Qədir-Xum gününün müstəhəb əməlləri

Zilhiccə ayının 18-də (bu il avqustun 20-i) Qədir-Xum hadisəsinin ildönümüdür. Qədir-Xum hicrətin 10-cu ili  (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum vahəsində baş vermiş məşhur hadisənin adıdır.

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”.

İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual erən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi soruşdu ki, bəs bu gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir? İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Muhəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.

Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.

Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

Qədir-Xum günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.

Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xüm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.

İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir).

Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.

Təsadüfi deyil ki, xalq arasında Qədir-Xum gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.



Yerləşdirilib:19 Avqust, 2019  11:53, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
18 Sentyabr, 2019

ABŞ "Saudi Aramco"ya hücumdan sonra İrana zərbə endirməyi təklif edib

17 Sentyabr, 2019

Şəhadət meydanında qılınan namaz

17 Sentyabr, 2019

Əfqanıstanda seçki mitinqində partlayış törədilib, çox sayda ölü

17 Sentyabr, 2019

Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - ayətullah Xamenei

17 Sentyabr, 2019

İŞİD lideri yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com