də imam təmayüllüdür. Nə Peyğəmbərimiz ictimai tövbə tələbi ilə çıxış edib, nə də bunu heç imam Mehdi də etməz. Mən nə etmişəm ki, tövbə edim? Belə bir hədis var Həzrət Əlidən: "Hər gün tövbə edin ki, bəlkə bağışlanasınız". Mən bu hədisi eşidəndən sonra hər gün tövbə edirəm. Amma hətta tövbə etsəm belə, bunu axı sizə nə üçün deməliyəm? Bu Allahla bəndə arasında olan bir məsələdir. Kim burada özünü vasitəçi hesab edir, hansı əxlaqla, hansı mənəviyyatla? Elə Allahın ən zəhləsi gedən adamlar da onlardır, Allahla bəndə arasına girmək istəyənlər. Düşünmürəm ki, onlar hacı Şahindən ağıllı və imanlıdırlar. Onlar sadəcə təfriqə, fitnə yaradırlar. Mən məəttəl qalıram ki, necə gündə 5 dəfə namaz qılan, Quran oxuyan, Peyğəmbər hədislərini yeri gəldi-gəlmədi deyən adam bu qədər nifrətlə yaşaya bilər? Mən sevginin tərəfdarıyam və onlara qarşı heç bir neqativ fikrim yoxdur. Allah köməkləri olsun. Amma Allah elə demir. Onlar münafiqdirlər.

- Dediniz ki, nə üçün tövbə edəcəyinizi bilmirsiniz. Amma bir müddət öncə Quran yazacağınızı demisiz...

- Mən elə deməmişəm. Mənim fikrim kontekstdən çıxardılıb...

- Çox maraqlıdır, bəs Siz nə demisiniz?

- Mən Quranın tərcüməsinə diqqət çəkmək istəmişəm, bildirmişəm ki, tərcümə redaktə olmalıdır. Sadəcə sözün metaforlarla deyilməsi var, mən bunu yaxşı bilirəm. Mən yazıçıyam, şairəm, bilirəm cümləni necə desəm hara təsir edər. Mənə belə irad sürənlər isə dili ancaq ərizə oxumaq səviyyəsində bilirlər. Axı ədəbiyyat oxumayıblar! Mən elə əllaməlik etmərəm! Mən İslam universitetində oxumuşam, lap uşaqlıqdan Quranı öyrənmişəm. Mən Quranın demək olar yarısını əzbər bilirəm. Bütöv bilirdim, unutmuşam sadəcə, məşğul olmadığıma görə. Mən ərəb və fars dillərində təməl bilgilərə malikəm. Məsləhət görərdim ki, Həzrət Əlinin “Nəhcül-Bəlağə”sini oxusunlar və həyatlarına tətbiq etsinlər. Və o adamlar heç vaxt Quran oxumayıblar. Quran oxuyan belə düşünə bilməz. Mən ən çox 2 kitabı oxumuşam. 8 dəfə “Səfillər”i, 7 dəfə Quranı. Hacı Şahin mənə təqdimatda Quran hədiyyə etdi, onu da oxuyacam.

- Gəlin konkret sual qoyaq. Şəhriyar Del Gerani özünü müsəlman hesab edir? Çünki son günlərin müzakirələrində Sizə kafir deyənlər də oldu...

- Kimisə kafir kimi damğalamaq Azərbaycan xalqına çox yad bir şey olmalıdır. İslam dininin ən gözəl tərəfləri həmişə Azərbaycanda olub. Azərbaycan sekulyar bir dövlətdir.

- İndi biz deyə bilərikmi ki, Şəhriyar bəy müsəlmandır?

- Mən Allahı heç vaxt inkar etməmişəm. Peyğəmbər mənə kafir demirsə bunu mənə kim deyə bilər?

- Bəlkə namaz da qılırsınız, ya oruc tutursunuz? Ya belə bir şey yoxdursa, olmasına ehtimal verirsinizmi?

- Əlbəttə! Mən mütəmadi 8 il oruc tutmuşam. Hər an da namaza başlaya bilərəm. Namazın mahiyyəti ibadətdir, Allah qarşısında təzimdir. İslami qaydada olmasa da, mən hər azan vaxtı Allahın qarşısında təzim edirəm. Mən həmişə zikr etmişəm.

- Yaxşı, bəs İslam qaydaları ilə namaz qılmağa Sizə nə mane olur?

- Mən o həqiqətə gəlib çatmalıyam. Nə vaxtsa gəlib çatsam... Mən ümumiyyətlə düşünürəm ki, əvvəl-axır gedib ora çıxmalıyam, qismətimdə varsa. Namaz qılan və namaz qılmayan bölgüsü heç Quranda yoxdur.

- Və sonda...

- Demək istəyirəm ki, insanlar bir-birinə sevgi ilə yanaşmalıdırlar. Nifrət şeytandandır, sevgi – Allahdan.

 



Yerləşdirilib:5 Oktyabr, 2019  00:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
7 Dekabr, 2019

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

6 Dekabr, 2019
İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
6 Dekabr, 2019
Əfqanıstanda “Taliban”la toqquşmada 10 polis işçisi həlak olub
6 Dekabr, 2019

Quranın bəzi ayələrinə niyə səcdə ayələri deyirlər? İslam suallarda

6 Dekabr, 2019

"Bizi aldadıblar..." - Prokuror Suriyaya gedən Əfqan və Bilala cəza istədi

6 Dekabr, 2019

Gecə namazı Video

5 Dekabr, 2019

İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi

5 Dekabr, 2019
Yaponiya nüvə silahı əldə edəcək?
5 Dekabr, 2019
Rusiyada faşist Njdenin xatirə lövhəsi söküldü
5 Dekabr, 2019
"Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb" - Komitə sədri
4 Dekabr, 2019

Bu (dekabrın 5-nə keçən) gecə imam Həsən Əskərinin (ə) mövludunun ildönmüdür

4 Dekabr, 2019
İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb
4 Dekabr, 2019

Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir? İslam suallarda

4 Dekabr, 2019

BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

4 Dekabr, 2019

İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub

4 Dekabr, 2019
Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir
3 Dekabr, 2019

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi? İslam suallarda

3 Dekabr, 2019

Saxta “peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

3 Dekabr, 2019

Türkiyə ordusunun 2 əsgəri şəhid olub

2 Dekabr, 2019
İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir
2 Dekabr, 2019

Bir şəxs 2000 manat borc alır və 3 aydan sonra 2500 manat qaytaracağını deyirsə, bu cür borc alma düzgündürmü? İslam suallarda

2 Dekabr, 2019
İraqda həftə ərzində ikinci dəfə İranın konsulluq binası yandırılıb
2 Dekabr, 2019
Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi
30 Noyabr, 2019

Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı? İslam suallarda

30 Noyabr, 2019
Bu xəbərdən sonra İraqda aksiyalar nisbətən səngiyib
30 Noyabr, 2019
İsrail Qəzzaya aviazərbələr endirib, ölən və yaralananlar var
29 Noyabr, 2019

25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı FOTO

29 Noyabr, 2019

Dəstəmaz alan zaman üzü və əlləri yuyandan sonra hər dəfə kranı bağlamaq lazımdırmı? İslam suallarda

XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com