O, nə üçün bir daha Aşuraya getmədi?

Daha bir Aşura geridə qaldı. Mərasimlərə qatılanlar da oldu, qatılmayanlar da, onlara biganə qalanlar da oldu, onlara qarşı çıxanlar və qamçılayanlar da oldu. Bir sözlə, bu günlər KİV, xüsusən də internet resursları və sosial şəbəkələr mövzuya dair müxtəlif səviyyəli və məzmunlu çıxışlarla bol idi. Mənim diqqətimi “Facebook”da yazılan bir status cəlb etdi. Fikir bildirməzdən əvvəl sözügedən mövqedən qısa çıxarışlara (daha doğrusu isə tərcüməsinə, çünki orijinal rus dilində idi) diqqət yetirək:

“Yaddaşımın dərinliklərində uşaqlıqdan, birotaqlı mənzilimzdən xatirələr qalıb... Düz 30 il əvvəl, səhər saat 5-də bu mənzildə valideynlərim məni və qardaşımı oyadırlar: bu gün Aşuradır, biz piyada “İmamzadə”yə getməliyik. Mən yuxuluyam və heç nə anlamıram, əlimdən tutub həyətə düşürürlər... Bu gün gülmək, əlləri sabunla yumaq, musiqi dinləmək olmaz, qəmlənmək, ağlamaq və özünün döymək lazımdır... “İmamzadə”yə yetişdikdə ilk gördüyüm şey gənclərin özlərini qayış və zəncirlə döymələri idi. Atam məni əlimdən tutdu və bu dairəyə yaxınlaşdırdı. Nə baş verdiyini və onların nə üçün belə etdiklərini anlamırdım... İllər keçdi və bütün bunlar mənim üçün tarixin bir parçasına çevrildi.... Yadımdadı, bir dəfə atam Bakıya gəlmişdi, o zaman deyəsən tələbə idim və məni Aşura qeyd olunan “Sovetski”dəki məscidə apardı. Bu, sonuncu dəfə idi və mən bir də heç zaman belə tədbirlərə getmədim...”

İndi keçək mətləbə. Şəxsdən, fərddən asılı olmayaraq, ümumi deyim ki, belə hallar olub, var və yəqin ki, olacaq. Bu niyə baş verir? İlk baxışdan hər şey düzgündür, ata övladını yüksək, əbədiyaşar dəyərlərə ürcah eləmək istəyir. Amma nəticə tam tərsinə alınır. Niyə? Səhv haradadır, nədədir?..

Qoyulan suala cavab vermək üçün bu il Aşura məclislərinə Hacı Şahin Həsənlinin seçdiyi mövzunu xatırlatmaq, bilməyənlər uçün isə məlumat vermək istərdim. Bu 10 gündəki moizələrin məğzi belə idi: din insana zövq, ləzzət, kef verməlidir, insanın hər dəqiqəsi sevinclə yoğrulmalıdır. Ləzzət dindədir, dindən kənarda həqiqi, mütləq ləzzət yoxdur.

Bu tezisləri ilk dəfə eşidənlər bəlkə də təəccüblənəcək, bəlkə də buna bir üsyan yaranacaq qəlblərində. Amma inandırım ki, sözügedən günlər ərzində bu tezislər sübutunu tapdı və bu yazı həmin sübutları təkrarlamaq üçün uyğun deyil. İndi isə qayıdaq yuxarıda qeyd olunan uşaqlıq xatirələrinə. Səmimi deyək: onlarda bir ləzzət, kef, zövq sezilirmi? Məncə orada zərrə qədər müsbət emosiya, xoş ovqat yoxdur. Sanki hər şey qaraya bürünüb. Sadə dillə desək, acı xatirələr. Əslində, bu insanın din, İslam, bəlkə də Allah üçün itirilməsinin (ən azından indiki zaman üçün bu belədir, sonu nə olacaq, onu ancaq Yaradan bilir) əsas səbəbi də elə budur. Din, İslam, Aşura düzgün təbliğ və təqdim olunmayıb. Təbii ki, heç kim fərd olaraq məsuliyyətdən boyun qaçıra bilməz, Allah heç kimə hidayət əlini uzatmamış başlı-başına buraxmır. Ancaq razılaşaq ki, ilk təqdimatın böyük, hətta deyərdim ki, əvəzsiz rolu var.

Bu yazıda göstərilən nümunə az-çox dini təbliğatla məşğul olan hər kəsə bir ibrət olmalıdır. Bəzən bu işə qol qoyuruq, amma hansı məsuliyyəti çiyinlərimizə götürdüyümüzü sanki anlamırıq. İnsanları yalnız qəbir və cəhənnəm əzabı ilə qorxuzmaqla uzaq getmək olmaz. Bu fəaliyyətin faydalı iş əmsalı çox aşağı, minimal olacaq. Dindən qaçırtdıqlarımız dinə gətirdiklərimizin sayını qat-qat üstələyəcək. Odur ki, diqqətli olaq. Xüsusən də ailə üzvlərimizi, yaxınlarımızı İslam yoluna dəvət etdikdə. Səhv seçilmiş strategiya həm onların, həm də özümüzün dünya və axirətimizi bərbad edə bilər.

V.Əliyev



Yerləşdirilib:11 Sentyabr, 2019  18:08, ]]>Çap]]>
 
Bu bölmədə:
12 Sentyabr, 2019
Aşura, ya Qarabağ?

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

13 Sentyabr, 2019
Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
13 Sentyabr, 2019

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi? İslam suallarda

13 Sentyabr, 2019
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
13 Sentyabr, 2019

Türkiyədə terror törədilib, 7 nəfər dünyasını dəyişib

12 Sentyabr, 2019

Aşura, ya Qarabağ? AKTUAL

12 Sentyabr, 2019
İlk dəfə Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq
12 Sentyabr, 2019

Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində İynə

12 Sentyabr, 2019

Mosuldakı məscidin bərpasına 100 milyon dollar ayrılacaq

12 Sentyabr, 2019
Husi liderinin qardaşını terror edən cəsus öldürülüb
12 Sentyabr, 2019

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir? İslam suallarda

12 Sentyabr, 2019

Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

12 Sentyabr, 2019
Qəzza zolağında üç gündür raket atəşi davam edir
11 Sentyabr, 2019

O, nə üçün bir daha Aşuraya getmədi?

11 Sentyabr, 2019
Aşura günü Azərbaycandan dünyaya böyük mesaj
11 Sentyabr, 2019

Kərbəlada 3 günlük matəm elan edilib

11 Sentyabr, 2019

Aşura qatillərinin aqibəti

11 Sentyabr, 2019

Yezidin oğlunun mömin olması doğrudurmu? İslam suallarda

11 Sentyabr, 2019
Kabildə partlayış törədilib, xəsarət alanlar var
11 Sentyabr, 2019
Netanyahu İordaniya vadisini zəbt edəcəyini söz verib
10 Sentyabr, 2019

Kərbəlada yol çökdü, onlarla insan dünyasını dəyişdi

XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com