Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

Sentyabrın 10-da Aşura günü münasibətilə təşkil olunan mərasimdə faciə yaşanıb. İraqın Kərbəla şəhərində keçirilən mərasimdə 31 nəfər dünyasını dəyişib. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, faciəyə Aşura mərasimində yaranmış sıxlıq səbəb olub. Yaranmış sıxlıqda 100-dən çox insan isə yaralanıb.

Ölümün səbəbi ilə bağlı Nazirlik məlumat verməyib. Bəzi media orqanları kütləvi ölüm hadisəsinə piyada keçidinin çökməsinin səbəb olduğunu yazıb.

Qeyd edək ki, Kərbəla mərasimləri hazırda dünyada ən kütləvi dini mərasimlər hesab olunur. Aşura və Ərbəin (İmam Hüseynin (ə) 40 mərasimi – K.R.) mərasimində 13-15 milyon arası insan iştirak edir. 2014-cü ildə isə 19 milyon zəvvarın Kərbəlaya səfər etdiyi bildirilirdi. Bu, Həcc ziyarəti və Hindistanda məşhur 3 günlük dini mərasimlərdən də çoxdur. Lakin maraqlıdır ki, digər ölkələrdən fərqli olaraq Kərbəlada bu cür kütləvi ölüm halları olmurdu.

Bu il Kərbəlada insan sıxlığının faciəsinə səbəb olması ziyarətçilərin sayının ildən ilə artması və Kərbəladakı infrastrukturun sıradan çıxması ilə bağlı ola bilər. Kərbəla şəhəri ildən ilə artan zəvvar axınını qarşılamaq üçün kiçik və hazırlıqsızdır.

Ümumiyyətlə, bir qayda olaraq dini mərasimlərdə insanların kütləvi iştirakı sıxlığa səbəb olur, çoxlu sayda insanlar ölür. Sonuncu dəfə 2015-ci ildə Həcc ziyarəti zamanı Məkkə şəhəri ətrafında Mina dağında baş verən izdiham nəticəsində 753 nəfər rəsmi rəqəmlərə görə dünyasını dəyişib. Yenə də insan sıxlığı səbəbi ilə baş verən faciədə yaralıların say 887 nəfərə çatıb.

Oxşar hadisə 2004-cü ildə Məkkədə baş verib. Həcc ziyarəti zamanı şeytanın daşlanması mərasimində yaranmış sıxlıq və uçqun 244 nəfərin ölümünə səbəb olub.

Şeytan daşlanması mərasimində baş verən ən böyük faciə 1990-cı ildə Məkkədə əl-Meysəm tunelində baş verib. Belə ki, zəvvarların bir qisminin tunelə tərs istiqamətdən daxil olub və yaranmış sıxlıq uçquna çevrilib. Nəticədə yaranmış sıxlıq və uçqunda 1462 nəfər ölüb.

1994-cü ildə isə şeytanın daşlanması mərasimində 270 həcc zəvvarı əzilərək ayaq altında qalaraq ölür. Daha bir dəhşətli faciə 1997-ci ildə Mina çölündə baş verib. Məlum olduğu kimi. Həcc ziyarəti prosesində zəvvarlar Minada çadırlarda qalır. 1997-ci ilə həcc zamanı Minada 70 minə yaxın çadırın od tutması nəticəsində yaranmış yanğında 343 zəvvar dünyasını dəyişir.

Növbəti ildə - 1998-ci il yenə şeytan daşlanması mərasimi zamanı Cəmarat körpüsündə yaranmış sıxlıq 119 zəvvar ayaq altında qalar və havasızlıqdan ölür. Eyni bölgədə 2001-ci ildə baş verən sıxlıqda 40 nəfər zəvvar dünyasını dəyişir.

Bir neçə il əvvəl Hindistanın cənub-şərq sahilində yerləşən Andhra Pradeş ştatının Racamandri şəhərində keçirilən dini festivalda yaranan izdiham nəticəsində 27 nəfər ölüb. 100 min nəfər Puşkaralu bayramı ilə əlaqədar bu həftə ərzində suyu müqəddəs sayılacaq çayda yuyunmaq ritualını həyata keçirmək üçün pilləli eniş - qhatlara yollanıb. Qhatlardan birinə yuyunma ritualı həyata keçirmək istəyən minlərlə mömin toplaşıb. Faciə zəvvar kütləsi qhata aparan üç qapının açılmasından sonra çaya doğru hərəkət etmək istəyərkən baş verib.

Kənan Rövşənoğlu,

“Yeni Müsavat”



Yerləşdirilib:12 Sentyabr, 2019  11:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Noyabr, 2019

Deyirlər ki, sübh namazı ilə Günəşin doğuşu arasındakı vaxt ərzində yatmaq olmaz. Bu söz doğrudurmu? İslam suallarda

20 Noyabr, 2019
ABŞ helikopteri Əfqanıstanda qəzaya uğrayıb, ölənlər var
20 Noyabr, 2019

Qarakənd faciəsindən 28 il ötür

19 Noyabr, 2019
Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL
19 Noyabr, 2019

Tehranda aksiyalar zamanı 3 asayiş keşikçisi ölüb

18 Noyabr, 2019
Rusiya Kerç boğazında saxladığı gəmiləri Ukraynaya təhvil verib
18 Noyabr, 2019

Əhməd Turqut: “Ümmətin ən ciddi problemi hikməti itirməsidir” Video

18 Noyabr, 2019

İnsan Allahı dərk edə bilərmi? Əgər dərk edə bilməzsə, tövhidi necə anlamalıdır? İslam suallarda

18 Noyabr, 2019
ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi
18 Noyabr, 2019

Türkiyədə ilin əvvəlindən 457 terrorçu zərərsizləşdirilib

16 Noyabr, 2019
İsrail Qəzza zolağını bombaladı
16 Noyabr, 2019

İntihar edərək ölmüş şəxsə cənazə namazı qılmaq və onun üçün ehsan vermək lazımdırmı? İslam suallarda

16 Noyabr, 2019

İraqda partlayış zamanı 6 nəfər öldürülüb

16 Noyabr, 2019

Türkiyə ordusu İraqda PKK-nın 5 terrorçusunu zərərsizləşdirib

15 Noyabr, 2019

Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb

15 Noyabr, 2019

Ayətullah Sistani iraqlı aksiyaçılara müraciət edib

15 Noyabr, 2019

Doğurdanmı "Coca-Cola" məhsullarını almaq və içmək olmaz? İslam suallarda

15 Noyabr, 2019

Peyğəmbərin mövlud günlərində Peyğəmbərdən (s) nəsihətlər eşidək

15 Noyabr, 2019

Məşədi Dadaş məscidində mövlud gecəsi keçirildi

14 Noyabr, 2019

Bu gecə (noyabrın 15-nə keçən gecə) imam Sadiqin (ə) mövludunun ildönümüdür

14 Noyabr, 2019

Noyabrın 15-nə keçən gecə Muhəmməd peyğəmbərin (s) mövludunun ildönümüdür

14 Noyabr, 2019

Oğlanla qız nişanlı olduqları zaman kəbin kəsdiriblərsə, toydan qabaq yenidən kəbin kəsdirmələri lazımdırmı? İslam suallarda

14 Noyabr, 2019
Qahirədə partlayış: 6 nəfər ölüb
14 Noyabr, 2019
ABŞ hərbçiləri Suriyanın neft yataqları ərazisinə yeridilib
13 Noyabr, 2019
Pentaqon ABŞ üçün iki ən böyük təhlükəni açıqladı
13 Noyabr, 2019

Heç Peyğəmbəri (s) görmüsünüz? Onda gəlin Onu sizə təsvir edək

13 Noyabr, 2019

“Səhihi-Buxari”də və “Səhihi-Müslim”də neçə hədis vardır? İslam suallarda

13 Noyabr, 2019

İsrailin Qəzzaya zərbələri nəticəsində 10 nəfər həlak olub

XƏBƏRARXİVİ
«Noy.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com