Bəs nə üçün Çaldıran şəhidlərinə ağlamırıq?

Aşuradan bir həftə ötsə də, xalqımızın bu dəyərinə uzanan əllər və dillər hələ də fəaliyyətdədirlər. Yenə kiminsə “uçurtduğu” ələm, kiminsə başının qanını tökməsi, yenə 14 əsr əvvəl baş verən hadisəyə və imam Hüseynə (ə)“kreativ” yanaşma ilə gündəmə gəlmək cəhdi...

Yəqin ki, qara pişik qarşısına çıxanda yolunu dəyişən, asqıraq sayına uyğun işlərini planlaşdıran, qapı kandarında əl tutmaqdan imtina edən, göydə pərvaz edən quşun zılının məhz onun üzərinə tuş gəlməsindən sevinən və bunu maddi rifahının müjdəsi kimi qiymətləndirənlərə hər birimiz rast gəlmişik. Yüksək intellekt, müasirlik, sərrast düşüncə göstəriciləridir hamısı? Ya nə isə başqa bir şeydir? Əksəriyyət deyəcək ki, cahillikdir, nadanlıqdır, savadsızlıqdır və s. Biz razı. Amma bir məsələyə diqqət yetirək. Bunu edənlərin hamısı bizimkilərdi, Azərbaycan vətəndaşları, həmvətənlərimiz. Neyləyək, bu nümunələri əsas götürüb yuxarıda qeyd edilən sifətləri bütün xalqa şamil edək? Əlbəttə ki, bunu heç kim qəbul etməz. Eyni ilə Məhərrəmlikdə ələm “uçuranlar”, buna sidq ürəkdən inananlar, başını qılınclayanlar imam Hüseyn (ə) əzadarlarının ümumiləşdirilmiş sifəti deyil, onlar qaydalardan istisnadır. Düşüncə etibarı ilə qara pişiyin bədbəxtlik gətirməsinə inananla ələmin “cuşa gəlib rəqs etməsinə” inanan arasında heç bir fərq yoxdur, hər ikisi cahildir. Odur ki, bir az köpünüzü yatırın. Sizin bunları ümumiləşdirərək bütün Əhli-beyt tərəfdarlarına nisbət vermək cəhdinizə elə qara pişikdən ürkənlər, o təfəkkürdə olanlar inanır. Ümumiləşdirmək yaxşı adət deyil. Bəzən üzdəniraqlar həmcinsi ilə evlənirsə, bunu əsas götürüb bütün xalqa bu donu biçmək olarmı?

Məsələyə bir başqa yöndən də nəzər salaq. Lakin əvvəlcədən qəti şəkildə deyək: baş yarıb, qan tökmək birmənalı şəkildə pis əməldir və əksər müsəlman alimləri bu fikirdədirlər. Allah da Quranda insana özünə xətər yetirməməsinə dair əmr verir. Amma... İldə bir dəfə dünyada çox məhdud sayda insan başını yarır, qan çıxarır. İldə bir dəfə. Amma bu bir dəfə kifayət edir ki, bir çoxları uzaqgedən “nəticələr” çıxarsınlar. Gəl ki, ilboyu dünyanın qoluzorbalıları Yəməndə, Fələstində, Suriyada, Əfqanıstanda, İraqda minlərlə günahsız insanı qanına qəltan edir. Ancaq ildə bir dəfə başını yaralayanların halına “yananlar”, monitor, ekran qarşısında “bayılanlar” bu minlərlə ölüm müqabilində heç qımıldanmırlar da. İmam Hüseynin (ə) Aşura günü söylədiyi “dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun” ifadəsi necə də yerinə düşür!..

Və sonda. Yəqin çoxumuz fərqinə varmışıq: Məhərrəmliyə, əza məclislərinə dil uzadanların demək olar hamısı çox hikkəli, əsəbi, qeyzlidirlər. Bir qayda olaraq. Axı nə üçün bu qədər qəzəblidirlər? Yəqin ki, xalqın qəlbindən bu məhəbbəti, bu ehtiramı silməyə aciz olduqlarını anladıqlarına görə. Mütəmadi olaraq yeni bəhanə tapmağa çalışırlar, lakin onlar da effekt vermir. Son illərin trenddə olan “ittihamı” isə “nə üçün Qarabağ şəhidlərinə deyil, Kərbəla şəhidlərinə ağlayırsınız?” sualıdır. Əlbəttə, Qarabağ, hər qarış torpağımız bizim üçün müqəddəsdir. Bu torpaq uğrunda canlarını fəda edənlər də eyni ilə. Və kim sizə dedi ki, imam Hüseynə (ə) ağlayanlar Qarabağ şəhidlərinə ağlamırlar?.. Əksinə, bəlkə də onlara Aşura, aza məclisləri əhli qədər anlayıb ağlayan yoxdur! Yəqin ki, uzaq və yaxın keçmişimizdə bugünkü qədər olmasa da, Məhərrəmliyin əleyhdarları olub. O zaman da yəqin ki, daha Qarabağ şəhidlərini deyil, dövrdən asılı olaraq, məsələn, Çaldıran şəhidlərini, yaxud da Qaraqoyunlunun öldürülən əsgərlərini yad etmək təklifini irəli sürüblər. Çərxi-fələk fırlanıb, üyüdüb bu sərsəmləri də, ideyalarını da. İndi yeniləri peyda olub. Çərxi-fələk isə fırlanmaqdadır... Allah cəmi şəhidlərə rəhmət eləsin!



Yerləşdirilib:16 Sentyabr, 2019  14:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Oktyabr, 2019
Suriya Oordusu Rəqqa şəhərinə daxil olub
16 Oktyabr, 2019

ABŞ sanksiyalarına görə narahat deyilik - Ərdoğan

16 Oktyabr, 2019
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb
16 Oktyabr, 2019

Kərbəlanın qanlı zöhr namazı

16 Oktyabr, 2019

Dəstəmaz üçün işlənmiş sudan yenə istifadə etmək olar yoxsa o su artıq yararsız sayılır? İslam suallarda

16 Oktyabr, 2019

“Barış pınarı”: 637 terrorçu zərərsizləşdirilib

16 Oktyabr, 2019

İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"

15 Oktyabr, 2019

Terrorçular Suriyadan Türkiyəyə top mərmisi atıb, 2 dinc sakin ölüb

15 Oktyabr, 2019
Ankarada İŞİD-in 10 terrorçusu saxlanıldı
15 Oktyabr, 2019

Tunisin yeni prezidenti: İsraillə əlaqələri normallaşdırmaq xəyanətdir

15 Oktyabr, 2019
Suriya ordusu Mənbicə daxil olub
15 Oktyabr, 2019

Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir? İslam suallarda

15 Oktyabr, 2019
ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyalar tətbiq edib
15 Oktyabr, 2019

Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 560-a çatıb

14 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"

14 Oktyabr, 2019
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib
14 Oktyabr, 2019
Suriyalılar və kürdlər danışıqlar masasına əyləşdilər
14 Oktyabr, 2019
ABŞ hərbçiləri Suriya ordusunun hərəkətinə mane olur
14 Oktyabr, 2019

Kafur nədir? İslam suallarda

14 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 525 terrorçu məhv edilib

14 Oktyabr, 2019

Akademik Vasim Məmmədəliyev vəfat edib

12 Oktyabr, 2019

ABŞ Səudiyyə Ərəbistanına daha 3 min əsgər yerləşdirəcək

12 Oktyabr, 2019

Hamının sayqı duyduğu insan Daimi oxucumuz yazır

12 Oktyabr, 2019

Sufilərin “hu” zikrinin mənası nədir? İslam suallarda

12 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 399 terrorçu məhv edilib

12 Oktyabr, 2019

Türkiyəd daha 8 dinc sakin terrorun qurbanı oldu

11 Oktyabr, 2019
İran tankeri raket hücumuna məruz qalıb
11 Oktyabr, 2019

Türkiyə “Barış pınarı” əməliyyatında şəhid verib

XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com