Aşura, ya Qarabağ?

Aşura gününün qeyd olunmasının məqsədəuyğunluğu, son bir neçə ildə olduğu kimi, bu il də ciddi ictimai müzakirələrə səbəb oldu.

Bu günün əleyhinə çıxaraq onu “bidət”, “şirk”, “günah” ünvanı ilə “baltayan” vəhabiləri kənara qoyuram, əsas məqsədim bu günü “gerilik”, “cahillik” adlandıranlar və ən əsası da ciddi-cəhlə Aşuranı, Aşura şəhidlərini Qarabağ və Qarabağ şəhidləri ilə qarşı-qarşıya qoymaq istəyənlərdir.

“Aşura şəhidlərini bu cür geniş xatırlamaqdansa Qarabağ şəhidlərini yad edib ağlasınlar” ifadəsi, Aşuraya qarşı kampaniyanın əsas trendlərindən biridir. Amma bu ifadə həqiqəti əks etdirirmi və ümumən, səmimidrmi?

Əvvəla, Aşuranın qeyd olunması tarix boyu qəhrəmanlığa, barışmazlığa, dönməzliyə çağırış, haqsız zülm ounana dəstək və təslimçiliyə qarşı barışmazlıq ifadə edib və şüarı da bu olub.

Qarabağla bağlı dövlətin mərkəzi və yerli icra orqanlarına, təhsil müəssisələrinə, hərbi hissələrə, dövlət KİV-lərinə yazılı plan şəklində göstərişlər göndərərək, milyonlar xərcləyərək hərbi-vətənpərvərlik təbliğatının aparması haqda çağırış və təlimatlarının başqa məqsədi varmı?? Məqsəd elə yeniyetmələr, gənclər və cəmiyyətin bütün təbəqələri arasında torpaqlarımızı işğal etmiş və hələ də işğalda saxlayan düşmənlərə qarşı barışmazlıq, bu torpaqları azad etmək iradəsində dönməzlik, bu yolda qəhrəmanlıq hissi aşılamaq, haqsız qətl və zülm olunmuş həmvətənlərimizin intiqamının hələ də alınmamasını yada salmaq, təslimliçik ruhuna yol verməmək deyilmi? Əgər bütün bunlar elə yüz minlərlə, milyonlarla insanın iştirak etdiyi Aşura günü mərasimlərində, demək olar, bütün məscid və məclislərdə dəfələrlə xatırlanır və yada salınırsa, bu elə Qarabağla bağlı aparılan hərbi-vətənpərvərlik təbliğatının bir parçası, hətta, deyərdim, onların arasında ən effektivi deyilmi?

Bu il dini icmalarımızdan biri həm Kərbəlaya səfər zamanı şəhidlərimizin xatırlanması və yada salınması üzrə unikal aksiya keçirdi və bunu sosial şəbəkələrdə yüz minlərlə adam müşahidə edə bildi, həm də məscidin bir guşəsini ümumən şəhidlərə həsr olunmuş stendlə bəzədi. Bunu da, güman edirəm, kifayət qədər adam gördü. Amma iş tək bir icma ilə məhdudlaşmır, tam əminliklə deyirəm, istər Aşura günü, istərsə də Məhərrəmliyin ilk günündən keçirilən digər mərasimlərdə Qarabağ, Qarabağ şəhidləri və torpaqlarımızın azad edilməsi zərurəti dini inancın bir tələbi kimi xatırlanmayan heç bir məclis olmayıb. Buna görə həm QMİ rəhbərliyinə, həm də o məclisləri idarə edən bütün din xadimlərinə təşəkkür borcumuz var. Əgər Qarabağ mövzusunda səmimiyiksə..

İkincisi, gələk bu təbliğatın əməli hissəsinə. Dəfələrlə təkrar olunmuş mövzu olsa da deməyə məcburam. Son illərdə qəhrəmanlıq, dönməzlik və Qarabağın işğalı ilə barışmazlıq simvolu kimi qəbul etdiyimiz Milli Qəhrəman, şəhid Mübariz İbrahimov. Onun məktubunu oxumayan adam, yəqin ki, qalmayıb. Ailəsinin müsahibələrini görməyən də. Bütün bunları oxuyub, görüb, sonra yenə Aşuranı Qarabağla üzbəüz qoymağa cəhd edən adamın səmimiyyətinə heç cür inana bilmərəm. O, artıq, qərəzdir. Şəhidliyə gedən yolunu son məktubu ilə izah edən bu ADAM həmin məktubda motivini açıq göstərib.

Digər tərəfdən, Aşuranı Qarabağla üzbəüz qoymazdan əvvəl sosial şəbəkələrdə azacıq axtarış aparsaz, nə qəqər şəhidimizin əvvəllər məhz Aşura məclislərində iştirak etdiyini də görə bilərsiz. Bu, onlara Qarabağda şəhid olmağa nəinki mane olmadı, hətta bəlkə stimul da verdi. İddia etmirəm ki, bütün şəhidlər bu təbliğatdan ruhlanıblar. Xeyir. Vətənpərvər olmaq, Vətən namusu və qeyrətinə sahib olmaq üçün mütləq Aşura təbliğatına məruz qalmağa ehtiyac yoxdur. Düzgün ailə, mühit, cəmiyyət tərbiyəsi də kifayət edir. Amma düzgün dini inanc və Aşura mərasimləri bu işə heç bir vəchlə mane olmur axı, əksinə daha çox dəstək verir.

Və sonda Məhərrəmliyi “gerilik” kimi təqdim edənlərə bir daha klassiklərimizi, maarifçilərimizi, ilk respublika ideoloqlarımızı Fizuli, Nəsimi, Xətaidən tutmuş Natavan, Sabir, Şirvani, Bakıxanov, Rəsulzadəyədək bir daha vərəqləməyə, Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında mövcud olmuş digər respublikamızın sənədlərinə baxmağa dəvət edirəm. Məhərrəmliyə sayğı, onun dəyərlərinə bağlılıq bu şəxslərin dünyagörüşünün tərkib hissələrindən olub və bu dünyagörüş bizim milləti geriyə yox, irəliyə aparıb, bizə dəyər verdirib, adımızı tarixə yazdırıb.

Məhərrəmlik və Aşura ilə mübarizə isə bizə Stalin dövrü 30-cu illər NKVD-sinin və “İslamın saflığı uğrunda” mübarizə aparan müasir “İŞİD” və “Əl-Qaedə”çilərin ərməğanıdır.

Elçin Əskərov



Yerləşdirilib:12 Sentyabr, 2019  23:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Oktyabr, 2019
Suriya Oordusu Rəqqa şəhərinə daxil olub
16 Oktyabr, 2019

ABŞ sanksiyalarına görə narahat deyilik - Ərdoğan

16 Oktyabr, 2019
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb
16 Oktyabr, 2019

Kərbəlanın qanlı zöhr namazı

16 Oktyabr, 2019

Dəstəmaz üçün işlənmiş sudan yenə istifadə etmək olar yoxsa o su artıq yararsız sayılır? İslam suallarda

16 Oktyabr, 2019

“Barış pınarı”: 637 terrorçu zərərsizləşdirilib

16 Oktyabr, 2019

İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"

15 Oktyabr, 2019

Terrorçular Suriyadan Türkiyəyə top mərmisi atıb, 2 dinc sakin ölüb

15 Oktyabr, 2019
Ankarada İŞİD-in 10 terrorçusu saxlanıldı
15 Oktyabr, 2019

Tunisin yeni prezidenti: İsraillə əlaqələri normallaşdırmaq xəyanətdir

15 Oktyabr, 2019
Suriya ordusu Mənbicə daxil olub
15 Oktyabr, 2019

Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir? İslam suallarda

15 Oktyabr, 2019
ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyalar tətbiq edib
15 Oktyabr, 2019

Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 560-a çatıb

14 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"

14 Oktyabr, 2019
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib
14 Oktyabr, 2019
Suriyalılar və kürdlər danışıqlar masasına əyləşdilər
14 Oktyabr, 2019
ABŞ hərbçiləri Suriya ordusunun hərəkətinə mane olur
14 Oktyabr, 2019

Kafur nədir? İslam suallarda

14 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 525 terrorçu məhv edilib

14 Oktyabr, 2019

Akademik Vasim Məmmədəliyev vəfat edib

12 Oktyabr, 2019

ABŞ Səudiyyə Ərəbistanına daha 3 min əsgər yerləşdirəcək

12 Oktyabr, 2019

Hamının sayqı duyduğu insan Daimi oxucumuz yazır

12 Oktyabr, 2019

Sufilərin “hu” zikrinin mənası nədir? İslam suallarda

12 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 399 terrorçu məhv edilib

12 Oktyabr, 2019

Türkiyəd daha 8 dinc sakin terrorun qurbanı oldu

11 Oktyabr, 2019
İran tankeri raket hücumuna məruz qalıb
11 Oktyabr, 2019

Türkiyə “Barış pınarı” əməliyyatında şəhid verib

XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com