İlahiyyatçı: "Yazmışam, özüm bilərəm. Mənim şəxsi səhifəmdir"

İlahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq ixtisası üzrə dosent, Azərbaycan Milli Elmlər Akademiyasının böyük işçisi Əkrəm Həsənov “Facebook” sosial şəbəkəsində Peyğəmbər (s) və Həzrət Əli (ə) haqqında suallara səbəb olacaq mövqe bildirib. O iddia edib ki, imam Əli (ə) də şərab içib. Allahın Rəsulu isə şərab içən səhabəsinə dil uzadan digər səhabəsini qınayıb. Məsələyə bir qədər aydınlıq gətirmək üçün Ə.Həsənovla telefon əlaqəsi yaratdıq. İslam.az söhbəti olduğu kimi oxuculara təqdim edir.

- İddia edirsiniz ki, Həzrət Əli (ə) şərab içib. Bu sözlərinizin bir mənbəyi varmı?
- Bəli, mənbələrdə o keçib. Onu araşdırmaq lazımdır, baxmaq lazımdır.
- Mənbəni deyə bilərsinizmi?
- Var da, araşdılrın baxın.
- Ümumi alimlər tərəfindən qəbul edilən budur ki, Həzrət Əli (ə) heç vaxt şərab işməyib. Siz əksini iddia edirsinizsə, yəqin mənbəni də Siz təqdim etməlisiniz...
- Yox. Mübahisə eləməyə vaxtım yoxdur.
- Mən mübahisə etmək üşün zəng vurmamışam. Axı heç mübahisə də etmirəm. Sadəcə mənbəyi öyrənmək istəyirəm...
- O, var... o, olub, gizlədilib, mənbələrdən yığışdırılıb. Bəzi alimlər deyiblər ki, elə şeylər yoxdur, bəzi alimlər də deyiblər ki, elə şeylər var. Bütün mənbələrdə var. Bunu heç kim də inkar edə bilməz. Birinci mənbə Qurani-Kərimdir.  Quranda şərabla bağlı 3 ayə var. Birinci ayədə buyurulur ki, belə vəziyyətdə namaza yaxınlaşmayın. Sonra digər ayədə də var... Orada necə deyilir? Eeeee, deməli... Necə idi?
- Yəqin ki, ziyanının faydasında daha çox olması barədə ayəni nəzərdə tutursunuz...
- Son ayə də o biriləri nəsx edir. Bu barədə də mənbələr var, araşdırın, baxın. Şərab haram edilməmişdən əvvəl o dövrdə səhabələr, yaşayanlar içiblər. Nəhayət, son ayə ki, nazil oldu və şərab haram edildi, heç kim içmədi. O cümlədən Əhli-beyt də tövbə etdi və bir daha heç vaxt içmədi.
- Amma zənnimizcə o zaman Həzrət Əli (ə) uşaq olub...
- O, 5 yaşından Peyğəmbərin (s) yanında olub, böyüyüb, şərab ayəsi nazil olanda da... Belə deyək... Yəni o məsələ olub, amma gizlədilir. Onu mənim yazmağım da düzgün deyil, yazmamalıydım, Allah bağışlasın məni. Amma həm səhabələrin, həm Əhli-beytdən olanların şərab ayəsi nazil olmamış içməyi barədə faktlar var.
- Yenə də mənbəyi göstərmənizi rica edirəm...
- Ən böyük mənbəyimiz Qurandır, elə deyilmi? İçki də son ayə ilə haram edildi. Ona qədər içilsə belə, qəbahət və günah deyil. Buna görə də bunun üstünə düşmək, mənə zəng vurmaq əhəmiyyətsiz bir şeydir. Şəxsiyyətə pərəstiş söhbətləridir bunlar. Boş verin. Mənbəyi bilmirsiniz, neyləyək? Sizə indi şəriət öyrədək? Mənə niyə zəng vurursunuz?
- Çünki ilahiyyatçısınız. Biz avtomobil ustasına zəng vurub ayə, mənbə soruşmuruq axı...
- Mən də dedim var da!
- Harada var?
- Quran ayəsi deyirəm sənə, yenə mənbə soruşursan!
- Ayədə yazılıb ki, Həzrət Əli (ə) şərab içib?
- Yox. Ümumiyyətlə, Allah insanların günahlarını gizlətməyi tövsiyə edir...
- Ona görə elə status paylaşmısınız?
- Yazmışam yazmışam da, niyə fikir verirsiniz ki? Bir səhvdir də, eləmişəm, nə olub ki?  Hamının günahı var da. Həzrət Əli də insan olub da, o da günah eləyib. Peyğəmbərin belə xətaları olub, o da insandır.
- Bizim məqsədimiz sadəcə iddialarınıza dair mənbə göstərməyiniz idi...
- Ehtiyac yoxdur ona. Kiminsə eybini açım, özü də Əhli-beytdən olan səhabənin...
- Amma Siz axı əksini etmisiniz!
- Onu alimlər məsləhət bilsəydilər, edərdilər. Sənə ehtiyac yoxdur belə şeyləri qurdalamağa. Yazmışam, özüm bilərəm. Mənim şəxsi səhifəmdir.
- Amma Siz bunu sosial şəbəkədə paylaşmısınız...
- (Telefonu qapadır).
Göründüyü kimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq istisası üzrə dosent, Azərbaycan Milli Elmlər Akademiyasının böyük işçisi iddialarına dair mənbə göstərməkdə acizlik nümayiş etdirdi. Eyni zamanda təzadlı fikirlər də səsləndirdi. Allahın eyibləri örtməsi barədə danışmağı isə atdığı addımla heç uyuşmadı. Hər halda, ona ünvanlamaq istədiyimiz digər suallar da var idi. Məsələn, “İçki sadəcə tibbi və elmi baxımdan insanı özünə gətirən nemət olmasına baxmayaraq sonuncu ayə ilə haram hesab edildi”. Razılaşaq ki, sual deyil, suallar meydana gəlir. Əgər bu içki “sadəcə tibbi və elmi baxımdan insanı özünə gətirən nemət” idisə, o zaman Allah bunu haram etməklə qullarına zülmmü edib? Və bir ilahiyyatçının içkini “nemət” kimi dəyərləndirməsini necə anlamalıyıq? Yəqin ki, FB-dəki növbəti açıqlamalarında Əkrəm Həsənov bu qaranlıq məqamlara aydınlıq gətirər...



Yerləşdirilib:5 Sentyabr, 2019  15:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
6 Dekabr, 2019
İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
6 Dekabr, 2019
Əfqanıstanda “Taliban”la toqquşmada 10 polis işçisi həlak olub
6 Dekabr, 2019

Quranın bəzi ayələrinə niyə səcdə ayələri deyirlər? İslam suallarda

6 Dekabr, 2019

"Bizi aldadıblar..." - Prokuror Suriyaya gedən Əfqan və Bilala cəza istədi

6 Dekabr, 2019

Gecə namazı Video

5 Dekabr, 2019

İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi

5 Dekabr, 2019
Yaponiya nüvə silahı əldə edəcək?
5 Dekabr, 2019
Rusiyada faşist Njdenin xatirə lövhəsi söküldü
5 Dekabr, 2019
"Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb" - Komitə sədri
4 Dekabr, 2019

Bu (dekabrın 5-nə keçən) gecə imam Həsən Əskərinin (ə) mövludunun ildönmüdür

4 Dekabr, 2019
İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb
4 Dekabr, 2019

Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir? İslam suallarda

4 Dekabr, 2019

BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

4 Dekabr, 2019

İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub

4 Dekabr, 2019
Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir
3 Dekabr, 2019

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi? İslam suallarda

3 Dekabr, 2019

Saxta “peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

3 Dekabr, 2019

Türkiyə ordusunun 2 əsgəri şəhid olub

2 Dekabr, 2019
İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir
2 Dekabr, 2019

Bir şəxs 2000 manat borc alır və 3 aydan sonra 2500 manat qaytaracağını deyirsə, bu cür borc alma düzgündürmü? İslam suallarda

2 Dekabr, 2019
İraqda həftə ərzində ikinci dəfə İranın konsulluq binası yandırılıb
2 Dekabr, 2019
Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi
30 Noyabr, 2019

Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı? İslam suallarda

30 Noyabr, 2019
Bu xəbərdən sonra İraqda aksiyalar nisbətən səngiyib
30 Noyabr, 2019
İsrail Qəzzaya aviazərbələr endirib, ölən və yaralananlar var
29 Noyabr, 2019

25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı FOTO

29 Noyabr, 2019

Dəstəmaz alan zaman üzü və əlləri yuyandan sonra hər dəfə kranı bağlamaq lazımdırmı? İslam suallarda

29 Noyabr, 2019
İraqda etiraz aksiyalarında ölənlərin sayı 30 nəfəri ötüb
XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com