Kabil universitetinin ərazisində törədilən terror aktında azı 6 nəfər həyatını itirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu gün səhər Əfqanıstan paytaxtının mərkəzində yerləşən Kabil universiteti ərazisində partlayış törədilib.
Səhiyyə mənbələri azı 7 nəfərin həlak olduğunu bildiriblər.
Mənbə əlavə edib ki, bu gün universitetdə imtahanların keçirilməsi nəzərdə tutulmuşdu.
Məlumata görə hadisə bir quraşdırılmış bombanın işə salınması ilə həyata keçirilib.
Terror aktı nəticəsində daha 27 nəfər yaralanıb.
Bu terror aktını hələ heç bir qruplaşma üzərinə götürməyib.