Qədir-Xum bayramınız mübarək, əziz müsəlmanlar!

Bu gün, Zilhiccə ayının 18-də (bu il avqustun 20-i) İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir.

Məhz bu gün, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib.

Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xum) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" ("Maidə", 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qılıb, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söyləyib. Peyğəmbər müsəlmanlara xatırladıb ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və Əhlibeytini tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.

Sonra Peyğəmbər (s) yanında durmuş Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırdı və buyurdu: "Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".

Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar edib və ardınca söyləyib: "İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!".

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim" ("Maidə", 3-cü ayədən).

Sonra Peyğəmbər (s) Əli ibn Əbu Talib (ə) üçün çadır qurdurub, özü da başqa bir çadırda əyləşib. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik ediblər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi (ə) təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olublar.

İmam Sadiq (ə) buyurub: "O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin".

Bayramınız mübarək, əziz müsəlmanlar!



Yerləşdirilib:20 Avqust, 2019  11:16, ]]>Çap]]>
 
Bu bölmədə:
12 Sentyabr, 2019
Aşura, ya Qarabağ?

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Sentyabr, 2019
Talibanın iki qubernatoru öldürülüb
16 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına xəbərdarlıq edib
16 Sentyabr, 2019
Adnan Oktarın məhkəməsi başlayır
16 Sentyabr, 2019

Bəs nə üçün Çaldıran şəhidlərinə ağlamırıq? Nəzər nöqtəsi

16 Sentyabr, 2019

Suriya-Türkiyə sərhədində terror, çox sayda ölü

16 Sentyabr, 2019

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

16 Sentyabr, 2019

Müsafir olduğu üçün namazı qəsrlə qılan şəxsin namazı bütöv qılan şəxsə iqtida etməsi düzgündürmü? İslam suallarda

16 Sentyabr, 2019
Tramp Səudiyyəyə hücumlardan sonra ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

13 Sentyabr, 2019
Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
13 Sentyabr, 2019

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi? İslam suallarda

13 Sentyabr, 2019
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
13 Sentyabr, 2019

Türkiyədə terror törədilib, 7 nəfər dünyasını dəyişib

12 Sentyabr, 2019

Aşura, ya Qarabağ? AKTUAL

12 Sentyabr, 2019
İlk dəfə Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq
12 Sentyabr, 2019

Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində İynə

12 Sentyabr, 2019

Mosuldakı məscidin bərpasına 100 milyon dollar ayrılacaq

12 Sentyabr, 2019
Husi liderinin qardaşını terror edən cəsus öldürülüb
12 Sentyabr, 2019

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir? İslam suallarda

12 Sentyabr, 2019

Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

12 Sentyabr, 2019
Qəzza zolağında üç gündür raket atəşi davam edir
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com