Alim: Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir (ə)

İslam.az nəsimişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Vüsal Hətəmovun Oxu.Az-a müsahibəsini qısa ixtisarla təqdim edir:

- Nəsiminin kamil insan fəlsəfəsi dinə qarşı idimi?

- Nəsimi kamil insan obrazında öz seçəcəyi şəxsi şeirlərində dəfələrlə bildirib. Nəsimi şeirlərində "şəha" deyir. Bəzən bu sözün Fəzlullah Nəimiyə işarə edildiyi fikrini səsləndirirlər.

Halbuki Nəsimi şeirlərində əksər yerdə "şəha" deyərkən Həzrət Əlini nəzərdə tutur. "Şəha" şahım deməkdir, müraciət formasıdır. Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir.

- Haradan bu qənaətə gəlirsiniz ki, Həzrət Əlini (ə) nəzərdə tutub?

- Nəsimi şeirlərində özünü "Əhli-beyt" aşiqi kimi göstərir. "Eşq əlindən yandı canım, ya Əli, səndən mədəd" adlı bir şeiri var. Nəsiminin şeirlərində "Fəzli İlah" ifadəsi keçir, təqdiqatçılar isə deyir ki, burada Fəzlullah Nəimi nəzərdə tutulur. Düşünürəm ki, o ifadə "Allahın fəzli" mənasını verir.

Bəzən sovet tədqiqatçıları Nəsimini elə göstərirlər ki, guya o, Nəimini kamil insan bilib və onu imam Mehdi hesab edib. Halbuki Nəsimi bütün dinlərdə, təriqət və məzhəblərdə mövcud olan "Mehdi" konsepsiyasını çox gözəl dərk edib. Dəqiq başa düşürdü ki, Mehdi heç zaman edam edilə və asıla bilməz.

Fəzlullah Nəimini edam edib bir neçə yerə parçalayırlarsa, təbii ki, Nəsimi heç vaxt Nəimini Mehdi kimi tanıya bilməzdi.

Ərəb dilində "mehdi" sözü həm leksik, həm də terminoloji, yəni həm hidayətedici, həm də dinlərdə nəzərdə tutulan xilaskar mənasında işlədilir. Nəsimi Nəimini hidayətedici kimi təbliğ edirdi. Çünki Nəimi o dövrün insanlarını haqq yoluna çəkirdi.

Həzrət Əliyə gəlincə, Nəsiminin bir neçə şeirində Həzrət Əli ilə bağlı məqamlar var. Məsələn, "Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli" və ya "Çu şahi-cümleyi-mərdan Əlidir, İnsü həmdəmi-rəhman Əlidir" qafiyəli şeirləri də var.

Bundan başqa, bir şeirində "Əlidən gözəl cavan, Əlinin qılıncından iti qılınc görmədim" deyir. Bu, bir hədisdir. Nəsimi hədisi şeirə çevirib. Hətta Nəsimi bir neçə şeirində hürufilik fəlsəfəsini Həzrət Əliyə bağlayır.

- Yəni Nəsimidəki hürufilik ideyaları imam Əlidən qaynaqlanır?

- Öncə onu deyim ki, Nəsimidə sufilik elementləri azdır. Daha çox hürufilik elementləri var. Məhəmməd Peyğəmbərdən Nəsimiyə qədər olan dövrdə kamil insanlar barədə deyilən bəzi terminlər aradan götürüldü: "mömin", "müqərrəb", "müslim" kəlməsi kimi. Bunların yerinə irfani terminlər ortaya çıxdı. Bunlardan da biri sufi idi, mənası isə qoyun dərisi geyinmiş və ya saflıq deməkdir. Nəsimi isə sufiləri kəskin tənqid edirdi.

Eyni zamanda, Nəsimi kimilərinin də sufi adlanması təbii idi. Çünki sufi anlayışını İslam dünyasında yeni termin kimi işlədirdilər. Halbuki sufilik Nəsimindən 500-600 il əvvəl yaranmışdı. Amma Nəsiminin dövründə şəxslərə sufi deyilməsi də artıq bariz idi.

Bilirik ki, sufilikdə üç məqam var: zahidlik, abidlik və ariflik. Zahidlik çəkinmə, abidlik ibadət deməkdir. Yəni mən ibadət edirəm ki, Allah məni cəhənnəmə salmasın və ya cənnəti qazanım. Arif isə mərifət əhli, bilən deməkdir. Yəni mən arif olmaq istəyirəm ki, Allahı tanıyım.

Məqsəd Allahı tanımaq idi. Nəsimi sufiləri ona görə tənqid edirdi ki, onlar abidlik məqamında dolaşıb qalıblar, ən yüksək məqama çata bilməyiblər.

İmam Əlinin belə bir hədisi var: "Quran" kitabı "Fatihə" surəsi ilə başlayır. "Fatihə"nin ilk kəlməsi bismillahdır. Bismillahın isə ilk hərfi b hərfidir".

Nəsimi isə yazırdı: "Nöqteyi-ba gəlmiş şəninə". Yəni o deməkdir ki, Əli ərəbcə b hərfinin nöqtəsidir. Biz bilirik ki, hürufilikdə əsas rəmzlər hərflərdir. Nəsimi bu hərflərlə həzrət Əliyə də işarə edir. Maraqlıdır ki, həmin dövrdə əhli-beyt mövzusunu qabartmaq çətin idi.

- Dediklərinizdən bu nəticəni çıxarmaq olarmı ki, Nəsimi Nəimidən çox, imam Əlidən öyrənib?

- Nəsiminin yaradıcılığını üç dövrə bölmək olar. Nəimiyə qədər, Nəimi dövrü və Nəimidən sonrakı dövr. Nəsimi bir sıra şeirlərində Nəimiyə çox böyük ehtiram bəslədiyini göstərir. Nəsiminin bir şeiri var, mənə həmişə maraqlı gəlirdi ki, o misralar nə məna verir.

"İbtidadır, ibtidadır, ibtida,

İbtidadan hasil oldu intəha".

İbtida başlamaq, intəha isə son deməkdir. Yəni deyir:

"Başlanğıcdır, başlanğıcdır, başlanğıc,

Başlanğıcdan hasil oldu sonluq".

Bu beytləri bəzi tədqiqatçılar Nəsimiyə aid etmir. Amma mən Nəsiminin əlyazmalarının olduğu kimi köçürüldüyü mətnlərdə görmüşəm ki, bu beyt Nəsimiyə məxsusdur.

2004-cü ildə çap olumuş Həmid Araslının kitabında da bu şeirin Nəsimiyə məxsus olması yazılıb. İranda Darülfünun mərkəzində, yəni orada olan əlyazmasında da bu şeir Nəsimiyə aid edilib.

Nəsimi bu şeirində sufiləri, zahidləri tənqid edirdi. Deyirdi ki, onlar özlərini arıya oxşatsalar da, milçəkdirlər. Eyni zamanda, yazırdı ki, sufilər özlərini bar verən ağaca bənzətsələr də, onlar meyvəsiz ağac kimidirlər.

Mən Fəzlullah Nəiminin "Cavidannamə" əsəri ilə bağlı araşdırma aparırdım. "Cavidannamə"də altı dəfə ibtida kəlməsi ilə başlayır. Bölüm isə imam Əli ilə bağlı məqamlarla bitir.

Nəsimi "İbtidadır" şeiri ilə "Cavidannamə"yə işarə edir. Hürufilik barədə yaxşı məlumat almaq üçün mütləq Nəsiminin "İbtidadır" şeirini diqqətlə oxumaq lazımdır.

"Cavidannamə" də başdan-ayağa "Quran" və hədislərin təfsirindən ibarətdir. Halbuki Nəimiyə də allahsız deyirdilər.

Bu cəhətdən bildirirəm ki, Nəsimi Nəimiyə işarə etməklə yenə də imam Əliyə qayıdır.

Ümumiyyətlə, Nəsimi və Nəimini birləşdirən məqam əhli-beyt idi. Maraqlıdır ki, sovet tədqiqatlarında bu şeirlər verilmirdi. Həm də kamil insan mövzusunda Nəsiminin üz tutduğu şəxsiyyətin kim olması məsələsində boşluq qoyublar...

- Nəsimi ibadət edibmi?

- Nəsimi şeirində cümə namazı qıldığını göstərir.

"Camedə cüməyi uş hər gün qılan mənəm bil,

Quran imamım oldu, daim yönüm həqadır".

Nəsimi şeirlərində yazır ki, kim ki namaz davamçısı deyil, düzgün yolda deyil. Nəsimi qeyd edir ki, "Fatihə" deyilməsə, qılınan səlat batildir.



Yerləşdirilib:20 Avqust, 2019  12:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
18 Sentyabr, 2019

ABŞ "Saudi Aramco"ya hücumdan sonra İrana zərbə endirməyi təklif edib

17 Sentyabr, 2019

Şəhadət meydanında qılınan namaz

17 Sentyabr, 2019

Əfqanıstanda seçki mitinqində partlayış törədilib, çox sayda ölü

17 Sentyabr, 2019

Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - ayətullah Xamenei

17 Sentyabr, 2019

İŞİD lideri yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com