Kökü hun dövrünə aid uyğurlar – Çin hökumətinin iddiasının pərdəarxası

Çin hökumətinin hazırladığı məruzədə uyğurların türk olmadığı iddia olunması ciddi müzakirələrə səbəb olub. Çinin şərqində yerləşən Sincan-Uyğur muxtar bölgəsində yaşayan yerli uyğur əhalisinə qarşı rəsmi Pekinin son illərdə tətbiq etdiyi sərt qaydalar dünyada narahatlıq doğurub. Çin hökuməti radikal dini qrupların təsirinə düşdüyü iddia olunan uyğurları xüsusi düşərgələrə yerləşdirir. İndi isə Pekin ümumiyyətlə, uyğurların türk əsilli olmadığını iddia edir.

Çin Dövlət Şurası İnformasiya Ofisi tərəfindən hazırlanan məruzədə Sincan vilayətinin Çinin ayrılmaz hissəsi olduğu, “separatçıların ölkəni bölmək üçün tarixi saxtalaşdırdığı” iddia olunur. Sənəddə müsəlman “uyğurların türk əsilli olması ilə bağlı iddiaların doğru olmadığı”, eləcə də İslamın uyğur regionuna 10-cu əsrdə silah gücü ilə gətirildiyi bildirilir: “Uyğurların İslamı seçməsi sadə xalqın könüllü seçimi deyil, din müharibəsinin nəticəsi və hakim sinif zorla məcbur qəbul etdirib”.

Eyni zamanda sənddə Sincanın Xan sülaləsi dövründən bu yana Çinin ayrılmaz bir hissəsi olduğu və Şərqi Türküstan olmadığı qeyd olunur. Və yerli xalqın uzun bir köç və inteqrasiya prosesi nəticəsində formalaşdığı vurğulanır.

uyğurlar ile ilgili görsel sonucu

Qeyd edək ki, 1949-cu ildə Çinə qatılan Sincan-Uyğur muxtar rayonunun ərazisi 1,6 milyon kv.km, əhalisi isə 23 milyon nəfərdir. Bunun 10 milyonu, yəni təxminən 48 faizini uyğurlar təşkil edir, yerdə qalanları isə çinlilər, qazaxlar və digər yerli xalqlar təşkil edir. Son illərdə yerli uyğurların hökumətə qarşı çıxışları, eləcə də radikal islam cərəyanlarının əsas gətirirərək rəsmi Pekin hökuməti uyğur bölgəsində sərt qaydalar tətbiq edir. Pekin hökumətinin təşkil etdiyi düşərgələrdə 1 milyona yaxın uyğurun saxlanıldığı ehtimal olunur. Çin hökuməti uyğurların raidkal islamçı qruplara qoşulması, xüsusən də İraq və Suriyadakı müharibələrdə iştirakını əsas göstərərək uyğurlara qarşı sərt addımlar atır. Düşərgələrə toplanan uyğurların “radikallıqdan imtina etməsi” üçün təlimlər verilir. Bu yaxınlarda isə Britaniya mətbuatı Sincan-Uyğur vilayətinə gedən turistlərin telefonlarına izləmə proqramı yerləşdirildiyi və bunun vasitəsilə onların daim izləndiyi haqda xəbər yaymışdı. Eyni zamanda əsasən Avropa ölkələri daxil olmaqla bir sıra dövlətlər Çin hökumətinin uyğurlara qarşı siyasətini pisləyən bəyanat qəbul edib.

uyğurlar ile ilgili görsel sonucu

Uyğurlar isə zaman-zaman Çin hökumətinə qarşı üsyan qaldırır. Sonuncu dəfə 2009-cu ildə uyğurların etirazlarına hökumət qüvvələrinin müdaxiləsi nəticəsində 197 nəfər ölüb. Hadisələr isə 2009-cu il iyun ayının 26-da baş verib. Həmin vaxt uyğurların onlarla bilrikdə fabrikda çalışan çinli qızlara sataşdığı şayiəsi yayılıb. Daha sonra fabrikə hücum edən çinlilər iki uyğuru öldürüb. Bundan sonra hadisələr şiddətlənib, iyulun 5-də başlayan şiddətli qarşıdurmalar iki gün davam edib. Beynəlxalq təşkilatların məlumatına görə Çin hökumət qüvvələri 5-7 iyul arasında 3 gün ərzində yerli əhaliyə sərt müdaxilə edib. çoxlu sayda insan ölüb, həbs olunub. Həbs olunanlardan bir çoxu daha sonra edam edilib.

İndi isə Çin rəsmi qurumlarının uyğurların türk olmadığı ilə bağlı iddiasına gələk. Tarixi mənbələrə əsasən uyğurların kökü hun dövrünə qədər gedib çıxır. İlk Uyğur dövləti 744-cü ildə Kutluk Kül Bilgə Kağan tərəfindən yaradılıb. Bu dövlət 100 il - 840-cı ilə qədər - mövcud olub. 840-cı ildə qırğızların hücumu nəticəsində süqut edən Uyğur dövlətinin yerində 3 ayrı dövlət yaranıb.

870-ci ildə isə uyğurlar və qarluqların birgə yaratdığı Qarxanlı dövləti 1213-cü ilə qədər mövcud olub. 10-cu əsrdə artıq müsəlman olan uyğurlar monqol dövləti tərkibinə daxil olsalar da sonrakı əsrlərdə yenidən uyğurların dövləti qurulur. 1759-cu ildə isə uyğur bölgələri Manuciya Çin dövləti tərəfindən işğal olunur. Ancaq uyğurlar Mancur işğalına qarşı davamlı üsyanlar qaldırır və 1862-ci ildə mərkəzi Kaşğar olmaqla yeni dövlət qurular. Lkain bu dövlətin də ömrü uzun olmur. 1878-ci ildə Çin yenidən Şərqi Türkistanı işğal edir. 1884-cü ildə Çin imperatorunun əmri ilə bölgə Şin-canq. Yəni yeni torpaq adı ilə 19-cu vilayət olaraq Çin ərazilərinə qatılır.

uyğurlar ile ilgili görsel sonucu

Ancaq 1931-ci ildə uyğurlar yenidən üsyan qaldırır və iki il sonra mərkəzi Kaşğar olmaqla Şərqi Türkistan İslam Respublikasını elan edirlər. Hoca Hacı Niyaz dövlət başçısı seçilir. Ancaq bu dövlət tezliklə süqut edir. Lakin yenidən üsyan qladıran uyğurlar 1944-cü ildə Çin hakimiyyətini qovaraq Şərqi Türkistan respublikası elan edirlər. ancaq bu dövlət cəmi 5 il davam edə bilir. 1949-cu ilin sentyabrında Şərqi Türkistandakı çin təşkilatları Çin Respublikasına birləşmək tələbi ilə çıxış edir və nəticədə Çin ordu müdaxiləsi olmadan yenidən Şərqi Türkistanı öz ərazisinə qatır. Hazırda Sincan-Uyğur muxtar rayonu rəhbərliyində təmsil olunan 15 üzvdən 3-ü uyğurdur. Sincan bölgəsində 10 milyon uyğur yaşadığı bildirilsə də, ümumilikdə Çin ərazisində uyğurların sayının 35 milyon yaxın olduğu güman edilir. Ancaq bu rəsmi rəqəm deyil.

Qeyd edək ki, Çin hökuməti bu ərazidə yaşayan digər etnik qruplara da müəyyən status tanımaqla uyğurların dominant qrup olmamasına çalışır. Eyni zamanda müxtəlif dövrdə uyğurlar arasında türkçülük, millətçilik fikirləri yayılsa da, son illərdə radikal islamçı qrupların təsiri sürətlə artıb. Hazırda Suriyanın şimalında İdlib vilayətində 15-18 min nəfər arasında uyğurun olduğu ehtimal edilir. Əsas Türkistan İslam Partiyası adlı təşkilata daxil olan uyğurlar Suriya hökumətinə qarşı silahlı mübarizə aparır. Onların əksəriyyətinin ailəsi ilə bilrikdə İdlibin bəzi rayonlarında yerləşdiyi bildirilir. Uyğurların gələcəkdə Çin hökumətinə qarşı silahlı mübarizəyə başlayacağı haqqında mediada məqsədli çağırışlar olur. Hətta İŞİD-in yaydığı videolardan birində növbəti hədəfin Çin olacağı bildirilirdi. Ççin hökuməti isə bu təhdidləri əsas gətirərək uyğurları radikalizm və terrorizmə yuxarlanmaqda günahlandırır. Rəsmi Pekinin Bəşər Əsədə dəstəyinin səbəbləri arasında bu amil də dayanır. Bir neçə il əvvəl isə Çin ordusunun yüksək vəzifəli generalalrından birinin Dəməşqə gələrər suriyalı ordu rəsmiləri ilə görüşünün məhz Pekinin uyğur mövzusunda narahatlığından qaynaqlandığı iddia olunurdu. 2017-ci ildə isə Çin Müdafiə Nazirliyi iki xüsusi təyinatlı birləşməni Suriyaya Bəşər Əsəd qüvvələrinə dəstək üçün göndəriləcəyini açıqlamışdı. Tbu qüvvələrin uyğurları “ovlamaq” üçün göndəriləcəyi ehtimal olunurdu.

Göründüyü kimi, rəsmi Pekin uyğur mövzusunda həm ideoloji, həm də hərbi-siyasi sahədə geniş miqyaslı qabaqlayıcı addımlar atır. Çin hakimiyyətinin uyğur və digər etnik qruplara zorakı və assimilsyasiya siyasəti bəlli olsa da, 3-cü ölkələrin bu mövzuya həddən artıq həssas yanaşması Şərqi Türküstanda tezliklə hansısa ayaqlanmanın olacağı ilə bağlı narahatlıqları artırır.

Kənan Rövşənoğlu,

“Yeni Müsavat”



Yerləşdirilib:25 İyul, 2019  10:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Oktyabr, 2019

Əfqanıstanda məsciddə partlayışlar: 62 nəfər ölüb

18 Oktyabr, 2019
BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir
18 Oktyabr, 2019

Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən var

18 Oktyabr, 2019

Qadının sosial şəbəkələrdən istifadə etməsi icazəlidirmi? İslam suallarda

18 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur"

18 Oktyabr, 2019

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

17 Oktyabr, 2019

Milyonların Ərbəin yürüşü Fotolent

17 Oktyabr, 2019
Türkiyə ordusu 673 terrorçunu zərərləşdirdi
17 Oktyabr, 2019

Tramp: "PKK İŞİD-dən təhlükəlidir"

17 Oktyabr, 2019

Kəbin kəsilən zaman qadın istədiyi zaman ərindən icazəsiz özünə talaq vermək ixtiyarını şərt qoya bilərmi? İslam suallarda

17 Oktyabr, 2019
Suriyadan qaçmış İŞİD-çilər İraqda tutuldular
17 Oktyabr, 2019

Səudiyyə Ərəbistanında yol qəzası: onlarla zəvvar həlak oldu

16 Oktyabr, 2019
Suriya Oordusu Rəqqa şəhərinə daxil olub
16 Oktyabr, 2019

ABŞ sanksiyalarına görə narahat deyilik - Ərdoğan

16 Oktyabr, 2019
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb
16 Oktyabr, 2019

Kərbəlanın qanlı zöhr namazı

16 Oktyabr, 2019

Dəstəmaz üçün işlənmiş sudan yenə istifadə etmək olar yoxsa o su artıq yararsız sayılır? İslam suallarda

16 Oktyabr, 2019

“Barış pınarı”: 637 terrorçu zərərsizləşdirilib

16 Oktyabr, 2019

İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"

15 Oktyabr, 2019

Terrorçular Suriyadan Türkiyəyə top mərmisi atıb, 2 dinc sakin ölüb

15 Oktyabr, 2019
Ankarada İŞİD-in 10 terrorçusu saxlanıldı
15 Oktyabr, 2019

Tunisin yeni prezidenti: İsraillə əlaqələri normallaşdırmaq xəyanətdir

15 Oktyabr, 2019
Suriya ordusu Mənbicə daxil olub
15 Oktyabr, 2019

Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir? İslam suallarda

15 Oktyabr, 2019
ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyalar tətbiq edib
15 Oktyabr, 2019

Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 560-a çatıb

14 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"

14 Oktyabr, 2019
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib
XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com